Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-35/2023 17.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçının nümayəndəsi,vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi,vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, **-GO-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz B170” markalı avtomaşın İddiaçı məxsusdur. İddiaçı 01 aprel 2022-ci il tarixdə özünə məxsus avtomaşını Mingəçevir şəhəri Naxçıvan küçəsi ilə Tərəvəzçilik sovxozu istiqamətində idarə edəkən yaşayış binalarına gedən ara yola dönən zaman arxadan gələn 90 FT-640 dövlət qeydiyyat nişanlı “Mersedes Benz C 280” markalı avtomaşın sürətlə gələrək iddiaçının idarə etdiyi avtomaşınla toqquşub yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan sonra həmin avtomaşın idarəetməni itirib yol kənarında səkiyə və ağaca dəymişdir. Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmamış, lakin iddiaçıya məxsus avtomaşına zərər dəymişdir. Mingəçevir şəhər PŞ-nin DYPB-nin əməkdaşları hadisə yerinə gəlmişlər, məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsini tərədən 90-FT 640 dövlət qeydiyyat nişanlı “Mersedes Benz C 280” markalı avtomaşının sürücüsü Cavabdehdur. Cavabdeh barəsində inzibti xəta haqqında protokol tərtib edilmiş və o, İXM-nin 327.2-ci maddəsinə əsasən cərimə olunmuşdur. İddiaçı yol-nəqliyyat hadisəsini tərətmiş Cavabdeh hadisə nəticəsində avtomaşınına vurulmuş zərərin ödənilməsii xahiş etmiş, cavabdeh əvvəl razılaşmış, lakin sonra bəhanələr gətirərək vurulmuş zərəri ödəməkdən boyun qaçırmışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair smetaya əsasən iddiaçıya məxsus avtomaşının təmir işlərinin dəyəri 611 manat, nəqliyyat vasitəsinin təzə hissələrinin, detallarının və ləvazimatlarının dəyəri 1620 manat, təzə materialların dəyəri (rənglənmə ilə bağlı) 170 manat, cəmi 2401 manat qiymətləndirilmişdir. Avtomaşının təmiri zamanı digər detalların da dəyişdirilməsinə zərurət yaranmış, iddiaçı qiyməti 300 manat olan “zbor poçemnik”, qiyməti 45 manat olan “stupitsiyanın poçemniki”ni almışdır və bununla bağlı qaimə faktura məhkəməyə təqdim edilmişdir. İddianın təmin olunmasını, Cavabdeh iddiaçının avtomaşınına vurulmuş zərərin əvəzi olaraq təmir işlərinin dəyəri olan 661 manat, nəqliyyat vasitəsinin təzə hissələrinin, detallarının və ləvazimatlaının dəyəri 1620 manat, təzə materialların dəyəri ( rənglənmə ilə bağlı) 170 manat, qiyməti 300 manat olan “zbor poçemnik”, qiyməti 45 manat “stupitsiyanın poçemniki”, cəmi 2746 manat, vəkilə ödədiyi 200 manat, mütəxəssis rəyi üçün ödənilmiş 48,96 manat dövlət rüsumu kimi ödənilmiş 45 manat, sənədlərin notariat qaydada təsdiqi üçün ödənilmiş 9 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmsını xahiş edir. Cavabdeh Əbdürəhman oğlu məhkəmə iclasında iddiaı qəbul etməyərək izahatında bildirdi ki, yolnəqliyyat hadisəsi tək onun tərəfindən deyil, həm də iddiaçı tərəfindən törədilmişdir. Hadisə zamanı onun da avtomaşınına zərər dəymişdir. Bundan əlavə iddiaçıya məxsus avtomaşına vurulmuş zərər çox şişirdilmişdir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə təəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətidən görünür ki, 99GO 045 dövlət qeydiyyat nişanlı “Mersedes Benz B170” markalı avtomaşın İddiaçı məxsusdur. İşdə olan Mingəçevir şəhər PŞ DYPŞ tərəfindən 01 aprel 2022-ci il tarixdə tərtib edilmiş ******* AP №-li inzibati xəta haqqında protokoldan görünür ki, Əliyev X1 şəhəri Naxçıvan küçəsində avtomaşının sığorta müqaviləsi olmadan idarə edərək ara məsafə və manevr etmə qaydasını pozaraq “Mersedes” markalı, 99 GO-045 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2, 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətmişdir. İşdə olan Mingəçevir şəhər PŞ-in DYPŞ-nin YNHÜ inspektoru X2 “İnzibti tənbeh vermə haqqında” 01 aprel 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat cərimə olunmuşdur. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(051)-272 №-li qərarından görünür ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Cavabdeh şikayəti təmin olunmamış, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat cərimə edilməsi barədə Mingəçevir şəhər PŞ-nin DYPB-nin 01 aprel 2022-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılmıdır. İşdə olan “Mingəçevir Lada TXS” tərəfindən xx.xx.2022-ci ildə tərtib edilmiş Nəqliyyat vasitəsinin təmirinə dair smetadan görünür ki, ** GO *** dövlət qeydiyyat nişanlı “Mersedes Benz 170” markalı avtomaşının təmir işlərinin dəyəri 611 manat, təzə hissələrin, detalların və ləvazimatların dəyəri 1620 manat, təzə materiallaın dəyəri 170 manat, nəqliyyat vsitəsinin təmirinin dəyərinin cəmi 2401 manat təşkil edir. İşə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/9456 №-li 20 fevral 2023-cü il tarixli rəyindən görünür ki, “Mersedes Benz 170” markalı ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2070 manat müəyyən edilmişdir. İşdə olan ******* №-li xx.xx.2022-ci il tarixli qaimə fakturadan görünür ki, “Qranat zbor”-qiyməti 300 manat, “Paçemnik stupitsiya”-qiyməti 45 manatdır. İşdə olan 09.4.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmət üçün konsensus vəkil bürosuna 200 manat ödənilişdir. İşdı olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən sənədlərin notarial təsdiqi üçün 09 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ********* №-li qəbzdən görünür ki, İddiaçı tərəfindən 45,0 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan qəbzdən görünür ki, “Mingəçevir Lada TS”-ə 48,96 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci madəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi zamnı iddiaçıya məxsus **-GO-*** dövlət qeydiyyat nişanlı “Müesedez Benz B170” makalı avtomaşına zərər vuilmuşdur. İddiaçı ona məxsus avtomaşına vurulmuş zərərin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi tələbində haqlıdır. İddiaçı tələbində ona məxsus avtomaşına zərərin əvəzi olaraq hesablanması əsaslarından biri kimi “Mingəçevir Lada TXS” tərəfindən tərtib edilmiş Nəqliyyat vasitələrinin təmirinə dair smetasını götürmüşdür. Həmin smetaya əsasən iddiaçıya məxsus nəqliyyat vasitəsinin təmirinin dəyəri 2401(iki min död yüz bir) manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizanın rəyinə görə “Mersedes Benz B 170” markalı ** GO *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir-bərpa xərci 2070(iki min yetmiş) manat müəyyən edilir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, avtomaşının təmir xərcinin ilkin hesablanmasından sonra avtomaşının təmiri zamanı digər ehtiyat hissələrinin də dəyişdirilməsinə zərurət yarandığına görə qiyməti 300 manat olan “zbor poçemnik”, qiyməti 45 manat olan “stupitsiyanın poçemniki” alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara, eləcə də məhkəmə-əmtəəşünaslıq ekspetizasının rəyinə sübut kimi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, avtomaşının təmir-bərpa xərci üçün hesablanmış 2070(iki min yetmiş) manat, avtomaşının təmiri zamanı zərurət olduğuna görə alınmış ehtiyat hissələrinin məbləği olan cəmi 345(üç yüz qırx beş) manat, vəkilə hüquqi xidmət üçün ödənilmiş 200(iki yüz) manat, mütəxəssis rəyi üçün ödənilmiş 48,96 (qırx səkkiz manat doxsan altı qəpik) manat, dövlət rüsumu kimi ödənilmiş 45(qırx beş) manat , sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 09(doqquz) manat Cavabdeh alınıb İddiaçı verilməlidir. İş üzrə ekspertiza xərci olan 50(əlli) manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh avtomaşının təmir-bərpa xərci üçün cəmi 2415(iki min dörd yüz on beş)manat, hüquqi xidmət üçün vəkilə ödənilmiş 200(iki yüz) manat, mütəxəssis rəyi üçün ödənilmiş 48,96 (qırx səkkiz manat doxsan altı qəpik) manat, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 09(doqquz) manat, dövlət rüsumu kimi ödənilmiş 45(qırx beş) manat alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza xərci olan 50(əlli) manat Cavabdeh alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-35/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-35/2023
17.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver