Məhkəmə qərarları › İş №2(051)-366/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-366/2021

26.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-366/2021 26.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi X4 iştirakı ilə Ərizəçi X4 «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi m ü ə y y ə n e t d i: X8 ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, anası X2 xx xxxxxx 2020-ci ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X8 məhkəmə iclasında bildirdi ki, X5 onun anasıdır. Anası xəstə idi və daimi müalicələr alırdı. xx.xx.2020-cu il tarixdə vəfat etmiş və onu Mingəçevir Sağ Sahil qəbirstanlığında dəfn etmişlər.Hazırda onun ölüm şəhadətnaməsi yoxdur. Qeydiyyat şöbəsinə müraciət etsə də, onun ölümü barədə şəhadətnamə ala bilməmişdir və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyildir. Onun ölümünü qohum və qonşular təsdiq edə bilrlər. Məhkəmədən xx.xx.1962-ci il təvəllüdlü anası X2 ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin məhkəməyə xx xxxxxx 2021-ci il tarixdə məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, həmçinin şahidlərin dindirilməsi ilə mübahisəni araşdırmışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X3 ifadə verərək, bildirdi ki, mərhum X5 onun yaxını olmuşdur. xx xxxxxx 2020-cu il tarixdə E.İbadovanın vəfat etdiyini eşitmiş və mərhumu Mingəçevir şəhər Sağ Sahil qəbirstanlığında el adəti ilə dəfn etmişlər. Ərizəçinin tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Mingəçevir şəhər Nikah evində tərəfindən verilmiş 279 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin əsli, Mingəçevir Şəhər Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 150 nömrəli arayış, Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 05/9-24/13 nömrəli məktub aiddir. Həmin sənədlər işin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan Mingəçevir şəhər Nikah evi tərəfindən verilmiş 279 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, həqiqətən də, X8 və X6 ər və arvaddır. İş materiallarında olan Mingəçevir Şəhər Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 150 nömrəli arayışdan görünür ki, Mingəçevir şəhəri H.əliyev prospekti, ev 31, mənzil 29-da yaşamış X5 xx xxxxxx 2020-ci il tarixdə Mingəçevir şəhər Sağ Sahil qəbirstanlığında dəf olunmuşdur. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli 05/9-24/13 nömrəli arayışından görünür ki, X2 Maraqlı şəxsndə ölüm akt qeydiyyatı tapılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti Aktlarının dövlət qeydiyyatı ilə bağlı təlimatının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ona görə də ərizəçiyə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. MPM-nin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Beləliklə, məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizəçinin anası X2 xx xxxxx 2020-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 307-311, 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X2 xx xxxxxx 2020-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilmiş hesab olunsun. X2 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən X1 qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar