Məhkəmə qərarları › İş №2(051)-299/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-299/2021

29.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-299/2021 29.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Birinci iddia üzrə İddiaçı, onun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, İkinci iddia üzrə iddiaçı Cavabdeh2 Semyon qızının və onun vəkili X17 iştirakı ilə, Birinci iddia üzrə iddiaçı X10 cavabdehlər X14 və X4rşı «vərəsə tanınma, mirasın qəbul etmə faktının müəyyən edilməsi və miras mülkün cavabdehlərlə aralarında bölünüb hər birinə miras mülkün 1/3 hissəsinə mülkiyyət hüququnun verilməsi» tələbinə dair birinci iddiası və ikinci iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı “qanun üzrə vərəsəliyin müəyyən olunması, payların bölünməsi və həmin mirasdan payın naturada ayrılması tələbinə dair ikinci iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Birinci iddia üzrə iddiaçı X21 iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin X3 payına düşən hissəsində onun, yəni X10, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə Cavabdeh2 Semyon qızının miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin X3 payına düşən hissəsinin 1/3 hissəsində onun, yəni X6, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə Cavabdeh2 Semyon qızının və X2 miras qalmış, Mingəçevir şəhərinin Mehmandarov küçəsi 6-A ünvanda yerləşən fərdi yaşayış evindən onun, yəni X6, 1/3 hissədə Cavabdeh1 və Cavabdeh2 Semyon qızının 1/3 hissədə miras paylarının müəyyən edilməsi barədəbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İkinci iddia üzrə iddiaçı X19 iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, əri X2 miras qalmış Mingəçevir şəhəri S.Mehmandarov küçəsi ev 6A da 1 otaqlı 18.03kv/m olan mənzilin ər və arvad kimi rəsmi nikahda olduqları üçün həmin mirasın 50 faizini və 50 faizdən 3/1 hissəsini ona miras kimi bölüşdürülüb, həmin mirasdan payın naturada ayrılması barədə qərar qəbul edilməsini və JN-1718A KOD ******* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,04ha torpaq sahəsinin yarısının 50+1 hissədə miras kimi naturada ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, əri X2 miras qalmış, Mingəçevir şəhərinin Mehmandarov küçəsi ev 6-A-da bir otaqlımənzilinin 50+1 hissədə ona miras kimi bölüşdürülüb və həmin mirasdan payının naturada ayrılması, eləcə də JN 1718-A KOD ******* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0.04 ha torpaq sahəsinin 50+1 hissədə miras kimi naturada ayrılıb ona verilməsi və ünvan 2 ünvanda yerləşən mənzili bir otaqdan iki otağa çevirdiyi üçün xərclədiyi 10000000 (on milyon) Rus rublunun cavabdehlər İddiaçı və Cavabdeh1 alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (hər iki iddia üzrə cavabdeh) X14 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X11 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci iddia üzrə iddiaçı X21 məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X1 23 sentyabr 1974-cü ildə anası X18 ilə rəsmi qaydada nikahlarını qeyd etdirməklə ailə qumuşlar. Onların birgə nikahlarından özü və qardaşı Vüqar olmaqla 2 uşaqları olmuşdur. Atası ilə anası bir müddət mehriban yaşasalar da, sonradan, yəni 01 iyun 1983-cü ildə aralarında olan nikah pozulmuşdur. Bundan sonra ünvan 3 ünvanda yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi atası Səfər Allahverdiyev, qardaşı Vüqar Allahvediyev, onun və Cavabdeh2 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində onlar ev inşa edib həmin evdə yaşayırlar. X1 08 noyabr 2004-cü ildə, anası X18 isə 26 avqust 2005-ci il tarixdə vəfat etmişlər. Atasının vəfatından sonra özü və digər cavabdehlərlə birlikdə bir övlad kimi onun dəfnini təşkil etmiş, yas mərasiminini keçirtmişdir. Faktiki olaraq 40 gün sözügedən mənzildə hüzr yerinə gələnləri qəbul etmişdir. Eləcə də atasının il mərasimini də həmin evdə vermişlər. Cavabdehlərlə birlikdə vərəsəliyi qanunla nəzərdə tutulan 3 ay müddətində faktiki olaraq qəbul etmişdir. Lakin Cavabdeh2 mərhum atasından miras qalmış əmlakın atasına aid hissəsinin onun mülkiyyətinə verilməli olduğunu bildirmişdir. O atasından miras qalmış hissəni faktiki olaraq qəbul etmişdir. O atasından miras qalmış torpaq sahəsinə və fərdi yaşayış evinə dair hissəyə paylara uyğun qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi barədə ərizə ilə Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariar ofosinə müraciət etmişdir. Lakin Cavabdeh2 Notariat Ofisinin notariusu miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadərnamə verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməli olduğunu tövsiyyə etmişdir. O da buna görə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən Mingəçevir şəhərinin Mehmandarov küçəsi 6-A ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin X3 payına düşən hissəsinin 1/3 hissəsində onun, yəni X6, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə Cavabdeh2 Semyon qızının və X2 miras qalmış, Mingəçevir şəhərinin Mehmandarov küçəsi 6-A ünvanda yerləşən fərdi yaşayış evindən onun, yəni X6, 1/3 hissədə Cavabdeh1 və Cavabdeh2 Semyon qızının 1/3 hissədə miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında birinci iddia üzrə iddiaçı X10 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddiaçı Allahvediyeva Lalənin izahatına uyğun izahat verərək, birinci iddianın təmin olunmasını və ikinci iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (ikinici iddia üzrə iddiaçı) X19 məhkəmə iclası zamanı birinci iddianı qəbul etmədi və göstərdi ki, mərhum əri X7 ilə 1983-cü ildə fevral ayında faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Lakin rəsmi nikahlarını 20 avqust 1996-cı ildə 70 sayla Mingəçevir Qeydiyyat şöbəsində (VVAQ) qeyd etdirmişlər. Onların birgə nikahdan övladları olmamışdır. Onun əri X3 birinci həyat yoldaşı X18 olmuş və onlar 21 yanvar 1983-cü ildə rəsmi nikahlarını məhkəmə yolu ilə pozmuşdur. Onların 21.08.1996-cı il təvəllüdlü Cavabdeh1 və X21 olmuşdur. Bu uşaqlara anası tərəfindən nikah pozulduqdan sonra o bir ana kimi onlara qulluq göstərmiş, övladı kimi onların qayğısını çəkmiş və oğulluğu Vüqarı 1997-ci ildə o özü evləndirmişdir. Onun oğulluğu Cavabdeh1 Vəfa Allahverdiyeva ilə ailə həyatı qurmuşdur. Cavabdeh1 2014-cü ilin may ayında həyat yoldaşı Vəfa Kərimova ilə aralarında olan rəsmi nikahı pozdurmuş və bundan sonra Vüqarın oğlu, onun nəvəsi olan Səfər Allahveridiyevə, hal-hazıradək o baxır və onu himayəsindədir. Vüqarın oğluna əri Səfər Abdullayevin oğlu adını vermiş və onun oğlu onun nəvəsi sayılan X15 hal-hazırda onun himayəsində olmaqla universitedə təhsil alır və o ona qulluq göstərir. Onun ərinin birinci həyat yoldaşı Roza Allahveridyeva 1983-cü ildə ərindən boşandıqdan sonra bu azyaşlı uşaqlara Vüqara və Laləyə, hal-hazıradək o baxmışdır. Onun əri Səfərlə onun birinci həyat yoldaşı Səfərdən ev aldıqdan sonra uşaqlara baxmadı və uşaqları körpə ikən onların üzərinə tullamış və uşaqlara bir ana kimi o qulluq göstərmişdir. X36 birinci həyat yoldaşı X20 şəhəri, A.S.Puşkin küçəsi ev 10, mənzil 5-də, 2 otaqlı mənzil aldıqdan sonra 2 körpə balasına baxmadı sonrada onun bildiyinə görə həmin mənzili satmış və Türkiyə Respublikasına çıxıb getmiş və orada vəfat etmişdir. O əri Səfər Abdullayevlə ailə həyatı qurmamışdan əvvəl AzKabel zavodunda baş iqtisadçı işləyərkən bir otaqlı mənzil almışdır. Həmin mənzil Mingəçevir şəhər N.Nərimənov küçəsi ev 39, mənzil 17-də xüsusi mülkiyyətində 1 otaqlı mənzil olmuşdur. Mənzili xüsusiləşdirib Səfərlə ər-arvad kimi yaşadığına görə həmin mənzili satmış və Mingəçevir şəhəri Mehmandarov küçəsi ev 6A torpaq sahəsi almış, orada mənzil tikmiş və onun mənzilinin pulu həmin evin tikilməsinə sərf edilmişdir. O həyat yoldaşı Səfər Abdullayevlə 1983-cü ildə ailə həyatı qurduqdan sonra Ağadur Vəliyevdən 3 sot torpaq alıb Mingəçevir şəhəri Mehmandarov küçəsi ev 6A-da yerləşir və yaşayış evi satış puluna bu mənzili tikdirmişdir. Həmin ev 1983-cü ildə aprel ayında tikintisinə başlamış, sentyabr ayında isə tikinti başa çatmış və sonradan həmin mənzildə yenidən qurma işi aparıb 1 otaqlı mənzili, 2 otaqlı mənzilə çevirmiş və yaşamağa başlamışlar. Onun evinin pulu isə torpaq sahəsi almaqla onun hesabına Mingəçevir şəhəri Mehandarov küçəsi ev 6A tikmiş, həmin ev 2 otaq, bir mətbəx, bir hamam və bir tualetdən, dəhlizdən ibarətdir. Onun həyat yoldaşı X16 08.11.2004-cü il tarixdə vəfat etmişdir. Onun 3, 7 cümə axşamları, 40, 52 və ilini onun vəsaiti hesabına onun tərəfində həyata keçirilmişdir. X37 Mingəçevir şəhəri Mehmandarov küçəsi ev 6A-da miras qlmışdır. Həmin mübahisəli mənzil olan miras onun tərəfindən qəbul edilmişdir. Buna görə də əri X2 miras qalmış, Mingəçevir şəhərinin Mehmandarov küçəsi ev 6-A-da bir otaqlımənzilinin 50+1 hissədə ona miras kimi bölüşdürülüb və həmin mirasdan payının naturada ayrılması, eləcə də JN 1718-A KOD ******* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0.04 ha torpaq sahəsinin 50+1 hissədə miras kimi naturada ayrılıb ona verilməsi və ünvan 2 ünvanda yerləşən mənzili bir otaqdan iki otağa çevirdiyi üçün xərclədiyi 10000000 (on milyon) Rus rublunun cavabdehlər İddiaçı və Cavabdeh1 alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh (ikinci iddia üzrə idiaçı) X9 etibarnamə üzrə nümayəndəsi və vəkili X24 da X9 izahatına uyğun izahat verərək birinci iddianın rədd, ikinci iddianın isə təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 verdiyi ifadəsində göstərmişdir ki, Ninanın qonşusudur. Uzun müddətdir bir həyətdə yaşayırlar. Kişi gedirdi Rusiyaya uşaqlara Nina baxırdı. 1983-cü ildən orada yaşayır. Tikinti işləri gedeəndə şahidi olmuşdur. Ana kimi görmüşdür Ninanı. Uşaqlara Nina baxırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 evinə material daşıyırdı. Azərkabeldə işləyirdi. Həmin materialən pulunu Nina özü ödəyirdi. Məhkəməyə təqdim olunmuş Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimyyətinin 23 iyul 2004-cü il tarixli, 293 nömrəli qərarı 0.04 hektar sahəsi X12, İddiaçı qzı, Cavabdeh1 və X8 mülkiyyətinə vcerilmişdir. İş materiallarında olan Qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhərinin “Kotovskiy” hazırki Mehmandarov küçəsində yerləşən 6-A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə 12 oktyabr 1991-ci ildə X3 adına verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 107521 saylı ölüm haqqında şəhadətnamənin notariat qaydasında təstiq olunmuş surətindən görünür ki, X12 08 noyabr 2004-cü ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 09 noyabr 2004-cü ildə 453 № ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan Xdmət” mərkəzində Notariat Ofisindən İddiaçı ünvanlanmış 18 oktyabr 2020-ci il tarixli, 1307 nömrəli məktubdan görünür ki, onun 08.11.2004-cü il tarixdə vəfat etmiş əri X2 qalmış miras əmlaka, vərəsələr arasında mübahisə olmasına baxmayaraq, yalnız ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməyi xahiş etməsi barədə ərizəsinə baxılmışdır. Mirasın bölüşdürülməsi haqqında mübahisə həll edilənədək vərəsəlik şəhadətnaməsi verilməsi mümkün olmadığı qeyd edilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan Xdmət” mərkəzində Notariat Ofisindən X13 ünvanlanmış 18 oktyabr 2020-ci il tarixli, 1305 nömrəli məktubdan görünür ki, onun 08.11.2004-cü il tarixdə vəfat etmiş əri X2 qalmış miras əmlaka, vərəsələr arasında mübahisə olmasına baxmayaraq, yalnız ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməyi xahiş etməsi barədə ərizəsinə baxılmışdır. Mirasın bölüşdürülməsi haqqında mübahisə həll edilənədək vərəsəlik şəhadətnaməsi verilməsi mümkün olmadığı qeyd edilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mülki mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-cu bölməsinin müddəaları tətbiq edilməklə birinci iddia təmin edilməli, ikinci iddia tələbi isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmədə müəyyən olunmuşdur ki, miras qoyan S.Allahverdiyev vəsiyyətnamə qoymamışdır. Mülki Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə ölənin uşaqları qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr sayılırlar. Tərəflərin təqdim etdiyi sübutlarla müəyyən olunmuşdur ki, Səfər Allahverdiyevin 1ci dərəcəli vərəsələri İddiaçı, Cavabdeh1 olu və Cavabdeh2dır. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin mirasın bölüşdürülməsinin anlayışını müəyyən edən 1274-cü maddəsində göstərilmişdir ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mülki Məcəllənin 1246-cı maddəsinin tələbinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Mülki Məcəllənin 1243.2-ci maddəsində «mirası qəbul etmə»nin nədən ibarət olduğu izah edilərək göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən qanunvericilik normalarının sistemli təhlilindən göründüyü kimi, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan iddia tələbi araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı, Cavabdeh1 olu və Cavabdeh2 miras qalmış torpaq sahəsi və fərdi yaşayış evində yaşamışlar və bununla da mirası qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsində yazılmışdır ki, bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Məhkəmə hesab edir ki, iddiaçıların mirası qəbul etməsini gecikdirməsinin səbəbləri üzrlü sayılmalı, müddət uzadılmalı və onlara mirasdan pay ayrılmalıdır. Məhkəmə təqdim olunmuş sübutları müqayisəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, ünvan 4 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin mərhum X3 payına düşən hissəsindən İddiaçı payı 1/3, Cavabdeh1 payı 1/3 bir və Cavabdeh2 Semyonovananın payı 1/3, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən İddiaçı payı 1/3 hissə, Cavabdeh1 payı 1/3 hissə və Cavabdeh2 Semyonovananın payı 1/3 hissədə miras payları müəyyən edilməsi məqsədə müvafiqdir. Məhkəmə ikinci iddia üzrə iddiaçının tələbini araşdıraraq belə qənaətə gəlir ki, həmin tələb əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən qanunun mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında da göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İkinci iddiaçı üzrə iddiaçı Cavabdeh2 əri X2 miras qalmış, Mingəçevir şəhərinin Mehmandarov küçəsi ev 6-A-da bir otaqlımənzilinin 50+1 hissədə ona miras kimi bölüşdürülüb və həmin mirasdan payının naturada ayrılması, eləcə də JN 1718-A KOD ******* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0.04 ha torpaq sahəsinin 50+1 hissədə miras kimi naturada ayrılıb ona verilməsi və ünvan 2 ünvanda yerləşən mənzili bir otaqdan iki otağa çevirdiyi üçün xərclədiyi 10000000 (on milyon) Rus rublunun cavabdehlər İddiaçı və Cavabdeh1 alınıb ona verilməsini tələb etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də ikinci iddia üzrə iddiaçının tələbi təmin edilməməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Semyon qızına qarşı «vərəsə tanınma, mirasın qəbul etmə faktının müəyyən edilməsi və miras mülkün cavabdehlərlə aralarında bölünüb hər birinə miras mülkün 1/3 hissəsinə mülkiyyət hüququnun verilməsi» tələbinə dair birinci iddiası təmin edilsin. ünvan 3 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin mərhum X3 payına düşən hissəsindən İddiaçı payı 1/3 hissə, Cavabdeh1 payı 1/3 hissə və Cavabdeh2 Semyonovananın payı 1/3 hissə, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən İddiaçı payı evin 1/3 hissəsi, Cavabdeh1 payı 1/3 hissəsi və Cavabdeh2 Semyonovananın payı 1/3 hissədə miras payları müəyyən edilsin. Cavabdeh2 cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı qanun üzrə vərəsəliyin müəyyən olunması, payların bölünməsi və həmin mirasdan payın naturada ayrılması tələbinə dair bir icraatda birləşdirimiş ikinci iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar