Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-314/2025 10.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında olan paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri, X1 küçəsi, ev 13 ünvanında yerləşən fərdi yaşayış evi onun və cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında paylı mülkiyyət olaraq bərabər şəkildə bölünmüşdür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin **********75-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən, 0,06 ha torpaq sahəsi üzərində olan 225,04 kv.m sahəli yaşayış evi, yaşayış evi (148/288 hissə); torpaq sahəsi (40/252 hissə) payla İddiaçı, yaşayış evi (35/288 hissə); torpaq sahəsi (62/252 hissə) payla Cavabdeh2, yaşayış evi (105/288 hissə); torpaq sahəsi (150/252 hissə) payla Cavabdeh1 məxsusdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-102/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 Məhəməd oğluna qarşı ümumi paylı mülkiyyətdə olan evin və torpaq sahəsinin naturada bölgü tələbinə dair iddiası təmin olunmamışdır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 84/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Cavabdehlərlə heç bir razılığa gəlməmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək, iddia tələbi ilə razı olduğunu, əmlakın hərracdan satılaraq paylara mütənasib surətdə bölüşdürülməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə izahat verərək, iddia tələbi ilə razı olduğunu, əmlakın hərracdan satılaraq paylara mütənasib surətdə bölüşdürülməsinə etiraz etmədiyini, düzgün surətdə bölüşdürülmə aparılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları: "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 85 №li rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar satış qiyməti 150000 manat dəyərində qiymətləndirilmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi- 0,06 ha torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 225,04 kv.m olan yaşayış evi, yaşayış evi (148/288 hissə); torpaq sahəsi (40/252 hissə) payla İddiaçı, yaşayış evi (35/288 hissə); torpaq sahəsi (62/252 hissə) payla Cavabdeh2, yaşayış evi (105/288 hissə); torpaq sahəsi (150/252 hissə) payla Cavabdeh1 məxsusdur. xx.xx.2024-cü il tarixdə verilmiş ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-84/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. AZ-İİ 584660 №li xx.xx.2023-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə X2 arasında xx.xx.2023-cü il tarixdə Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsində nikah bağlanmış, xx.xx.2023-cü il tarixdə 459 № ilə akt qeydləri kitabında qeyd edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-102/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı birgə mülkiyyətdə olan evin və torpaq sahəsinin naturada bölgü tələbinə dair iddiası təmin edilməmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 02-59/25 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi- 0,06 ha torpaq sahəsi üzərində tikilmiş yaşayış evinin ümumi sahəsi 225,04 kv.m, yaşayış sahəsi 116,41 kv.m, 108,63 kv.m ibarət olan torpaq sahəsi nəzərə alınmadan, yalnız yaşayış evi kimi hazırki vaxta bazar dəyəri 48800 manat, likvid dəyəri 44000 manat təşkil edir. 0,6 ha torpaq sahəsinin yaşayış evi daxil edilmədən, yalnız yaşayış məntəqələrinə aid torpaq sahəsi kimi hazırki vaxta bazar dəyəri 82000 manat, likvid dəyəri 74000 manat təşkil edir. ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 225,04 kv.m olan, yaşayış evi (148/288 hissə); torpaq sahəsi (40/252 hissə) payla İddiaçı, yaşayış evi (35/288 hissə); torpaq sahəsi (62/252 hissə) payla Cavabdeh2, yaşayış evi (105/288 hissə); torpaq sahəsi (150/252 hissə) payla Cavabdeh1 məxsus olan fərdi yaşayış evinin hazırki vaxta bazar dəyəri 131000 manat, likvid dəyəri 118000 manat təşkil edir. İşin müəyyən edilmiş halı: İddiaçı əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl cavabdehlərlə paylı mülkiyyətlərində olan əmlakın naturada bölünməsi, bu mümkün olmadığından isə sonradan öz payının dəyərinin cavabdehlər tərəfindən ona ödənilməsi yolu ilə həll edilməsinə üçün iddia qaldırmış, lakin iddiası təmin edilməmişdir. Hazırda iddiaçı tərəflərin ümumi paylı mülkiyyətində olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb edir. Cavabdehlər iddia tələbi ilə razıdır. İş üzrə müvafiq ekspert rəyi alınmış və ümumi paylı mülkiyyətdə olan əmlakın bazar və likvid dəyəri müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilir ki, mübahisəli daşınmaz əmlaka dair, tərəflərin torpaq sahəsinə ayrı, üzərindəki yaşayış evinə ayrıca payları müəyyənləşdirilmişdir. Daşınmaz əmlaka payların bu qaydada müəyyənləşdirilməsini iş üzrə tərəflər mübahisələndirməmişlər. Müəyyən edilmiş paylara görə torpağın ayrı, üzərindəki yaşayış evinin ayrı və ümumilikdə daşınmaz əmlakın qiymətinə dair qiymətləndirici tərəfindən məhkəməyə rəy daxil olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.https://e-qanun.az/framework/46945 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: İddiaçının əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl cavabdehlərlə paylı mülkiyyətlərində olan əmlakın bölünməsi, bu mümkün olmadığından isə sonradan öz payının dəyərinin cavabdehlər tərəfindən ona ödənilməsi yolu ilə həll edilməsinə dair iddiası təmin edilmədiyindən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddiası təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tərəflər arasında qapalı hərracda, mümkün olmadıqda açıq hərracda satılmalı, satışdan əldə edilən pul vəsaiti həmin mülkiyyətə yaşayış evi (148/288 hissə); torpaq sahəsi (40/252 hissə) payla İddiaçı, yaşayış evi (35/288 hissə); torpaq sahəsi (62/252 hissə) payla Cavabdeh2, yaşayış evi (105/288 hissə); torpaq sahəsi (150/252 hissə) payla Cavabdeh1 məxsus olması nəzərə alınaraq bölüşdürülməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 131000 manat müəyyən edilməlidir. Fərdi yaşayış evi satıldıqdan sonra pul məbləği paylara uyğun bölüşdürülərkən torpaq sahəsinin 82000 manat, torpaq sahəsi üzərindəki yaşayış evinin 49000 manat olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tərəflər arasında qapalı hərracda, mümkün olmadıqda açıq hərracda satılsın. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satışından əldə olunan pul vəsaiti həmin fərdi yaşayış evinin mülkiyyətçiləri arasında yaşayış evi (148/288 hissə); torpaq sahəsi (40/252 hissə) payla İddiaçı, yaşayış evi (35/288 hissə); torpaq sahəsi (62/252 hissə) payla Cavabdeh2, yaşayış evi (105/288 hissə); torpaq sahəsi (150/252 hissə) payla Cavabdeh1 məxsus olması nəzərə alınaraq bölüşdürülsün. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 131000 (bir yüz otuz bir min) manat müəyyən edilsin. Fərdi yaşayış evi satıldıqdan sonra pul məbləği paylara uyğun bölüşdürülərkən torpaq sahəsinin 82000 (səksən iki min) manat, torpaq sahəsi üzərindəki yaşayış evinin 49000 (qırx doqquz min) manat olması nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Güləndam Quliyeva