Məhkəmə qərarları › İş №2(051)-412/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-412/2022

17.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-412/2022 17.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Nümayəndə iştirakı ilə Ərizəçi Nümayəndə şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Nümayəndə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən *7.09.*957-ci il tarixdə doğulmuş mərhum atası X2 07.*2.20*6-cı il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Nümayəndə məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X5 onun atasıdır. Mərhum atası uzun müddət Mingəçevir şəhəri, N.Nərimanov prospekti, ev 8, mənzil *0 ünvanında yaşamışdır. Mərhum atası X5 07.*2.20*6-cı il tarixdə Mingəçevir şəhərində vəfat etmiş, onun yas mərasimi öz həyətlərində keçirilmiş və Mingəçevir şəhərində yerləşən Əli qəbiristanlığında dəfn edilmişdir. Lakin onun ölümü qeydə alınmamışdır. Hazırda ondan qalmış mirasıəmlakın sənədləşməsi üçün ölüm haqqında şəhadətnamə tələb olunur. Bu məqsədlə Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət eməsi tövsiyyə edilmişdir. Başqa qaydada atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, ərizəçi onun əmisi qızıdır. Həqiqətən, əmisi X5 07.*2.20*6-cı il tarixdə vəfat etmiş və Mingəçevir şəhərinin Əli qəbirstanlığında dəfn edilmişdir. Onun özü də dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşı qızıdır. Həqiqətən, qardaşı X5 07.*2.20*6-cı il tarixdə vəfat etmiş və Mingəçevir şəhərinin Əli qəbirstanlığında dəfn edilmişdir. Onun özü həmin vaxt Rusiya Federasiyasında olduğuna görə dəfn mərasimində iştirak edə bilməmiş, lakin sonradan mərhum qardaşının yas mərasiminə gəlmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə Şöbənin rəisi məhkəməyə ünvanlandığı ərizəsində iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmədə iştirak edə bilməmsinin səbəblərinin üzürlü sayılması və işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçiriməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan doğum haqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə xx.xx.*983-cü il tarixdə X5 ilə Abdullayeva Elmira Pirmamed qızının birgə nikahından doğulmuşdur. İşdə olan Mingəçevir şəhər bələdiyyəsi tərəfindən verilmiş *5.*0.202*-ci il tarixli 2205 saylı arayışdan görünür ki, X5 07.*2.20*6-cı il tarixdə vəfat etmiş və Mingəçevir şəhəri, “Əli” qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən *3.*0.202*-ci il tarixdə verilmiş 05/Q- *09/*5 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində 07.*2.20*6- *3.*0.202*-ci il üzrə yoxlama aparılmış, lakin X4 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, ərizəçinin mərhum atası X5 07.*2.20*6-cı il tarixdə vəfat etmiş və Mingəçevir şəhərində yerləşən Əli qəbirstanlığında dəfn edilmişdir. Lakin ölümü vaxtında qeyd edilmədiyi üçün onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də mərhum X2 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda müəyyən məsələlərin həll edilməsi üçün ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunur. Ərizəçi isə ölüm haqqında şəhadətnaməni müvafiq icra hakimiyyəti orqanından ala bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3*0–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi atasının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 3*0-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və *7.09.*957-ci il tarixdə doğulmuş mərhum X2 07.*2.20*6-cı il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 2*3, 2*6–220, 233, 3*2– 3*6 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏ T E T D İ: Ərizə təmin edilsin. *7.09.*957-ci il tarixdə doğulmuş X2 07.*2.20*6-cı il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölmünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar