Məhkəmə qərarları › İş №2(051)-365/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-365/2023

27.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-365/2023 27.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi iştirakı ilə, ölüm faktının müəyyən edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi məhkəməyə müraciət edərək, qardaşları X6 və X3 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, X6 və X7 onun qardaşlarıdır. Qardaşları Fariz və İmran hər ikisi xx.xx.2005-ci ildə avtoqəza nəticəsində vəfat etmişlər. Qardaşları Fariz və İmranı Yevlax rayonu Tanrıqulular kənd qəbirstanlığında dəfn etmişlər. Hazırda onların ölüm haqqında şəhadətnamələri yoxdur. Ölüm faktını təsdiq edən arayış olmadığı üçün Maraqlı şəxs tərəfindən qardaşları Fariz və İmranın ölümü haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmin şəhadətnamənin başqa qaydada alınması mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını, xx.xx.1970-ci ildə anadan olmuş X6 və 24 iyul 1971-ci ildə anadan olmuş X3 04 dekabr 2005-ci ildə ölmələri faktının müəyyən olunmasını xahiş edir. Ölüm faktının müəyyən edilməsi qardaşlarına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxsnə məhkəmə iclasınn vaxtı və yeri barədə bildiriş göndərilmiş, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi ilə 25 ildən çoxdur ki, qonşudur. Ərizəçinin qardaşları Fariz və İmran həqqətən də 04 dekabr 2005-ci ildə vəfat ediblər. Yas mərasimində yaxından iştirak etmişdir. Ərizəçinin qardaşları Yevlax rayonunda dəfn edilmişlər. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi ilə 20 ildən çoxdur ki, qonşudur. Onun qardaşları Fariz və İmranı tanıyırdı. Ərizəçinin qardaşları Fariz və İmran 04 dekabr 2005-ci ildə avtoqəza nəticəsində vəfat etmişlər, onları Yevlax rayon Tanrıqulular kənd qəbirstanlığında dəfn etmişlər. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi ilə 20 ildir ki, qonşudur. Ərizəçinin qardaşları Fariz və İmran 04 dekabr 2005-ci ildə vəfat etmişlər, onları Yevlax rayon Tanrıqulular kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-89/15 №-li və 05/Q-90/15 №-li 07 dekabr 2022-ci il tarixli arayışlarda göstərilir ki, akt qeydləri arxivində X6 və X3 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. İşə əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Tanrıqulular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli 431 №-li arayışlarda göstərilir ki, X6 və X7 04 dekabr 2005-ci ildə vəfat etmişlər və Tanrıqulular kənd qəbirstanlığında dəfn edilmişlər. Məhkəmə tədqiqi zamanı X6 və X3 04 dekabr 2005-ci ildə Mingəçevir şəhərində ölmələri faktı müəyyən edildi. Həmçinin, müəyyən edildi ki, onların ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X6 və X3 04 dekabr 2005-ci Mingəçevir şəhərində ölmələri faktı müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. 01 aprel 1970-ci ildə anadan olmuş X6 və 24 iyul 1971-ci ildə anadan olmuş X3 04 dekabr 2005-ci ildə Mingəçevir şəhərində ölmələri faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar