Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-310/2025 25.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizə: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, qardaşı xx.xx.1986-cı il təvəllüdlü X3 xx.xx.1986-cı il tarixdə Yevlax rayonu, Boşçalı kəndində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, X9 onun atası, X7 isə onun anasıdır. X9 ilə X1 birgə nikahından xx.xx.1986-ci il təvəllüdlü X8, xx.xx.1988-ci il təvəllüdlü X8 və xx.xx.1990-cı il təvəllüdlü Namazova (Cəfərova) Turanə Eldəniz qızı dünyaya gəlmişdir. Qardaşı xx.xx.1988-ci il təvəllüdlü X8 xx.xx.2009-cu il tarixdə vəfat etmiş, sonra atası X9 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. X17 xx.xx.2024-cü il tarixdə vəfat etdikdən sonra ondan qalmış mirası qəbul etmək üçün notariat ofisinə müraciət edən zaman xx.xx.1986-cı il təvəllüdlü Tural adlı qardaşının olması ona məlum olmuşdur. Qohumlarının vasitəsi ilə bu qardaşının körpə ikən, yəni iki aylıq olarkən vəfat etdiyini və Yevlax rayonu, Hürüuşağı kəndində dəfn edildiyini öyrənmişdir. Maraqlı şəxsndən onun ölümü barədə arayış əldə etmək istəyərkən, ölüm barədə qeyd aparılmadığı üçün imtina verilmişdir. Qardaşının vəfat etməsini qeydə alınması barədə şəhadətnamə olmadığı üçün valideynlərindən miras qalmış əmlakın qəbul məsələsini həll edə bilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə məlumat verərək işə onların iştirakı olmadan baxılıb, qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 öz izahatında göstərdi ki, Ərizəçi doğma xalasıdır. xx.xx.1986-cı il tarixdə xx.xx.1986-cı il təvəllüdlü X8 iki aylıq olarkən vəfat etmişdir. Həmin vaxt o, körpə olduğundan, ailə üzvlərinin uşağın hər hansı bir xəstəliyinin olmasından xəbəri olmamışdır. Həmin vaxtlar erkən vəfat edən uşağlara yas verilmədiyini, xx.xx.1986-cı il təvəllüdlü X3 Yevlax rayonu, Hürüuşağı kəndində dəfn edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 öz izahatında göstərdi ki, Ərizəçi ailəsi X9 və X7 ilə ünvan 1 ünvanında qonşu kimi yaşamışdırlar. xx.xx.1986-cı il tarixdə onların yeni doğulmuş övladı Tural qəfildən vəfat etmiş və ailəsi tərəfindən Yevlax rayonu, Hürüuşağı kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 öz izahatında göstərdi ki, Ərizəçi və mərhum X3 dayısıdır. xx.xx.1986-cı il təvəllüdlü X8 xx.xx.1986-cı il tarixdə qəfildən vəfat etmişdir. Həmin vaxt hadisələr tez baş verdiyindən həkimə müraciət etmədiklərini bildirmişdir. Bu barədə ailə üzvləri ona xəbər verərək, Yevlax rayonu, Boşçalı kəndində uşağın vəfat etdiyini bildirmiş və Yevlax rayonu, Hürüuşağı kəndində dəfn edəcəklərini ona bildirmişlər. Bundan sonra o, həmin kəndə gedərək dəfndə iştirak etdiyini bildirmişdir. İş materiallarında olan: Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/7-C-457.1-69/24 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının Tanrıquqular kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-9/16-2/406-2024 saylı xx.xx.2024-cü il tarixli X2 verilmiş arayışından görünür ki, həqiqətən onun qardaşı mərhum X8 xx.xx.1986-cı il tarixdə vəfat etmiş, onu, Yevlax rayonu, Hürüuşağı kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 30.09 kv.m. olan 1 otaqlı mənzilin xüsusi mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə X1 adına qeydiyyata alınmışdır. xx.xx.1986-cı il tarixdə verilmiş 493691 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası qrafaslnda X9, anası qrafasında X7 qeyd edilmişdir. xx.xx.1988-ci il tarixdə verilmiş 251137 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası qrafaslnda X9, anası qrafasında X7 qeyd edilmişdir. xx.xx.1990-cı il tarixdə verilmiş 343691 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası qrafasında X9, anası qrafasında X7 qeyd edilmişdir. xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ 384089 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə ölmüş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu ildə 467 № ilə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ 408332 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə ölmüş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 139 № ilə qeyd edilmişdir. xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ 408618 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə ölmüş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu ildə 194 № ilə qeyd edilmişdir. İşin müəyyən olunmuş halı: Ərizəçi ölmüş valideynindən miras qalmış payın qəbulu üçün notariat ofisinə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ərizəçinin qardaşının ölümü haqqında akt qeydi aşkar olunmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçinin qardaşı xx.xx.1986-cı il təvəllüdlü X8 xx.xx.1986-cı il tarixdə ölsə də vətəndaşlıq vəziyyəti aktlarında qeydə alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi : 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmənin mövqeyi: Ərizəçinin qardaşı X8 xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. O, xx.xx.1986-cı il tarixdə ölmüşdür. Lakin onun ölümü qeydə alınmamışdır. Ərizəçi qardaşı X3 xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində doğulub, xx.xx.1986-cı il tarixdə Yevlax rayonu, Boşçalı kəndində vəfat etdiyi və Yevlax rayon, Hürüuşağı kənd qəbristanlığında dəfn edilməsi faktı şahid ifadələri və təqdim edilmiş sənədlərlə müəyyən olunmuşdur. Ona görə də ərizə təmin edilməli xx.xx.1986-cı il təvəllüdlü X3 xx.xx.1986-cı il tarixdə Yevlax rayonu, Boşçalı kəndində ölməsi faktı müəyyən edilməlidir. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X3 xx.xx.1986-cı il tarixdə Yevlax rayonu, Boşçalı kəndində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Güləndam Quliyeva