Məhkəmə qərarları › İş №2(051)-2803/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2803/2023

07.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2803/2023 07.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi: Ərizəçi və Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023cü il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, 24 iyun 2010-cu ildə Maraqlı şəxs ilə rəsmi nikaha bağlamaqla evlənmişdir. Birgə nikahlarından 05 sentyabr 2011-ci il təvəllüdlü X2 və 12 yanvar 2017-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Aralarında münaqişə olması səbəbindən faktiki ayrılmışlar. Cavabdeh uşaqlara baxmır və heç bir maddi köməklik etmir. Ona görə də alimentin ödənilməsi ilə bağlı mediatorun iştirakı ilə 22 noyabr 2023-cü il tarixdə aralarında barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs sazişin şərtlərinə riayət edərək alimenti könüllü ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs hazırki vaxta qədər heç bir ödəniş etməmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclası zamanı izahatında bildirdi ki, Ərizəçi ilə 24 iyun 2010cu ildə rəsmi nikaha bağlamaqla evlənmişlər. Birgə nikahdan 05 sentyabr 2011-ci il təvəllüdlü X2 və 12 yanvar 2017-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Son vaxtlar Ərizəçi ilə aralarında söz-söhbətlər olmuşdur. Faktiki olaraq ayrılsalar da bir evdə yaşayırlar və uşaqlarına o baxır. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar AZ-İİİ 900105№li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindın görünür ki, Maraqlı şəxs atası X3, anası Ərizəçidır. AZ-İİ 759914 №li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindın görünür ki, 05 sentyabr 2011-ci il təvəllüdlü X1 atası X3, anası Ərizəçidır. Az-İ 580169 №li nikah haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindın görünür ki, Maraqlı şəxs ilə X4 24 iyun 2010-cu il tarixdə 909№ li aktla rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdurlar. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. 27 noyabr 2023-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, Ərizəçi himayəsində olan 05 sentyabr 2011-ci il təvəllüdlü X2 və 12 yanvar 2017-ci il təvəllüdlü X3 adlı uşaqlar üçün, saxlanması üçün Maraqlı şəxs hər ay hər uşağa 250 manat, cəmi 500 manat məbləğində aliment olaraq ödəyəcəyi barədə razılığa gəlmişlər. Tərəflərin izahatı, materiallarının araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə Maraqlı şəxs 24 iyun 2010-cu il tarixdə 909 №li aktla rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, onların birgə nikahlarından 05 sentyabr 2011-ci il təvəllüdlü X2 və 12 yanvar 2017-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Son vaxt tərəflər arasında söz-söhbət olmuş və onlar faktiki olaraq ayrılmışlar. Uşaqlar yetkinlik yaşına çatmamışlar, ona görə də 05 sentyabr 2011-ci il təvəllüdlü X2 və 12 yanvar 2017-ci il təvəllüdlü X3 adlı uşaqların saxlanması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat alimentin alınaraq ərizəçiyə verilməsi ilə bağlı tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin - 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. - 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. - 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - 34.4-cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 22 noyabr 2023-cü il tarixdə bağlanmış Maraqlı şəxs 05 sentyabr 2011-ci il təvəllüdlü X2 və 12 yanvar 2017-ci il təvəllüdlü X3 adlı uşaqlar yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay əmək haqqının hər uşaq üçün 250 manat, cəmi 500 manat alimentın alınaraq ərizəçiyə ödənilməsi dair barışıq sazişi məcburi icra ediməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 1.İkinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, birgə nikahdan olan (24 iyun 2010-cu il AZ-İ №: 580169) övladları X2 (AZEN№:18837576; FİN:8CYDM06; Doğum tarixi:xx.xx.2011) X3 (AZEN№:18837615; FİN:8K7GYLS; Doğum tarixi: xx.xx.2017) uşaqlar yetkinlik yaşına çatana kimi Birinci Tərəf Ərizəçi hər uşaq üçün hər ay 250 (iki yüz əlli) manat olmaqla ümumilikdə cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment ödənişi ödəməyə könüllü olaraq razıdır.

2. Aliment ödənişi xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın ən geci 5-nə kimi Birinci Tərəf Ərizəçi bank hesabına (bank kartına) ödəniləcək. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar