Məhkəmə qərarları › İş №2(051)-312/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-312/2025

05.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-312/2025 05.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, mərhum bacısı X4 12 may 1972-ci il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1972-ci ildə Ağdaş rayonu, Qobuüstü kəndində anadan olmuş və xx.xx.1973-cü ildə ölmüş və Ağdaş rayonu, Nemətabad kəndi Babalar qəbirstanlığında dəfn olmuş bacısı X4 vəfat etməsi ilə əlaqədar ölüm faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun mərhum bacısı X9 07 sentyabr 1972-ci ildə anadan olmuş, 12 may 1973-cü il tarixində vəfat etmiş və həmin tarixdə də, dəfn edilmişdir. O bacısının ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etdi. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubuna əsasən ölümü təsdiq edən sənəd olmadığı üçün həmin orqandan ona ölüm haqqında şəhadətnamə verilmədi və məhkəməyə müraciət etməsi tövsiyyə olundu. O qeyd olunan ölüm faktını başqa formada əldə edə bilmədiyindən, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəni müdafiə edir. Mərhum şahidləri də vardır. Ona görə də bu faktın məhkəmə qaydasında müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin edilməmişdir. Lakin buna baxmayaraq Maraqlı şəxs məhkəməyə məktub göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ərizəçi onun bacısının qızıdır. Bacısının 6 uşağı olmuş və onlardan 2-i hazırda ölüb. İlhamə 1973cü ilin may ayında ölmüşdür. O, həmin vaxtlar 5-ci sinifə getdiyindən basdırılmaya getməmişdir. İlhamə üçün yas mərasimi olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, uşağın anasını dəfələrlə qəbr üstündə ağlayan görmüşdür. O, həmin uşaq ölən illəri olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçinin anası ilə xalaqızıdır. 1973-cü may İlhamə öldü və dəfn olundu. Yas mərasimi isə olmadı. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, ərizəçi onun xalasının nəvəsidir. Xalası qızının 2 uşağı ölmüşdür. İlhamə isə 1973-cü ilin may ayında ölüb. Körpə olarkən ölmüşdür. Yas mərasimi olmamışdır. Babalar qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: Belə ki, işdə olan 27 noyabr 2024-cü il tarixli Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X9 07 sentyabr 1972-ci ildə Ağdaş rayon Qobuüstü kəndində anadan olmuşdur. X3 anası X11r. İşdə olan xx.xx.2024-cü il tarixdə Ağdaş rayonu Qobuüstü kəndində tərtib edilmiş aktdan görünür ki, mərhum X9 07 sentyabr 1972-ci ildə anadan olmuşdur. Onun doğulmasına dair Maraqlı şəxsndən arayış verilmişdir. X1 12 may 1973-cü ildə vəfat etməsi və Aşağı Nemətabad kənd qəbirstanlığında dəfn olunması onun qonşuları da təsdiq etmişlər. X1 qəbrinə baxış keçirilən zaman onun qəbri nənəsinin qəbri yanında dəfn olunması müəyyən olundu. İşdə olan fotoşəkillərdən görünür ki, kiçik, baş tərəfində taxta qoyulmuş bir məzar vardır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16- 5/8-15-1405/2024 saylı məktubdan görünür ki, xx.xx.1972-ci ildə Ağdaş rayonu Qobuüstü kəndində anadan olan X4 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alaraq müraciətin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmmuşdur. Məhkəmə şahid qismində dindirilmiş X2 tərəfindən verilmiş şahid ifadəsini mötəbər sübut hesab etmir. Çünki İlhamənin 1973-cü ildə öldüyü iddia edilir, halbuki bu barədə ifadə verən X2 xx.xx.1979-cu il təvəllüdlüdür. Odur ki, X2 baş vermiş hadisələri birbaşa görmədiyindən məhkəmə onun tərəfindən verilən dolayı ifadəni mötəbər sübut hesab etmir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi bacısı X4 xx.xx.1973-cü ildə il tarixdə Ağdaş rayonu, Nemətabad kəndində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1972-ci ildə il təvəllüdlü X4 xx.xx.1973-cü ildə il tarixdə Ağdaş rayonu, Nemətabad kəndində ölməsi faktı müəyyən edilsin. X4 ölməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar