Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-403/2024 06.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu xx.xx.2007-ci ildə Mingəçevir şəhərində anadan olmuş və xx.xx.2008-ci ildə Naxçıvan şəhərində vəfat etmiş X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum Məhəmməd Əhmədzadə onun oğludur. Oğlu Məhəmməd xx.xx.2007-ci ildə doğulmuşdur. X4 xx.xx.2018-ci ildə ev şəraitində, tənəffüs yollarında baş vermiş problemlə əlaqədar qızdırması qalxmış, vəziyyəti ağırlaşmış və nəticədə dünyasını dəyişmişdir. X12 şəhərində yerləşən mərkəzi qəbiristanlığında dəfn etmişlər. Oğlunun ölümündən sonra sarsıntı keçirdiyindən və uzun müddət özünə gələ bilmədiyi üçün olüm haqqında şəhadətnamə ala bilməmişlər. Hazırda ərizəçi yaşadığı ünvan 1 ünvanının qeydiyyatı ilə bağlı müəyyən sənədləşmə işlərinin aparılması zamanı dövlət orqanlarında, konkret olaraq Mingəçevir şəhəri Qeydiyyat Şöbəsindən və Mingəçevir şəhər pasport və Mingəçevir Şöbəsində bildirdilər ki, mərhum oğlunun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Həmin sənədin onda olmaması ilə bağlı müəyyən problemlər yaranır, eyni zamanda, mənzil, yaşayış sahəsi ilə bağlı müəyyən sənədləşmə işlərində də mərhum oğlunun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona rəsmi qaydada bildirildi ki, «ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər Sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda siz ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz». Ərizəçi bu səbəbdən Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi Arifə Məmmədova izahatında bildirdi ki, Ərizəçi Maraqlı şəxsnə müraciət edərək mərhum oğlunun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Lakin akt qeydləri arxivində X2 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla bağlı Mingəçevir Şəhər Məhkəməsinə müraciət etməsini tövsiyə olunmuşdur. Ərizənin təmin olunmasına etiraz etmir. Ərizəçi tərəfindən şahid qismində çağırılmış X10 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Məhəmməd Əhmədzadə onun oğludur. Oğlu Məhəmməd xx.xx.2007ci ildə doğulmuşdur. Əri Ərizəçi həmin vaxt Naxçıvan şəhərində hərbi hissədə xidmət edirdi. O, azyaşlı oğlu Məhəmmədlə birlikdə Naxçıvan Respublikasında N saylı hərbi hissədə işləyən həyat yoldaşının yanına getmişlər. Oğlu Məhəmmədin qəfildən qızdırması qalxmış, vəziyyəti ağırlaşmışdır. Səhərə yaxın, yəni xx.xx.2008-ci il tarixdə uşaq tələf olmuşdur. X14 mərkəzi qəbiristanlığında dəfn olunmuşdur və dəfnində iştirak etmişdir. Ərizəçi tərəfindən şahid qismində çağırılmış X11 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun oğludur, Məhəmməd isə onun nəvəsidir. Gəlini L.Əhmədova nəvəsi Məhəmmədlə birlikdə Naxçıvan şəhərində N saylı hərbi hissəsində işləyən oğlu Ərizəçi yanına getmişlər. xx.xx.2008-ci ildə ona məlum olmuşdur ki, nəvəsi Məhəmməd qəflətən xəstələnmiş və vəfat etmişdir. O, dərhal bilet alaraq Naxçıvan şəhərinə getmişdir. X8 mərkəzi qəbiristanlığında dəfn etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri şahid ifadələri ilə birlikdə tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Yaşayış yeri üzrə qeydiyyat haqqında № ******* saylı arayışdan görünür ki, Əhmədov X5 şəhəri, Təbriz küçəsi ev 5, mənzil 28 ünvanında xx.xx.2015-ci il tarixdən qeydiyyatdadır; xx.xx.2023-cü il tarixli Mingəçevir şəhər PŞ-i tərəfindən verilmiş məlumata əsasən X2 Mingəçevir şəhərində qeydiyyatda olması barədə Mingəçevir ŞPŞ-in arxivində məlumat aşkar olunmamışdır; Naxçıvan şəhəri Vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən verilmiş xx.xx.2023cü il tarixli № 289 saylı arayışdan görünür ki, məhrum X4 xx.xx.2008-ci ildə Naxçıvan şəhəri qəbiristanlığında dəfn edilmişdir; xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-559/2024 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşların Vəziyyəti Aktlarının reyestri xidməti tərəfindən verilmiş məlumatdan görünür ki, xx.xx.2008-ci il tarixli №58 saylı Doğum haqqında akt qeydində göstərilmişdir ki, X4 xx.xx.2007-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası- Ərizəçi, anası X6r; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3- 165/7-Ə-15-7723 saylı məktubunda qeyd olunur ki, Ərizəçi ərizəsinə cavab olaraq ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü X4 Ərizəçi oğludur. X4 xx.xx.2008-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X2 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X2 xx.xx.2008-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X2 xx.xx.2008-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-403/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-403/2024
06.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver