Məhkəmə qərarları › İş №2(051)-294/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-294/2024

11.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-294/2024 11.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağalkişiyeva Aləmzar Həmid qızının katibliyi , İddiaçı, onun nümayəndəsi (vəkili)-Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil2, cavabdeh Mingəçevir Şəhər Mərkəzi X3 Şəxsinin nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Şəhər Mərkəzi X1rşı əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçın cavabdeh Mingəçevir Şəhər Mərkəzi X1rşı əmrin ləğv edilməsi, müddətsiz əmək müaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Mingəçevir Şəhər Mərkəzi X3 Şəxsin 09 oktyabr 2023-cü il tarixli 1398 saylı əmrinin ləğv edilməsi, onunla müddətsiz əmək müqaviləsi bağlamaqla işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, xx.xx.2018-ci ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına sürücü vəzifəsinə qəbul edilmişdir. Həmin vaxt onunla 1 il 1 gün müddətinə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü ildə 1398 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.“b” maddəsinə əsasən sözügedən əmək müqaviləsi ləğv edilmişdir. O, 5 ildən artıq müddətir ki, müəssisədə əmək fəaliyyəti ilə məşğul olur. Həmçinin, müqavilə artıq 4 dəfə, 1 il 1 gün müddətinə artıldığından müqavilənin bitmə vaxtı xx.xx.2023-cü il tarixdə bitirdi və əmək müqaviləsi 5 ildən artıq davam etdiyindən müddətsiz əmək müqaviləsi hesab olunur. Qanunun tələbinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Müddətli əmək müqaviləsi isə yalnız Əmək Məcəlləsinin 45.5-ci maddəsi ilə müəyyən edilmiş hallarda bağlanılır. Onunla cavabdeh arasında yaranmış əmək münasibətlərində isə həmin hallar olmamışdır. Hesab edir ki, cavabdehin onun əmək müqaviləsinə xitam verilməsi haqqında əmri əsassızdır. Ona görə də ləğv edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclası zamanı iddianı müdafiə etdi, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı cavabdeh Mingəçevir Şəhər Mərkəzi X3 Şəxsin nümayəndəsi Vəkil1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqı tələbinə dair vermiş iddia ərizəsi əsassızdır. Belə ki, işçi ilə işəgötürən arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi hazırki mülki işin materiallarındadır. Əmək müqaviləsi müddətli olaraq bağlanmışdır. İddiaçı xəstəxanada sürücü vəzifəsində işləyib. Onunla bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixində bitdiyindən müəssisədə, yəni, xəstəxanada nəqliyyat vasitəsinin olmaması səbəbindən yəni, artıq avtomobilin olmaması ilə bağlı onunla əmək müqaviləsinin müddətinin yenidən artırılmasına zərurət qalmamışdır. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının İddiaçıla heç bir qərəzliyi yoxdur, ancaq hazırki vəziyyətdə müqavilənin davam etdirilməsinə lüzum yaranmadığından onların tərəflərindən İddiaçıla müqavilə müddətinin davam etməsi ilə bağlı qarşılıqlı razılaşmaya ehtiyac qalmamışdır. İddiaçının özünə də bildirilmişdir ki, zərurət yarandığı anda onunla bağlı məsələyə yenidən baxılacaqdır. Şəxslə əmək müqaviləsi qanuni əsaslarla bağlanmış, tərəf müqavilədəki şərtlərlə razılaşmışdır. İddia ərizəsindən də göründüyü kimi xx.xx.2023-cü il tarixli 1398 saylı əmr qanuni və əsaslıdır. Əmək müqaviləsinin şərtlərinə uyğun olaraq onunla bağlı əmək müqaviləsinin müddəti bitdiyindən qarşılıqlı əmək münasibətlərinə xitam verilmişdir. İddiaçının işə bərpa tələbinə dair ərizəsinin təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 08 oktyabr 2018-ci il tarixdə Mingəçevir Şəhər Mərkəzi X3 Şəxsinin Dəstək xidmətləri şöbəsinin Texniki xidmət bölməsinə sürücü vəzifəsinə qəbul edilmişdir. Əmək kitabçasının surətindən görünür ki, xx.xx.2019-cü il tarixli əmrə əsasən Mingəçevir Şəhəri Mərkəzi X3 Şəxsinin struktur dəyişikliyi ilə əlaqədar olaraq Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsinə sürücü vəzifəsinə keçirilmişdir . xx.xx.2023-cü il tarixli №1398 saylı əmrə əsasən Teymurov X2 Şəhər Mərkəzi X3 Şəxsinin Dəstək Xidmətləri şöbəsnin texniki dəstək bölməsinin sürücüsü ilə bağlanmış 2077 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndində əsasən xitam verilmişdir. xx.xx.2006-cı il tarixli № 071843 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq müəyyən etdi ki, İddiaçı xx.xx.2018-ci il tarixli 945 nömrəli əmrə əsasən Mingəçevir Şəhər Mərkəzi X3 Şəxsi Dəstək Xidmətləri şöbəsinin texniki xidmət bölməsinə sürücü vəzifəsinə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli əmrə əsasən Mingəçevir Şəhər Mərkəzi X3 Şəxsində struktur dəyişikliyi ilə əlaqədar olaraq dəstək xidmətləri şöbəsinin texniki dəstək bölməsinə sürücü vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixli 1398 saylı əmrə əsasən Teymurov X2 Şəhər Mərkəzi X3 Şəxsinin Dəstək Xidmətləri şöbəsinin texniki dəstək bölməsinin sürücüsü ilə bağlanmış 2077 saylı əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndində əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı onun barəsində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa edilməsini tələb edir. Cavabdehin nümayəndəsi işçi ilə müddətli əmək müqaviləsnin bağlandığını və müqavilə müddəti bitdiyinə görə işçi ilə əmək müqaviləsinə xitam verildiyini bildirir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. 43.3-cü maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 4-cü bəndində göstərilir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə müddətsiz əmək müqaviləsi hesab edilir. Müddətli əmək müqaviləsi bağlanan hallar Əmək Məcəlləsnin 47-ci maddəsində göstərilmişdir. 47-ci maddəsinə əsasən aşağıdaki hallarda əmək müqaviləsi müəyyən müddətə bağlana bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 47.1-ci maddəsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68, hissə 2, bənd “b”. Əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 300-cu maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına əsasən, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran halların olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan müddətli əmək müqaviləsinin bağlanması qanunsuzdur və nəticədə Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. Müddətli əmək müqaviləsi bağlanan zaman işçi öz işinin keyfiyyətindən asılı olmayaraq daima işdən çıxarılmaq qorxusu altında olur və bu zaman Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən olunmuş əməyə təminat hüququna malik olmur. Qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Belə ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bu baxımdan hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında müddətli müqavilənin bağlanması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə oluna bilməz. İddiaçı ilə işəgötürən arasında əmək müqaviləsi bağlanılarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır. Həmçinin işçinin əmək funksiyasının daimi xaraktera malik olması qabaqcadan bəlli olmuş olduğu halda, işçinin əmək müqaviləsini müddətli bağlamasının iradə ifadəsinə uyğun olmasını düzgün hesab etmək olmaz. Belə ki, iddiaçı 08 oktyabr 2018-ci il tarixdən 09 oktyabr 2023-cü il tarixədək fasiləsiz olaraq müəssisəsdə sürücü vəzifəsində işləmişdir. 2022-ci ildə müdriyyət dəyişilmiş həmin il üzrə müddət başa çatan kimi işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Bununla yanaşı məhkəmə, cavabdeh tərəfin öz etirazının əsası kimi istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, cavabdeh etirazını əsası kimi ilk növbədə iddiaçının könüllü razılığı əsasında onunla müddətli əmək müqaviləsi bağlanmasına istinad edərək, həmin müqaviləyə bərabər tərəflər arasında bağlanmış müqavilə kimi yanaşmış və iddiaçının hərəkətini sərbəst iradə ifadəsi kimi qiymətləndirmişdir. Halbuki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati sərəncamverici səlahiyyətlərə malik olur. Hazırki mübahisə üzrə də işdən görünür ki, iddiaçı uzun müddət (5 il) cavabdeh müəssisədə daimi xarakter daşıyan əmək fəaliyyəti ilə məşğul olmuş, sonradan, yəni 2023-cü ildə işdən azad edilmişdir. Cavabdeh təşkilat hazırki etirazında bu halı etiraf etmiş, bu halı avtomobilin olmamasıilə əlaqələndirməyə çalışmışdır. İddiaçı cavabdeh müəssisənin işçisi olaraq oradan əmək haqqı alıb ailəsinin dolanacağı qarşıladığı üçün onun müəssisə ilə müddətli müqavilə bağlaması heç də könüllü müqavilə bağlanması kimi qiymətləndirilə və dəyərləndirilə bilməz. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlir ki, iddiaçının əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinə dair işəgötürən tərəfindən verilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu hal isə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin (cavabdehin) əmrinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq nəticəyə gəlir ki, Mingəçevir Şəhər Mərkəzi X3 Şəxsi idarəsi iddiaçını Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslar olmadan işdən azad etdiyindən, Mingəçevir Şəhər Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli 1398 saylı əmri ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa olunmalı, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 227 və 233–ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı işdən azad edilməsi barədə Mingəçevir Şəhər Mərkəzi X3 Şəxsinin xx.xx.2023-cü il tarixli 1398 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edilsin. Teymurov X2 Şəhər Mərkəzi X3 Şəxsinin Dəstək Xidmətləri Şöbəsinin Texniki dəstək bölməsinə sürücü vəzifəsinə bərpa edilsin. Mingəçevir Şəhər Mərkəzi X3 Şəxsi tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar