Məhkəmə qərarları › İş №2(051)-369/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-369/2025

21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-369/2025 21.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Maraqlı şəxs rəisi X5 iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən X19 27 noyabr 1982-ci il tarixdə Mingəçevir şəhərində və X8 27 dekabr 1984-cü il tarixdə Mingəçevir şəhərində ölmələri faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X9 onun xalasıdır. X29 31 avqust 2024-cü il tarixdə vəfat etmişdir. Xalası Xədicə X1 ilə aralarında olan nikahlarından Əfsanə, Şaiq və Aqşin adlı 3 uşaqları doğulmuşdur. Aqşin Rəhimov xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. X32 xx.xx.1982-ci il tarixdə, X20 isə xx.xx.1984-cü il tarixdə vəfat etmişlər. Həmin vaxt Şaiq və Əfsanənin ölümü xalasını sarsıtdığı üçün bu barədə qeydiyyat şöbəsinə vaxtında müraciət edib ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda xalası X3 qalmış mirasa vərəsəlik işi açılmışdır. Xalası Xədicənin yeganə varisi odur. Lakin vərəsəlik işi ilə bağlı ondan Şaiq və Əfsanənin ölüm haqqında şəhadətnamələri tələb olunur. Bununla bağlı o, Maraqlı şəxsnə Şaiq və Əfsanənin ölüm faktı ilə bağlı şəhadətnamə almaq üçün müraciət etmişdir. Ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs rəisi X13 məhkəmə iclası zamanı izahatında göstərdi ki, ərizəçi xx.xx.1984-cü il tarixdə doğulmuş X8 və xx.xx.1982-ci il tarixdə doğulmuş X19 ölümü haqqında şəhadətnamələrin istənilməsi ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Ərizəçinin ərizəsi əsasında akt qeydləri arxivində xx.xx.1984 - xx.xx.1987-ci illər üzrə, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü il tarixədək yoxlama aparılarkən qohumu X8 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. xx.xx.1982 - xx.xx.1985-ci illər üzrə Maraqlı şəxs akt qeydləri arxivində, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü il tarixədək yoxlama aparılarkən qohumu X19 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Ona görə də Maraqlı şəxs tərəfindən ərizəçiyə, qohumlarının vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X24 ifadəsində göstərdi ki, ərizəçinin xalası ilə qonşu olmuşdur. X18 və Şaiq adlı uşaqları körpə olarkən dünyasını dəyişmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X21 da X24 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən Ərizəçi verilmiş 11 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, o, ünvan 1 ünvanında yaşamış, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 qalmış mirasa vərəsəlik işi açılması üçün xx.xx.2024-cü il tarixdə Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş və həmin tarixdə bununla bağlı V-518/2024 saylı vərəsəlik işi açılmışdır. Digər vərəsələrin olması barədə notariat ofisinə heç bir məlumat daxil olmamışdır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxxx 1967-ci il tarixdə doğulmuş Ərizəçi anası X14, atası X25r. İş materiallarında olan 09 mart 2023-cü il tarixli arxiv arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qazax rayon Dövlət Arxivində 159-cu fondda mühafizə olunan Qazax qeydiyyat şöbəsinin 1935-1938-ci illərə aid doğum haqqında qeydiyyat kitabının 56 saylı doğuma akt qeydində aşağıdakı qaydada qeyd aparılmışdır. X11, doğum tarixi xx.xx.1937(Daş Salahlı) Atası: X15; Anası: X6 İş materiallarında olan Qazax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 10 iyul 1947-ci ildə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuşdur. X2, atası X10r. İşdə olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 06 fevral 2011-ci il tarixdə vəfat etmişdir. İşdə olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1947-ci il tarixdə Qazax rayonu, Baş Salahlı kəndində olan X9 barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2024-cü ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir:

1. Əri: X27 (xx.xx.1941) ölüb; 2. Qızı: X20 (xx.xx.1984); 3. Oğlu: X32 (xx.xx.1982);

4. Oğlu: X28 (xx.xx.1981). İşdə olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. İşdə olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.1982-ci il tarixdə doğulmuş X19 və xx.xx.1984-cü il tarixdə doğulmuş X8 anası X12, atası X22r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və xx.xx.1984 - xx.xx.1987-ci illər üzrə Maraqlı şəxs akt qeydləri arxivində, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü il tarixədək yoxlama aparılarkən qohumu X8 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və xx.xx.1982 - xx.xx.1985-ci illər üzrə Maraqlı şəxs akt qeydləri arxivində, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü il tarixədək yoxlama aparılarkən qohumu X19 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan 02886 nömrəli Qeydiyyat Vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzil X4 adına mülkiyyət hüququ əsasında 19 sentyabr 2005-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, mərhum X9 ərizəçinin doğma xalasıdır. X4 X27 ilə birgə nikahlarından xx.xx.1981-ci il tarixdə X28, xx.xx.1982-ci il tarixdə X32 və xx.xx.1984-cü il tarixdə X20 adlı uşaqları doğulmuşdur. X28 xx.xx.1982-ci il tarixdə, X32 27 noyabr 1982-ci il tarixdə, X20 27 dekabr 1984-cü il tarixdə ölmüşdür. Həmin vaxt Aqşin adlı uşağın ölümü qeyd edilsə də, Şaiq və əfsanə adlı uşaqları ölümü qeydə alınmamışdır. Ona görə də barələrində ölüm akt qeydi tərtib edilməmişdir. X9 xx.xx.2024-cü il tarixdə, əri X27 xx.xx.2005-ci il tarixdə tarixdə, bacısı (ərizəçinin anası) X14 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişlər. Hazırda ərizəçi yeganə vərəsə kimi vərəsəlik işi üzrə sənədləşmə ilə bağlı müraciət etmiş, lakin ərizəçidən ölüm haqqında şəhadətnamələr tələb olunmuşdur. X19 və X8 adına ölüm haqqında şəhadətnamə olmadığına görə ərizəçi ölüm haqqında şəhadətnamələri təqdim edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1–ci maddəsində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi xalasının uşaqlarının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və xx.xx.1982-ci il tarixdə doğulmuş X19 27 noyabr 1982-ci il tarixdə Mingəçevir şəhərində, xx.xx.1984-cü il tarixdə doğulmuş X8 27 dekabr 1984-cü il tarixdə Mingəçevir şəhərində vəfat etmələri faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307–311 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏTETDİ:

Ərizə təmin edilsin. X9 ilə X16 birgə nikahlarından xx.xx.1982-ci il tarixdə doğulmuş X19 27 noyabr 1982ci il tarixdə Mingəçevir şəhərində, xx.xx.1984-cü il tarixdə doğulmuş X8 27 dekabr 1984-cü il tarixdə Mingəçevir şəhərində vəfat etmələri faktı müəyyən edilsin. X19 və X8 vəfat etmələri faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar