Məhkəmə qərarları › İş №2(051)-298/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-298/2021

01.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-298/2021 01.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 və İddiaçı Semyon qızına qarşı «vərəsə tanınma, mirasın qəbul etmə faktının müəyyən edilməsi və miras mülkün cavabdehlərlə aralarında bölünüb hər birinə miras mülkün 1/3 hissəsinə mülkiyyət hüququnun verilməsi » tələbinə dair iddiası; İddiaçı Semyanovnanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanun üzrə vərəsəliyin müəyyən olunması, payların bölünməsi və həmin mirasdan payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə əlaqədar mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 və İddiaçı Semyon qızına qarşı «vərəsə tanınma, mirasın qəbul etmə faktının müəyyən edilməsi və miras mülkün cavabdehlərlə aralarında bölünüb hər birinə miras mülkün 1/3 hissəsinə mülkiyyət hüququnun verilməsi» barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı Semyanovnanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanun üzrə vərəsəliyin müəyyən olunması, payların bölünməsi və həmin mirasdan payın naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 və İddiaçı Semyon qızına qarşı «vərəsə tanınma, mirasın qəbul etmə faktının müəyyən edilməsi və miras mülkün cavabdehlərlə aralarında bölünüb hər birinə miras mülkün 1/3 hissəsinə mülkiyyət hüququnun verilməsi» tələbinə dair 2(051)-2998/2021 saylı mülki işin və İddiaçı Semyanovnanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanun üzrə vərəsəliyin müəyyən olunması, payların bölünməsi və həmin mirasdan payın naturada bölünməsi» tələbinə dair 2(051)-298/2021 saylı mülki işlə birləşdirilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(051)-299/2021 saylı mülki iş 2(051)-298/2021 saylı işlə birləşdirilməli və hər iki işə 2(051)-299/2021 saylı mülki işin qeydiyyat nömrəsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 169.4-cü maddəsinə əsasən bu maddədə göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 və İddiaçı Semyon qızına qarşı «vərəsə tanınma, mirasın qəbul etmə faktının müəyyən edilməsi və miras mülkün cavabdehlərlə aralarında bölünüb hər birinə miras mülkün 1/3 hissəsinə mülkiyyət hüququnun verilməsi» tələbinə dair 2(051)-299/2021 saylı iş Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı Semyanovnanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanun üzrə vərəsəliyin müəyyən olunması, payların bölünməsi və həmin mirasdan payın naturada bölünməsi tələbinə dair 2(051)- 298/2021 saylı mülki iş birləşdirilməli, birləşdirilmiş işin 2(051)-299/2021 saylı qeydiyyat nömrəsi saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263- 264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 və İddiaçı Semyon qızına qarşı «vərəsə tanınma, mirasın qəbul etmə faktının müəyyən edilməsi və miras mülkün cavabdehlərlə aralarında bölünüb hər birinə miras mülkün 1/3 hissəsinə mülkiyyət hüququnun verilməsi» tələbinə dair 2(051)-299/2021 saylı mülki işlə Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan İddiaçı Semyanovnanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanun üzrə vərəsəliyin müəyyən olunması, payların bölünməsi və həmin mirasdan payın naturada bölünməsi tələbinə dair 2(051)-298/2021 saylı mülki iş birləşdirilsin və birləşdirilmiş iş 2(051)-299/2021 saylı qeydiyyat nömrəsində saxlanılsın. Sədrlik edən: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar