Məhkəmə qərarları › İş №2(051)-402/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-402/2022

10.01.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-402/2022 10.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onunla Maraqlı şəxs2 arasında alimentin ödənilməsi ilə bağlı barışıq sazişinin imzalandığı, lakin icra edilmədiyi bildirsə də, ərizəyə barişiq sazişi əlavə edilməmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş ərizənin ikinci nüsxəsi ərizəçi tərəfindən imzalanmamışdır. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 305.*.*7-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 306.*-ci maddəsində görə məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin *52.*.*. -ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarılıq. Məhkəmə MPM-in *49, *5*, *52, 306.*, 355-24-cü maddələrini əlaqəli şəkildə nəzərdən keçirərək bu qənaətə gəlir ki, bu Məcəllənin 30-40-6-cı fəsillərində ayrı qayda nəzərdə tutulmamışdırsa, iddia icraatı qaydasında verilən iddialar üzrə iddia ərizəsinin geri qaytarılması əsasları, xüsusi icraat qaydasında verilən ərizələrə münasibətdə də nəzərə alınmalı, eyni zamanda ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkün hesab edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, prosessual qanunvericilikdə məhkəməyə verilən ərizələrə dair tələblərə əməl edilməsinin ərizəçinin vəzifəsi olduğundan, qeyd olunan nöqsana görə ərizə geri qaytarılmalı və ərizəçiyə həmin qüsurları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidirr. Azərbaycan Respublikası MPM-in *5*.*-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mükündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar