Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-41/2022 15.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı "xxxx" Bankı ASC-nin nümayəndəsi X13 və üçüncü şəxs X1 etibarnamə üzrə nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 və üçünçü şəxs X2 qarşı kredit borcun ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X9 və üçünçü şəxs X2 qarşı kredit borcu üzrə cəmi 17871.13 manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonra iddia tələbin həcminin artırılması haqqında ərizə verərək cəmi 20695.12 manat kredit borcu, bilidirişin qeydiyyata alınmasına görə 30 manat və sənədlərin təsdiqi üçün 17 manatın cavabdehlər və üçüncü şəxsdən tutulub "xxxx" ASC-nə verilməsini xahiş etmişdir Məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 iddianı müdafiə edərək izahatında bildirdi ki, "xxxx" ASC ilə üçünçü şəxs X4 arasında bağlanmış 03.10.2013-cü il tarixli **********128013 saylı kredit müqaviləsinə əsasən Cavabdeh6 48 ay müddətinə illik 22 faiz hesablanmaq şərti ilə 15000 manat kredit verilmişdir. Cavabdeh krediti, kredit üzrə hesablanacaq faizləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq cavabdeh X7 mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri N.Nərimanov küçəsi 12 №li evi 13 №li mənzil ipoteka ilə yüklü edilmişdir. Daha sonra ipoteka qoyan X10 06.07.2014-cü ildə vəfat etmişdir. Bundan sonra X3 qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X10 tərəfindən Migəçevir şəhər 2 saylı xüsusi notariat kontoruna müraciət edilmiş, müvafiq olaraq həmin notariat kontoru tərəfindən onlara 27.07.2017-ci il tarixli, reyestrdə 2V-269, 2V-270, 2V-271 və 2V-272 № ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bununla da həmin şəxslərin hər biri müvafiq olaraq Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən 12 №li evin 13 №li mənzildən 1/4 hissədə pay əldə etmişlər Lakin üçüncü şəxs Cavabdeh6 müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyən cavabdehin 8935.91 (səkkiz min doqquz yüz otuz beş manat doxsan bir qəpik) manat əsas kredit borcu, 928.21 (doqquz yüz iyirmi səkkiz manat iyirmi bir qəpik) manat faiz borcu, 6743.14 (altı min yeddi yüz qırx üç manat on dörd qəpik) manat əldən çıxsmış fayda, 4087.87 (dörd min səksən yeddi manat səksən yeddi qəpik) manat cərimə borcu, cəmi 20695.12 (iyirmi min altı yüz doxsan beş manat on iki qəpik) manat kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, 03.10.2013-cü il tarixli **********28013/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və ümumi paylı mülkiyyət hüququ əsasında cavabdehlər Cavabdeh3 (1/4 hissə), Cavabdeh1 (1/4 hissə), Cavabdeh2 (1/4 hissə), Cavabdeh4 (1/4 hissə) məxsus Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 12 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 59.96 k.m ümumi, 47.35 k.m yaşayış, 12.61 k.m yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli mənzilə tutma yönəldilməsini, ipoteka predmetinin açıq hərracda satılması və 03.10.2013-cü il tarixli **********28013 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh6 iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 8 935,91 (səkkiz min doqquz yüz otuz beş manat doxsan bir qəpik) manat vaxtı keçmiş əsas borcu, 03.10.2017-ci il tarixinədək kreditdən istifadəyə görə illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanmış 928,21 (doqquz yüz iyirmi səkkiz manat iyirmi bir qəpik) manat məbləğində adi faizlər üzrə borc, 03.10.2017-ci il tarixdən 11.03.2022-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) dərəcəsi ilə hesablanmış 6743.14 (altı min yeddi yüz qırx üç manat on dörd qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, 11.03.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 4087.87 (dörd min səksən yeddi manat səksən yeddi qəpik) manat məbləğində penya, cəmi 20695.12 (iyirmi min altı yüz doxsan beş manat on iki qəpik) manat və 11.03.2022-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin mnotariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən ASC “Xalq Bankının” xeyrinə tutulması, mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X9, Cavabdeh5, Cavabdeh6 mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş edir. Üçüncü şəxs Cavabdeh6 etibarnamə üzrə nümayəndəsi, Vəkil məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, X4 ilə "xxxx" ASC-nin arasında bağlanmış 03.10.2013-cü il tarixli **********128013 saylı kredit müqaviləsinə əsasən Cavabdeh6 48 ay müddətinə illik 22 faiz hesablanmaq şərti ilə 15000 manat kredit verilmişdir. Həmin kreditin təminatı olaraq X7 mülkiyyət hüququ əsasında ona məxsus olan, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 12 №li evin 13 №li mənzilini ipoteka ilə yüklü etmişdir. Sonra ipoteka qoyan X10 06.07.2014-cü ildə vəfat etmişdir. Bundan sonra X3 qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X10 tərəfindən Migəçevir şəhər 2 saylı xüsusi notariat kontoruna müraciət edilmiş, müvafiq olaraq həmin notariat kontoru tərəfindən onlara 27.07.2017-ci il tarixli, reyestrdə 2V-269, 2V-270, 2V-271 və 2V- 272 № ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bundan sonra da Cavabdeh6 kredit üzrə borclarını ödəməyə başlamışdır. Lakin ödənişlərdə müəyyən gecikmələr olmuşdur. Buna baxmayaraq Cavabdeh6 müəyyən qədər ödənişlər etmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən də qanuni qüvvəsini almışdır. Rəşad Abdullayev da həmin Fərmanın təsiri dairəsinə düşmüşdür. X8 övladının qəyyumluq məsələsi ilə problemi yarandığı üçün Cavabdeh6 ilə restrukturuzasiya müqaviləsi bağlamaq mümkün olmamışdır. Həmçinin, iddiaçı da buna təşəbbüs göstərməmişdir. Bundan sonra üçüncü şəxs Cavabdeh6 dəfələrlə "xxxx" ASC-nə müraciət edərək, banka olan borcunu ödəmək istəmişdir. Lakin iddiaçı ondan şişirdilmiş məbləğ tələb etdiyinə görə, banka olan borc ödənilməmiş qalmışdır. Hazırda Cavabdeh6 iddia tələbinin ekspertin rəyində göstərildiyi qaydada təmin olunmasına və həmin məbləği ödəməyə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb, təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı "xxxx" Bankı ASC ilə üçüncü şəxs Cavabdeh6 arasında bağlanmış 03.10.2013-cü il tarixli, **********28013 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 48 ay müddətinə illik 22 faiz hesablanmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit verməyi, üçüncü şəxs isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş iddiaçı ilə X7 arasında bağlanmış 03.10.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh6 ilə bağlanmış Kredit müqaviləsinin təminatı kimi X5 mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri N.Nərimanov küçəsində 12 nömrəli, 3 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 59.96 kv.m olan mənzili ipotekaya qoyulmuşdur. İpoteka predmetinin bazar dəyəri 25000 manat, likvid dəyəri isə 22000 manat məbləğində qiymətləndirilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, ipoteka qoyan X7 06.07.2014-cü il tarixdə ölmüşdür. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 14 noyabr 2019-cu il tarixli məktubundan görünür ki, mərhum X5 məxsus olmuş, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil miras kimi 27.07.2017-ci il tarixdə ünvan 2 notariat ofisində rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən hər birinə ¼ pay olmaqla Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına keçmişdir. İşə əlavə olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4620 №li, 10.11.2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh6 03.10.2017-ci il tarixə "xxxx" ASC-nə olan borcu, əsas borc 7772.28 manat və 690.96 manat faiz borcu olmaqla cəmi 8463.24 manat məbləğində müəyyən edilir. Cavabdeh6 30.06.2020-ci il tarixə illik 5 % dərəcəsi hesablanmaqla əldən çıxmış fayda üzrə borc məbləği 1065.45 manat məbləğində müəyyən edilir. İşə əlavə olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 9/1589 №li, 30.04.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh6 03.10.2017-ci il tarixə "xxxx" ASC-nə olan borcu, əsas borc 7772.20 manat və 690.95 manat faiz borcu olmaqla cəmi 8463.15 manat məbləğində müəyyən edilir. Cavabdeh6 müqavilə müddəti bitdikdən sonra illik 5 % dərəcəsi hesablanmaqla əldən çıxmış fayda üzrə borc məbləği 1065.44 manat məbləğində müəyyən edilir. İşə əlavə olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 9/5201 №li, 11.08.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh6 03.10.2017-ci il tarixə "xxxx" ASC-nə olan borcu, əsas borc 7772.28 manat və 690.96 manat faiz borcu olmaqla cəmi 8463.24 manat məbləğində müəyyən edilir. Cavabdeh6 03.10.2017-ci il tarixdən 03.06.2021-ci il tarixədək illik 5 % dərəcəsi hesablanmaqla əldən çıxmış fayda üzrə borc məbləği 1424.92 manat məbləğində müəyyən edilir. İşə əlavə olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 9/8756 №li, 28.12.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh6 03.10.2017-ci il tarixə "xxxx" ASC-nə olan borcu, əsas borc 7772.28 manat və 690.96 manat faiz borcu olmaqla cəmi 8463.24 manat məbləğində müəyyən edilir. Cavabdeh6 03.10.2017-ci il tarixdən 01.09.2021-ci il tarixədək illik 5 % dərəcəsi hesablanmaqla əldən çıxmış fayda üzrə borc məbləği 1520.64 manat məbləğində müəyyən edilir. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni prenteziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinin tələbinə görə hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, üçüncü şəxs tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. İşə "xxxx" Bankı ASC tərəfindən ipoteka qoyana göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş əlavə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia kredit borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə təmin olunmalıdır. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.4-cü maddələrinin tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayın ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.Həmin müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra məhz bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Bundan əlavə məhkəmə hesab edir ki, ipoteka qoyulmuş mənzil açıq hərracda satıldıqdan sonra mülkiyyət hüququ yeni mülkiyyətçiyə keçdiyinə görə həmin evlə bağlı hər hansı tələblə məhkəməyə müraciət etmək hüququ yeni mülkiyyətçiyə məxsusdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ipoteka ilə yüklü edilmiş mənzil satıldıqdan sonra cavabdehlərin mənzildən məcburi qaydada çıxarılması barədə olan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat, bilidirişin qeydiyyata alınmasına görə 30 manat və sənədlərin notarial qaydada təsdiqlənməsi üçün xərclənmiş 17 manat məbləğində pul iddiaçının xeyrinə üçüncü şəxsdən tutulmalıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı üçüncü şəxsə 4087.87 manat məbləğində cərimə hesablamışdır. Lakin məhkəmə hesab edir ki, üçüncü şəxsə hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır” Məhkəmə borcalanın maddi imkanlarını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində 450 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 7772.28 manat əsas kredit borcu, 690.96 manat manat faiz borcu, 1520.64 manat əldən çıxmış fayda və 450 manat penya olmaqla, cəmi 10433.88 manat borc, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiqlənməsi üçün ödənilmiş 17 manat tam mülkiyyət hüququ üzrə Cavabdeh3 (1/4 hissə), Cavabdeh1 (1/4 hissə), Cavabdeh2 (1/4 hissə), Cavabdeh4 (1/4 hissə) məxsus, ipoteka predmeti, ilkin satış qiyməti 25000 manat olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 12 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 59.96 k.m ümumi, 47.35 k.m yaşayış, 12.61 k.m yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli mənzilə yönəldilməklə ipoteka predmeti açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaitindən Cavabdeh6 banka olan borcu ödənilməlidir. Borcun ödənilməsindən sonra mənzilin açıq hərracdan satılmasından qalan vəsait cavabdehlərə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, sübut təqdim edilmədiyinə görə iddia 11.03.2022-ci ildən iddia tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə 17% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan cərimə tutulması tələbinə dair hissədə təmin olunmamalıdır. İş üzrə 9/4620 №li, 10.11.2020-ci il il tarixli ekspert rəyinə görə ekspertiza xərci olan 150 manat, 9/5201 №li, 11.08.2021-ci il tarixli ekspert rəyinə görə ekspertiza xərci olan 145 manat iddiaçı "xxxx" ASC-dən və 9/8756 №li, 28.12.2021-ci il tarixli rəyə görə ekspertiza xərci olan 145 manat, 9/1589 №li, 30.04.2021-ci il tarixli rəyə görə ekspertiza xərci olan 150 manat üçüncü şəxs Cavabdeh6 tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh3 (1/4 hissə), Cavabdeh1 (1/4 hissə), Cavabdeh2 (1/4 hissə), Cavabdeh4 (1/4 hissə) məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 25000 (iyirmi beş min) manat qiymətləndirilmiş Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 12 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 59.96 k.m ümumi, 47.35 k.m yaşayış, 12.61 k.m yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli mənzil hərracdan satışa çıxarılsın. Satışdan əldə edilən vəsaitdən 7772.28 (yeddi min yeddi yüz yetmiş iki manat iyirmi səkkiz qəpik) manat əsas kredit borcu, 690.96 (altı yüz doxsan manat doxsan altı qəpik) manat faiz borcu, 1520.64 (bir min beş yüz iyirmi manat altmış dörd qəpik) manat əldən çıxmış fayda və 450 (dörd yüz əlli) manat penya, cəmi 10433.88 (on min dörd yüz otuz üç manat səksən səkkiz qəpik) manat kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənlmiş 30 (otuz) manat, sənədlərin notariat qaydada təsdiqlənməsi üçün ödənilmiş 17 manat tutularaq iddiaçı "xxxx" ASC-yə verilsin. Borcun ödənilməsindən sonra mənzilin açıq hərracdan satılmasından qalan pul cavabdehlərə qaytarılsın. İddia, ipoteka qoyulmuş mənzil açıq hərracda satıldıqdan sonra cavabdehlərin mənzildən çıxarılmasına dair hissədə və iddia tələbi ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixə qədər əsas borc məbləğinə illik 17 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 faiz dərəcəsi ilə hesablanan cərimə faizləri tutulması hissəsində təmin olunmasın. İş üzrə 9/4620 №li, 10.11.2020-ci il il tarixli ekspert rəyinə görə ekspertiza xərci olan 150 manat, 9/5201 №li, 11.08.2021-ci il tarixli ekspert rəyinə görə ekspertiza xərci olan 145 manat iddiaçı "xxxx" ASC-dən, 9/8756 №li, 28.12.2021-ci il tarixli rəyə görə ekspertiza xərci olan 145 manat, 9/1589 №li, 30.04.2021-ci il tarixli rəyə görə ekspertiza xərci olan 150 manat üçüncü şəxs Cavabdeh6 tutulub aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin. Büdcə təsnifatının kodu: 142319; 142595, Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci, SAP (XİİS) hesabı, X15 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, HESAB AZ34CTRE**********00088501 Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-41/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-41/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver