Məhkəmə qərarları › İş №2(051)-272/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-272/2024

11.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-272/2024 11.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bətiyar qızının katibliyi, İddiaçı Cavabdeh qarşı əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəsin Hüquqları Dövlət Qeydiyyatı haqqında Daşnmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********04-051101-093036 reyestr nömrəli çıxarışla Mingəçevir şəhəri, Yaşar Muradov küçəsi ev 39 mənzil 25 bir otaq yaşayış sahəsi olmaqla 12,7 kv.m onun, 47,0 kv.m sahəsi isə X4 paylı mülkiyyətində olan əmlaklarının ona münasibətdə 12,7 kv.m sahəyə malik bir otağa, yaşayış sahəsinə onun payının naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, sözügedən mülkiyyəti Cavabdeh idarə edir. Biryerdə yaşaya bilmirlər. Aralarında ciddi ixtilaf mövcuddur. Qeyd olunanlara əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqları Dövlət Qeydiyyatı haqqında Daşnmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********04-051101-093036 reyestr nömrəli çıxarışla ünvan 1 bir otaq yaşayış sahəsi olmaqla 12,7 kv.m onun, 47,0 kv.m sahəsi isə X4 paylı mülkiyyətində olan əmlaklarının ona münasibətdə 12,7 kv.m sahəyə malik bir otağa, yaşayış sahəsinə onun payının naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə əvvəlki məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, həmin mübahisəli ev atasının mülki olub. Onlar həmin evdə böyümüşlər. Qardaşı sonra Şəfaqət ilə evləndi. Bir müddət sonra aralarında mübahisə oldu, daha sonra onlar boşandılar. Onlar boşandıqdan sonra hazırkı mübahisəli ev paylara uyğun bölündü və otağın birini Şəfaya verdilər. Bundan sonra qardaşı və atası da rəhmətə getdi. Onun məqsədi evi adına keçirib satmaqdır. O, evin satılmasına razı deyil. Əgər o, evdən çıxsa o, otağın birini ona verər. Hazırda o, və bacısı da atasının vərəsələridir. Hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə edən şəxslərin izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 82,74 kvadrat metr olan ünvan 1 ünvanında yerləşən mənzil üzərində Süleymanov oğlunun 3 otaq yaşayış sahəsi 47,0kv.m və İddiaçı, 1 otaq yaşayış sahəsi 12,7 kv.m yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023–cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il tarixində doğulmuş X5 atası X6, anası X1r. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarxili, 2(051)-178/2023 saylı Mingəçevir şəhər Məhkəməsinin qətnaməsinə əsasən iddiaçı Cavabdeh iddiası qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzil atas X3 miras qalmış yaşyış sahəsi 47 kv.m olan üç otağı miras əmlak kimi yalnız iddiaçı Cavabdeh tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və həmin mirasa dair iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, iddia X2 qalmış mirasın qəbul edilməsinə dair hissədə təmin olunmaması, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin atası X2 miras qalmış yaşayış sahəsi 12,7 kv.m sahəsi olan bir otağa dair mirasın qəbul edilməsinin qanunla müəyyən edilmiş müddətinin uzadılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024–cü il tarixli, 3-16-16/2-10/4763 nömrəli ekspert rəyindən görünür ki, Mingəçevir şəhəri, Yaşar Muradov küçəsi ev 39, 25 saylı mənzilin naturada ayrılmasının “İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndələrinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində Süleymanov oğlunun 3 otaq yaşayış sahəsi 47,0 kv.m və İddiaçı 1 otaq yaşayış sahəsi 12,7 kv.m yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023–cü il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzilin yaşayış sahəsi üzrə paylar müəyyən olunsa da, mənzilin köməkçi sahələri ümumi istifadədə qalmışdır. Belə olan halda tərəflər ümumi mülkiyyətdə olan mənzildən payın ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında mübahisə olduğuna görə iddiaçıların ümumi əmlakdan istədiyi kimi istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçı öz payının naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmışdır. İş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunur ki, Mingəçevir şəhəri, Yaşar Muradov küçəsi ev 39, 25 saylı mənzilin naturada ayrılmasının “İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndələrinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmamışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM–in 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan mənzildən payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Lakin iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunduğu kimi payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığından, iddiaçıya düşən pay naturada ayrılmamalıdır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mənzilin bölgüsü zamanı tərəflərin hər birinin sərəncamına yaşayış və yardımçı tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. ünvan 2 ünvanında isə yalnız bir giriş-çıxış yolunun olması, ayrı-ayrı otaqların sahəsinin tərəflərin payına düşən sahəyə uyğun olmadığından mənzilin paylara uyğun naturada bölünməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası MPM–nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəsin Hüquqları Dövlət Qeydiyyatı haqqında Daşnmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********04-051101-093036 reyestr nömrəli çıxarışla Mingəçevir şəhəri, Yaşar Muradov küçəsi ev 39 mənzil 25 bir otaq yaşayış sahəsi olmaqla 12,7 kv.m onun, 47,0 kv.m sahəsi isə X4 paylı mülkiyyətində olan əmlaklarının ona münasibətdə 12,7 kv.m sahəyə malik bir otağa, yaşayış sahəsinə onun payının naturada bölünməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar