Məhkəmə qərarları › İş №2(051)-42/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-42/2022

10.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-42/2022 10.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil1n Cavabdeh: Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil3 Üçüncü şəxs: X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın ümumi birgə əmlak hesab edilməsi, əmlak payının müəyyən edilməsi və cavabdehlə bərabər istifadəsinə verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən torpaq sahəsində cavabdehlə birgə inşa etdikləri yaşayış evinin onların ümumi (birgə) əmlakı hesab edilməsi, 2003-cü il tarixdə doğulmuş Türkan adlı azyaşlı uşağının mənafeyi nəzərə alınmaqla onun mübahisəli əmlakdan 2/3 hissədə əmlak payının müəyyən edilməsi, həmin əmlakın cavabdehlə bərabər Türkan adlı uşağı ilə birlikdə istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)–1549/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlakın ümumi birgə əmlak hesab edilməsi, əmlak payının müəyyən edilməsi və cavabdehlə bərabər istifadəsinə verilməsi tələbinə dair mülki iş üzrə X6, X12, X13, X9 üçüncü şəxs qismində işə cəlb edilmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdehla birgə nikah müddətində birgə qazancları hesabına Mingəçevir şəhəri, Kür küçəsi 6 ünvanında yerləşən torpaq sahəsində inşa etdirdikləri 70 kv. metr sahədən ibarət bir mərtəbəli yaşayış evinin və 40 kv. metr sahədən ibarət yardımçı sahənin tikintisi və təmirinə çəkdikləri 40000 manat vəsaitin 2003-cü il tarixdə doğulmuş Türkan adlı azyaşlı uşağının onun yanında qalması səbəbilə mənafeyi nəzərə alınmaqla 2/3 hissəsinin, yəni 26600 manat vəsaitin Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, cavabdehlə xx.xx.2000-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir. O, Cavabdeh 1/5 hissədə paylı mülkiyyətində olan Mingəçevir şəhəri, Kür küçəsi 6 saylı evə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2002-ci il tarixdə Abuzər, xx.xx.2003-cü il tarixdə Türkan adlı uşaqları doğulmuşdur. Birgə nikah dövründə Cavabdeh paylı mülkiyyətində olan Mingəçevir şəhəri, Kür küçəsi 6 saylı evdə yaşamışlar. Belə ki, həmin dövrdə həyətdə böyük bir tövlə, çardaq inşa etdirməklə yaşadıqları evi tam hazır vəziyyətə gətirməklə yaşayış sahəsini tam təmirli hala çatdırıb orada yaşamışlar. Sonradan qayınanası ilə ailədaxili münaqişələri olduğuna görə səhhətində yaranan xəstəliklə əlaqədar stresdən uzaq olmaq məqsədilə həmin evdən çıxmalı olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və uşaqların saxlanması üçün hər ay hər uşağa görə 150 manat aliment qət edilmişdir. Sonradan öz aralarında barışdıqlarından, o, sosial müavinət düzəltmək məqsədilə alimentdən imtina etmişdir. Bu müddət ərzində cavabdeh Rusiya Federasiyasında işləmiş, könüllü onlara pul vəsaiti göndərmişdir. Həmçinin cavabdeh Rusiya Federasiyasından gəldikdən sonra ayrıca mənzil alacağı barədə ona vəd vermişdir. Lakin o, 2019-cu ilin oktyabr ayında qayıtdıqdan sonra nəinki ayrı mənzil almış, hətta yaxın qohumu ilə evlənib onu birgə inşa etdirdikləri evə köçürmüşdür. Həmin vaxt aldadıldığını başa düşmüşdür. Cavabdeh onlara verdiyi vədi yerinə yetirməmişdir. Hazırda cavabdeh birgə inşa etdirdikləri evdə ailə qurduğu arvadı ilə birgə yaşasa da, onun zəhmətinin əvəzini ödəmək istəmir. Həmin evin və yardımçı sahənin tikintisinə, təmirinə 40000 manatdan artıq birgə qazandıqları vəsait xərcləmişlər. Cavabdeh isə onun zəhməti və qazancı hesabına inşa edilən evə tam yiyələnməklə sahiblənmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi Vəkil1 əsasən iddia ərizəsinin məzmununa və təmsil etdiyi şəxsin izahatına uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi, məhkəməyə təqdim etdiyi iddiaya qarşı etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçının mübahisələndirdiyi 70 kv. metrdən ibarət olan 1 yaşayış otağı, 1 hamam, 1 mətbəx, koridor heç də əlavə olaraq tikilməmişdir. Əslində ümumi sahəsi 40 kv. metr olan həmin tikilinin yerində köhnə yaşadıqları evə bitişik mətbəx və eyvan olmuşdur. Həmin mətbəx sökülüb, bir metr uzadılıb, əvəzinə evə bitişik 1 yataq otağı, eyvanın yerində də evə bitişik olaraq 1 mətbəx, hamam inşa edilib və istifadəyə tam hazır olmayıb. Tikintidə həyətlərində olan atasından qalan tikinti materiallarından istifadə edilib, yalnız dam örtüyü və sementə pul xərclənib. İddiada bəhs edilən tövlə də eynilə yeni tikilməyib. Köhnə tövlənin yarısı sökülüb, qonşunun arakəsmə divarına bitişik yenidən inşa edilib. Tövlənin inşasında da atasından qalan tikinti materialları ilə birgə sökülən tövlənin materiallarından istifadə edilib. Tövlənin tikintisində də yalnız dam örtüyünə və daşların yarısına pul xərclənib. Ayrıca hər iki tikilidə anası, qardaşları Məmmədov Azər, Məmmədov Azad və Məmmədov Rövşən həm maddi, həm də tikinti işlərində onlara kömək etmişlər. Çünki onun həmin tikililəri başa çatdırmaq üçün kifayət qədər vəsaiti olmamışdır. Anası və qardaşları da paylı mülkiyyətçilər kimi atasından qalmış miras əmlakın abadlaşmasında yaxından iştirak etmişlər. Tikinti zamanı iddiaçı anasıgildə qalırdı. Səbəb də iddiaçının onunla və anası ilə yola getməməsi olmuşdur. İddiaçı onların nikahı pozulmamışdan əvvəl, 2015-ci ildən evdən çıxıb getmişdir. 2016-cı ilin noyabr ayında rəsmi olaraq boşanmışlar. İddiaçı evdən gedəndə evin bütün əşyalarını, həyətdəki 50 ədəd toyuğu, həmçinin özü ilə pul da aparmışdır. Köhnə evləri qəza vəziyyətində olduğuna görə o, Rusiya Federasiyasında olanda qardaşları Azər və Rövşən Məmmədovlar tərəfindən köhnə evləri sökülüb, bəhs edilən tikiliyə bitişik yeni ev tikilib. xx.xx.2016-cı il tarixdə nikahları pozulmuşdur. Lakin İddiaçı nikah pozulduqdan 5 il 8 ay 21 gün sonra məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı 3 illik iddia müddətini də ötürmüşdür. Odur ki, iddia əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Üçüncü şəxs X12 məhkəmə iclası zamanı izahatında göstərdi ki, mübahisəli ev 1961-ci ildə tikilib, mərhum atasından onlara miras qalmışdır. Həmin evin mətbəxini söküb otaq düzəltmiş, eyvanını da mətbəx düzəltmişlər. O, qardaşları ilə birgə yığışıb analarına kömək məqsədilə bunları etmişlər. Həmin tikilidə Şəlalə ilə Daşqının vəsaiti olmamışdır. Həmin vaxt Daşqının ailə problemləri yarandığı üçün çıxıb Rusiyaya getmişdir, anasına görə tikilini təmir etmişlər. Daşqın pulu ailəsinə göndərib, evin təmirində onların vəsaitindən istifadə olunmayıb. Onlar tövlənin şiferini yeniləmişlər, qonşu isə hasarını yeniləmişdir. Daşqın anasının yanında qalsa da, maddi imkanı olmadığından anasına görə o, digər qardaşları ilə birgə yığışıb, təmir işlərini görmüşdür. Üçüncü şəxs X6 iştirak etdiyi məhkəmə iclasında izahatında göstərdi ki, İddiaçı onun keçmiş gəlinidir. Mübahisəli ev mərhum ərindən ona və uşaqlarına miras qalmışdır. Şəlalə gələndə evin mətbəxi balaca idi. Köhnə mətbəxi söküb böyüdərək yeni otaq düzəltmiş və mətbəxin qabağındakı eyvanı isə mətbəx etmişlər. Bütün materiallar köhnə tikilidən sökülənlər olmuşdur. Hamam və ayaqyolunu özü düzəltdirmişdir. Həmin vaxt iddiaçı onunla küsülü olduğundan evdə qalmamış, ustalara özü qulluq etmişdir. İddiaçı evdə nə qədər cehiz əşyası var idisə, hamısını yığıb özü ilə aparmış, hətta ona məxsus əşyaları da aparmışdır. Həyətdə tikilmiş tövlə əvvəldən tikilmiş tövlə idi, qonşu tövlə tərəf hasarı özü hörmüş, uşaqların köməyi ilə ancaq şifer alıb, həmin tövləni yeniləmişlər. Daşqın boşanıb RF-na getdikdən sonra digər oğullarının köməyi ilə şəraiti tamamlamışlar. Çertyoju ustaya çəkdiriblər, döşəməni, şiferi uşaqları vurmuşdur. “Banu” verilişi onların evlərində çəkilmişdir, lakin nə zaman çəkildiyini xatırlamır. Üçüncü şəxs X9 iştirak etdiyi məhkəmə iclasında izahatında göstərdi ki, mübahisəli ev 1961-ci ildə tikilib, mərhum atasından onlara miras qalmışdır. Həmin evin mətbəxini söküb otaq, eyvanını isə mətbəx etmişlər. Təmir-tikinti işlərini qardaşları ilə birgə analarına kömək məqsədilə etmişlər. Həmin tikilidə Şəlalə ilə Daşqının vəsaiti olmamışdır. Çünki həmin vaxt Daşqın ailə problemləri yarandığı üçün çıxıb Rusiyaya getmişdir. Daşqın pulu ailəsinə göndərib, evin təmirində onların vəsaitindən istifadə olunmayıb. Tövlənin hasarını qonşu, şiferini isə onlar yeniləmişlər. Daşqın anasının yanında qalsa da, maddi imkanı olmadığından digər qardaşları yığışıb mübahisəli evin təmir işlərini görmüşlər. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, iddiaçı bacısı qızıdır. Cavabdeh isə bacısı qızının keçmiş əridir. İddiaçı ailəsi ilə birlikdə qayınanasının yanında yaşayırdı. Təxminən 8-9 il əvvəl yaşadıqları evdə artırma işləri aparmışlar və usta kimi otağın astar üzlüyünü və mətbəxin kafelini o, vurmuşdur. Əlavə tikilmiş otağa yeni qapı qoyan Osman adlı usta olub və aynabəndin döşəməsini vuran ustanın isə adını bilmir. Təxminən həmin evdə 20 gün işləmişdir. Kafelin kvadratını 6 manata vurmuşdur. Həmin vaxt Şəlalə gördüyü iş üçün ona 750 manat pul vermişdir. Pulu ona hissə-hissə, 3-4 dəfə olmaqla Şəlalə verib. Təmir üçün materialları Daşqın və Şəlalə birlikdə almışlar. Daşqın dənizdə işləyirdi, arabir gəlirdi, Şəlalə həmin vaxt qayınanası və uşaqları ilə birlikdə yaşayırdılar. Tikinti və təmir işləri gedən zaman Daşqının qardaşlarından təkcə Rövşəni görmüşdür, 1-2 dəfə gəlibgetmişdir. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Daşqınla həmkəndlidir. Daşqının xahişi ilə yeni tikiliyə qaz çəkmişdir. Qaz çəkdiyi zaman köhnə xırda borulardan istifadə etmişdir. İş üzrə göstərişi Daşqın verirdi, Daşqın işi gördürən zaman Şəlalə ilə məsləhətləşirdi. Şəlalə də ustalara çay-çörək verirdi. Həmin vaxt evdə başqa ustalar da olmuşdur. Daşqının qardaşlarını həmin vaxt orada görməmişdir. O həmin vaxt qaz turbalarını üstdən çəkmişdir. Sonradan montaj işlərini Mustafa adlı usta aparmışdır. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Daşqınla həmkəndlidir, Şəlalə isə Daşqının keçmiş arvadıdır. Təxminən 6-7 il əvvəl mübahisəli evdə 20 kv. m. döşəməni işləmişdir. O həmin evdə döşəməni vuran zaman Daşqın, anası, arvadı və iki uşağı ilə birlikdə yaşayırdılar. Qardaşları isə arabir gəlib-gedirdilər. O, döşəməni vurmağa gəldiyi zaman artıq tikinti materialları alınmışdı. Gördüyü işin pulunu isə Daşqın vermişdir. Həmin evdə görəcəyi işlər barəsində Daşqın göstəriş vermişdir. Gördüyü iş üçün pulu 2 dəfəyə almış, bir dəfə Daşqın, ikinci dəfə isə Daşqın evdə olmadığına görə Şəlalə pulu vermişdir. Həmin vaxt mətbəx və yataq otağının döşəməsini vurmuş, belə ki, köhnə döşəmə sökülüb, yenisini vurmuşdur. Həmin işi 5-6 günə görmüş, başqa işi olduğu üçün gündə 3 saat, 5 saat və ya 8 saat işləmişdir. Mil vurulmuşdur, köhnə və ya yeni mil olmasını xatırlamır. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Daşqınla həmkəndlidir. Daşqının xahişi ilə tövləyə 2 dəmir qapı düzəltmişdir. Həmin qapıları 6-7 il bundan əvvəl düzəltdiyi üçün hansı qiymətə razılaşdıqlarını xatırlamır. Qapını düzəltmək üçün materialı təzə alıb vermişlər, zəhmət haqqını Daşqın və Şəlalə vermişdir. Həmin vaxt tək işləmişdir, təmir işləri getdiyi üçün, Daşqının qonşuları və qardaşları gəlib-gedirdilər. Təmir işlərinin aparılmasında hamısı köməklik edib, Daşqın balıqda olan vaxtı da olmuşdur. Hamama su çəkmiş, yəni quraşdırma işləri görmüşdür. Daşqın onu çağırıb ki, bu işlər görüləsidir. Bir kəndçi kimi Daşqın, Gülyaz, Azər deyiblər ki, həyətdə bu kimi işlər görüləsidir, o da gəlib həmin işləri görüb pulunu almışdır. Gördüyü iş üçün Daşqının qardaşları ona pul verməmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahid ifadələrini, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-5424/2016 saylı, 07 dekabr 2016-cı il tarixli qətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan, 28 oktyabr 2000-ci il tarixdə Mingəçevir şəhər Nikah evində bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2002-ci il tarixdə doğulmuş Abuzər, xx.xx.2003-cü il tarixdə doğulmuş Türkan adlı uşaqların cavabdeh İddiaçı yanında qalmaları müəyyən edilmiş, Cavabdeh xx.xx.2002-ci ildə doğulmuş Abuzər, xx.xx.2003-cü ildə doğulmuş Türkan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-494/2017 nömrəli, 14 fevral 2017-ci il tarixli qərardadının surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsindən iddiaçı Cavabdeh nümayəndəsi X15 tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilmiş və iddiaçı Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 12 avqust 2020-ci il tarixli məktubdan görünür ki, Mingəçevir DTİ və MHQİ tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 79A nömrəli qeydiyyat vəsiqəsinə əsasən Mingəçevir şəhəri, Kür küçəsi 6 nömrəli fərdi yaşayış evi X1, X5, X3, Cavabdeh adlarına paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Ərazi İdarəsinin elektron məlumat bazasına əsasən JN-571F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də Mingəçevir şəhərində Cavabdeh ümumbirgə (10 nəfər) mülkiyyətində 0.10 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 10 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, Mingəçevir şəhəri, Kür küçəsi 6 nömrəli fərdi yaşayış evi üzərində X1, X5, X8, X3, Cavabdeh paylı mülkiyyət hüququ Mingəçevir DTİ və MHQİ tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 79A nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmışdır. İşdə olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 199 saylı qərarı ilə Mingəçevir şəhəri ərazisindən X1, Cavabdeh və digər ailə üzvlərinin mülkiyyətinə 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan videogörüntüdən görünür ki, İddiaçı ilə Cavabdeh oğluna keçirilmiş kiçik toy şənliyinin qeydə alınması zamanı yaşadıqları evin və yardımçı sahənin, çardaxın görüntüləri videoda əks olunmuşdur. Yaşayış evinin orta təmirli vəziyyətdə olması qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********39 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhər dövlət notariat kontorunun xx.xx.1990-cı il tarixli, 4c/1594 və xx.xx.1990-cı il tarixli, 4c/1595 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Mingəçevir şəhəri, Kür küçəsi 6 nömrəli fərdi yaşayış evi üzərində X1, X5, X8, X3, Cavabdeh paylı mülkiyyət hüququ Mingəçevir DTİ və MHQİ tərəfindən verilmiş xx.xx.1990cı il tarixli, 79A nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmışdır. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində X5, X2, X11 ümumbirgə mülkiyyət hüququ xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi üzərində X3 tam mülkiyyət hüququ xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X4 adına JN-571F şəhadətnamədən başqa qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli Məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixdə təyin edilmiş məhkəmə-tikinti ekspertizası haqqında qərardad ilə Mingəçevir şəhəri, Kür küçəsi 6 ünvanında yerləşən torpaq sahəsində inşa olunmuş tikilinin neçənci ildə inşa edilməsini müəyyən etmək tələb olunmuşdur. Tikinti işlərinin aparılma tarixinin, müddətinin müəyyən olunmasına dair metodika olmadığından, həmin tikinti işlərinin neçənci ildə aparılmasını müəyyənləşdirmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/1895 nömrəli rəyindən görünür ki, Mingəçevir şəhəri, Kür küçəsi ev 6-da yerləşən bir mərtəbəli fərdi yaşayış evinin 2009-2016-cı illər aralığında inşa edilmiş 1 yaşayış otağından, biri yaşayış otağına çevirilmiş 2 dəhlizdən, mətbəx və sanuzel qovşağından ibarət 70 kv. m. hissəsinin və mal tövləsi və çardaxdan ibarət 40 kv.m. yardımçı sahənin tikintisi və təmirinə, habelə həmin tikililərin özülünün tökülməsinə, bütövlükdə həmin sahələrin hazırkı vəziyyətə çatdırılmasına görə sərf edilmiş materiallara, zəhmət haqqı da daxil olmaqla yeni tikinti materialları daxil olmaqla aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uvğun olaraq ümumi dəyəri təqribən 26351 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/7284 nömrəli rəyindən görünür ki, Mingəçevir şəhəri, Kür küçəsi ev 6-da yerləşən bir mərtəbəli fərdi yaşayış evinin 2009-2016-cı illər aralığında inşa edilmiş 1 yaşayış otağından, biri yaşayış otağına çevirilmiş 2 dəhlizdən, mətbəx və sanuzel qovşağından ibarət 70 kv. m. hissəsinin və mal tövləsi və çardaxdan ibarət 40 kv.m. yardımçı sahənin tikintisi və təmirinə, habelə həmin tikililərin özülünün tökülməsinə, bütövlükdə həmin sahələrin hazırkı vəziyyətə çatdırılmasına görə sərf edilmiş materiallara, zəhmət haqqı da daxil olmaqla yeni tikinti materialları daxil olmaqla aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uvğun olaraq ümumi dəyəri təqribən 18721,5 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/1895 nömrəli və xx.xx.2022-ci il tarixli, 10/7284 nömrəli ekspert rəylərini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, o nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixli, 10/7284 nömrəli ekspert rəyi daha aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həm də təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəldiyindən, işin qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edilməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eləcə də «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə birgə nikah dövründə Mingəçevir şəhəri, Kür küçəsi 6 ünvanında yerləşən torpaq sahəsində inşa etdirdikləri 70 kv. metr sahədən ibarət bir mərtəbəli yaşayış evinin və 40 kv. metr sahədən ibarət yardımçı sahənin tikintisi və təmirinə 40000 manat vəsaitin cavabdehlə birgə qazancları hesabına çəkilməsi faktını sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında iddia etmişdir ki, Cavabdehla birgə nikah müddətində Mingəçevir şəhəri, Kür küçəsi 6 ünvanında yerləşən torpaq sahəsində inşa etdirdikləri 70 kv. m. sahədən ibarət bir mərtəbəli yaşayış evinin və 40 kv. m. sahədən ibarət yardımçı sahənin tikintisi və təmirinə xərclənmiş 40000 manat vəsait birgə qazancları hesabına çəkilmişdir. Odur ki, 2003-cü il tarixdə doğulmuş Türkan adlı azyaşlı uşağının onun yanında qalması səbəbilə mənafeyi nəzərə alınmaqla çəkilmiş vəsaitin 2/3 hissəsinin, yəni 26600 manat vəsaitin Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməmiş və qeyd edilən fərdi yaşayış evinin və yardımçı sahənin təmir-tikinti işlərinə çəkilən xərcin yalnız onun və qardaşları tərəfindən çəkildiyini bildirmişdir. Bununla yanaşı cavabdeh, həmçinin iddiaçının iddia müddətini ötürməklə iddia verdiyinə istinad edərək, iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi, həmçinin işdə olan sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh xx.xx.2000-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir. İddiaçı Cavabdeh 1/5 hissədə paylı mülkiyyətində olan Mingəçevir şəhəri, Kür küçəsi 6 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların birgə nikahından xx.xx.2002-ci il tarixdə Abuzər, xx.xx.2003-cü il tarixdə Türkan adlı uşaqları doğulmuşdur. Birgə nikah dövründə iddiaçı uşaqları ilə birlikdə Cavabdeh və üçüncü şəxslərin paylı mülkiyyətində olan Mingəçevir şəhəri, Kür küçəsi 6 nömrəli evdə yaşamışdır. Həmin müddət ərzində mübahisəli evdə və yardımçı sahədə təmir-tikinti işləri aparılmışdır. Məhkəmə iclası zamanı bu faktın mövcudluğu tərəflərin izahatları ilə müəyyən edildiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin təmir-tikinti işlərinin həyata keçirilməsi zamanı çəkilmiş xərclərin məbləği və kim tərəfindən qarşılanması barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında Cavabdehla birgə nikah müddətində Mingəçevir şəhəri, Kür küçəsi 6 ünvanında yerləşən torpaq sahəsində inşa etdirdikləri 70 kv. m. sahədən ibarət bir mərtəbəli yaşayış evinin və 40 kv. m. sahədən ibarət yardımçı sahənin tikintisinə və təmirinə xərclənmiş 40000 manat vəsaitin birgə qazandıqları vəsait hesabına çəkildiyini bildirmişdir. Cavabdeh tərəf isə qeyd edilən fərdi yaşayış evinin və yardımçı sahənin təmir-tikinti işlərinə çəkilən xərcin yalnız onun və qardaşları tərəfindən çəkildiyini, tikinti işləri aparılan zaman iddiaçının atası evində qaldığını bildirmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar, iş üzrə verilmiş izahatlar və şahid ifadələri əsasında araşdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nikah və ailə münasibətlərindən irəli gələn əmlak mənsubiyyəti ilə bağlı mübahisədir. Mübahisənin düzgün həll edilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən normaları ilə yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə paylı mülkiyyətdə olan mübahisəli fərdi yaşayış evinin əsaslı təmir edilməsi, həmin təmir işlərinə çəkilən xərclərin yalnız iddiaçı ilə Cavabdeh birgə nikah dövründə qazandıqları vəsaitdən ibarət olması və yaxud digər paylı mülkiyyətçilərin də həmin əsaslı təmir-tikinti işlərinə vəsait qoyması, həmçinin görülmüş işlərə sərf olunmuş vəsaitin ümumi məbləği müəyyən edilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçı gəlin köçməmişdən əvvəl mübahisəli fərdi yaşayış evi üzərində cavabdehin və üçüncü şəxslərin paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı gəlin köçən vaxt mübahisəli fərdi yaşayış evi 1 otaqdan, ona bitişik mətbəx və eyvandan ibarət olmuşdur. Lakin sonradan evə artırılmalar edilmiş, köhnə mətbəx sökülüb, bir metr uzadılıb, əvəzinə evə bitişik 1 yataq otağı, eyvanın yerində də evə bitişik olaraq 1 mətbəx, hamam inşa edilmiş, həmçinin təmir-tikinti zamanı yardımçı sahə olan köhnə tövlənin yarısı sökülmüş, qonşunun arakəsmə divarına bitişik yenidən inşa edilmişdir. Nəticədə, həmin fərdi yaşayış evi 1 yaşayış otağından, biri yaşayış otağına çevirilmiş 2 dəhlizdən, mətbəx və sanuzel qovşağından ibarət 70 kv. m. hissədən, mal tövləsi və çardaxdan ibarət 40 kv.m. yardımçı sahədən ibarət olmuşdur. O cümlədən həmin hissələrə elektrik və santexnika xətləri quraşdırılmışdır. Bu işlərin görülməsinə ustalar cəlb edilmişdir. Məhkəmə, həmçinin mübahisənin qanuni həll edilməsi üçün görülmüş təmir-tikinti işlərinə çəkilmiş xərclərin kimin (kimlərin) tərəfindən ödənildiyinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, təmir-tikinti işlərinin görülməsində tərəflərin bildirdikləri ziddiyyətli olmuşdur. Belə ki, iddiaçı tərəf yalnız Cavabdehla onun qazandığı vəsait hesabına aparıldığını, üçüncü şəxslər isə iddiaçı ilə cavabdehin vəsaitindən istifadə olunmadığını bildirmişlər. Cavabdeh isə bütün paylı mülkiyyətçilərin vəsaitlərindən və əl əməyindən istifadə olunduğunu göstərmişdir. İddiaçı tərəf öz tələbinin əsası kimi üçüncü şəxslərin hər birinin özlərinə məxsus evləri olduğuna və ayrı yaşadıqlarına, üçüncü şəxslər isə təmir işləri aparılan vaxt iddiaçı üçüncü şəxs Gülyaz Məmmədova ilə küsülü olduğuna görə mübahisəli evdə qalmamasına və təmirdə işləyən şəxslərə Gülyaz Məmmədovanın qulluq etməsinə istinad etmişdir. Cavabdeh isə dənizdə işlədiyinə və evdə olmadığına görə bütün işlərin görülməsində üçüncü şəxslərin iştirak etdiyini göstərmişdir. Bununla belə tərəflərin heç biri məhkəmə iclası zamanı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilən sübutlarla sübut edə bilməmişlər. İddiaçı tərəfindən dindirilmiş şahidlər isə aparılmış təmir işlərinin cüzi bir hissəsi ilə bağlı iddiaçının bildirdiklərini təsdiq etmişlər. Bu hal isə məhkəmənin yekun və inamlı nəticəyə gəlməsi üçün kifayət etməmişdir. Belə olan halda məhkəmə mübahisəni işin müəyyən edilmiş hallarına uyğun olaraq həll edilməsi qənaətinə gəlmişdir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə mübahisəli fərdi yaşayış evində təmir-tikinti işləri 2009-2016-cı illər aralığında, yəni iddiaçı ilə cavabdeh birgə nikahda olan müddətdə aparılmışdır. Həmin təmir-tikinti işlərinə iddiaçı ilə cavabdehin birgə nikah dövründə qazandıqları vəsaitlə yanaşı, paylı mülkiyyətçilər də vəsait xərcləmişlər. Hazırda heç bir tərəf kimin hansı məbləğdə vəsait xərcləməsini aydın və birmənalı şəkildə sübut edə bilmədiyindən, məhkəmə həmin vəsaitin tərəflərə münasibətdə bərabər məbləğdə bölünməsini işin həqiqi hallarına uyğun hesab edir. Məhkəmə, həmçinin təmir-tikinti işlərinə çəkilmiş xərclərin məbləği ilə bağlı qeyd edir ki, iş üzrə təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən mübahisəli fərdi yaşayış evinin 2009-2016-cı illər aralığında təmir-tikinti işlərinə 18721,5 manat məbləğində vəsait xərcləndiyi müəyyən edilmişdir. Ekspert rəyi işdə olan digər sübutlarla təkzib edilmədiyindən, məhkəmə ekspert rəyini sübut növü kimi qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi miras əmlak kimi cavabdehin və üçüncü şəxslərin paylı mülkiyyətində olduğundan, birgə nikah dövründə əldə edilmiş əmlak deyildir. Bununla belə işin müəyyən olunmuş hallarına görə həmin fərdi yaşayış evinin təmir və tikinti işlərinə cavabdeh də iddiaçı ilə birgə nikahda olduğu vaxt, bir qazancları hesabına digər paylı mülkiyyətçilərlə bərabər məbləğdə vəsait xərcləmişdir. Cavabdehin xərclədiyi həmin vəsaitlər tərəflərin birgə nikah dövründə əldə edilmiş gəlirləri olduğundan, iddiaçının çəkilmiş xərclərin cavabdehin payına düşən hissədən öz payını tələb etmək hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görənikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2–ci maddəsinə görə ər–arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər–arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1–ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3–cü maddəsinə əsasən mübahisə olduqda, ər–arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər–arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, cavabdeh və paylı mülkiyyətçi olan iş üzrə üçüncü şəxslər tərəfindən evin təmir-tikinti işlərinə ayrı-ayrılıqda nə qədər vəsait xərcləndiyi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmadığından, evin təmirinə və tikintisinə çəkilmiş ümumi xərc paylı mülkiyyətçilər arasında paylarına mütənasib olaraq bərabər miqdarda bölünməli və Cavabdeh payına düşən hissədə iddiaçının payı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.1-ci maddəsinə görə paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. Həmin Məcəllənin 223.2–ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3–cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə, iddianın 70 kv. metr sahədən ibarət bir mərtəbəli yaşayış evinin və 40 kv. metr sahədən ibarət yardımçı sahənin tikintisi və təmirinə çəkilmiş 40000 manat vəsaitin 2003-cü il tarixdə doğulmuş Türkan adlı azyaşlı uşağın iddiaçının yanında qalması səbəbilə mənafeyi nəzərə alınmaqla 2/3 hissəsinin, yəni 26600 manat vəsaitin Cavabdeh alınıb ona ödənilməsi barədə hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə təmir-tikinti işlərinə çəkilmiş xərcin sübut növü kimi qəbul edilmiş ekspert rəyində göstərilən 18721,5 manat məbləğində müəyyən edilməsini işin həqiqi hallarına uyğun hesab edir. Məhkəmə iddianın çəkilmiş vəsaitin 2003-cü il tarixdə doğulmuş Türkan adlı azyaşlı uşağın iddiaçının yanında qalması səbəbilə mənafeyi nəzərə alınmaqla 2/3 hissəsinin Cavabdeh alınıb ona ödənilməsi barədə hissəsi ilə bağlı hesab edir ki, iddiaçı iddianın həmin hissəsi ilə bağlı istinad etdiyi halları sübut etməmiş, yalnız uşağın onun yanında qalması faktına istinad etməklə kifayətlənmişdir. Bu isə əmlakın qeyri-bərabər bölünməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrıayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ona görə də məhkəmə hesab edir ki, evin təmirinə və tikintisinə çəkilmiş ümumi xərc paylı mülkiyyətçilər arasında bərabər bölüşdürüldükdən sonra Cavabdeh payına düşən hissədə iddiaçının çəkdiyi xərc ½ hissədə müəyyən edilməlidir. Məhkəmə, həmçinin cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin tətbiq edilməsi üçün qanunda nəzərdə tutulmuş kifayət qədər əsaslar yoxdur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, işin müəyyən olunmuş hallarına görə Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, lakin Cavabdeh qətnamənin aliment hissəsi ilə bağlı apellyasiya şikayəti vermişdir. Tərəflər barışdıqlarına görə İddiaçı aliment tələbindən imtina etmiş, bununla da Cavabdeh apellyasiya şikayətindən imtina etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-494/2017 nömrəli, 14 fevral 2017ci il tarixli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi X15 tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilmiş və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Bu müddət ərzində cavabdeh Rusiya Federasiyasında işləmiş, könüllü onlara pul vəsaiti göndərmiş, həmçinin cavabdeh Rusiya Federasiyasından gəldikdən sonra ona ayrıca mənzil alacağı barədə vəd vermişdir. Lakin cavabdeh 2019-cu ilin oktyabr ayında qayıtdıqdan sonra nəinki ayrı mənzil almış, hətta yaxın qohumu ilə evlənmişdir. Bununla da iddiaçı aldadıldığını və hüququnun pozulduğunu bilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən iddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaları rəhbər tutur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında göstərilir ki, qanunverici Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan ümumi əmlakın bölünməsi haqqında tələblərə 3 illik iddia müddətini tətbiq edərkən, bütün hallarda Mülki Məcəllənin qaydalarının rəhbər tutulmalı olduğunu müəyyən etmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Göründüyü kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında qeyd etmişdir ki, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. Qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu 29 iyul 2019-cu il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu 2019-cu ilin oktyabr ayında bilmiş, həmin tarixdən də ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddətinin axımı başlanmışdır. Bundan sonra iddiaçı məhkəməyə 28 avqust 2020-ci il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürmədiyindən, hazırkı tələb üzrə iddia müddəti tətbiq edilməməlidir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Cavabdeh 1872,15 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi Vəkil1 vəsatəti əsasında təyin edilmiş xx.xx.2021-ci il tarixli məhkəmə tikinti–texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat məhkəmə xərci iddiaçıdan, cavabdehin vəsatəti əsasında təyin edilmiş xx.xx.2022-ci tarixli məhkəmə tikinti–texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat məhkəmə xərci isə cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatların dəyəri ümumilikdə 200 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1872,15 (bir min səkkiz yüz yetmiş iki manat on beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Cavabdeh ekspertiza tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar