Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-443/2021 09.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İsgəndərova (Məmmədova) Səbinə Rasaid qızının nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh Üçüncü şəxs: X1 iştirakı ilə İddiaçı İsgəndərova (Məmmədova) Səbinə Rasaid qızının Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsgəndərova (Məmmədova) Səbinə Rasaid qızı Cavabdeh qarşı birgə nikah dövründə əldə etdikləri VAZ21074 minik markalı Sedan 10BZ896 nəqliyyat vasitəsinin 2/3 hissəsi üzərində payının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə etdi və əsasən iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı İsgəndərova (Məmmədova) Səbinə onun qızıdır. Cavabdehlə xx.xx.2020-ci ildə qeyri-rəsmi evlənmiş, xx.xx.2020-ci il tarixdə isə rəsmi nikahları qeyd edilmişdir. Birgə nikah dövründə onlar xx.xx.2020-ci il tarixdə VAZ21074 minik markalı Sedan 10BZ896 Dövlət Qeydiyyat Nişanlı nəqliyyat vasitəsini almışlar. O bununla bağlı xxxxdan 3500 (üç min beş yüz) manat məbləğində kredit pul götürmüşdür. Həmin pulun üzərinə də 500 manat cavabdeh əlavə etdikdən sonra onlar alqı-satqı müqaviləsi əsasında həmin minik avtomobilini əldə etmişlər. Ona görədə məhkəmədən birgə nikah dövründə əldə olunan VAZ21074 minik markalı Sedan 10BZ896 Dövlət Qeydiyyat Nişanlı nəqliyyat vasitəsinin 2/3 hissəsinə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etdi və izahatında göstərdi ki, həqiqətən o, iddiaçı ilə xx.xx.2020-ci ildə qeyri-rəsmi şəkildə evlənmiş, xx.xx.2020-ci il tarixdə isə rəsmi nikahları qeyd edilmişdir. Birgə nikah dövründə onlar xx.xx.2020-ci il tarixdə VAZ21074 minik markalı Sedan 10BZ896 Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almışlar. İddiaçı həmin nəqliyyat vasitəsnin alına bilməsi üçün xxxxdan 3500 manat məbləğində kredit götürmüşdür. Həmin pulla VAZ21074 minik markalı Sedan 10BZ896 Dövlət Qeydiyyat Nişanlı nəqliyyat vasitəsini almışdır. Hazırda onun qətnamə üzrə aliment borcuna görə həmin avtomobilinin üzərinə həbs qoyulmuşdur. Odur ki, məhkəmədən iddianın təmin olunması haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs qismində iştirak etmiş X2 izahatında göstərmişdir ki, Cavabdeh oğlu onun keçmiş əridir. Onunla birgə nikahdan doğulmuş uşaqlarının saxlanması üçün təyin edilmiş alimenti ödəmədiyinə görə borcu yaranmışdır. Ona görə də hazırki mübahisəli avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda həmin avtomobil qiymətləndirilmiş və borclunun aliment borcu avtomobilin dəyərinə yönəldimişdir. Lakin iddiaçı qeyd olunan halın qarşısını almaq və aliment öhdəliyindən borclunu yayındırmaq üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, məhkəmədən izahatına uyğun qətnamənin çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Məmmədova (İsgəndərova) Səbinə Rasaid qızı arasında nikah xx.xx.2018-ci il tarixdə Mingəçevir regional “Asan xidmət” mərkəzində, Qeydiyat şöbəsində 336 nömrə ilə qeydə alınmışdır. İşdə olan nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, xx xxxxxx 2020ci il tarixdə satıcı X3 tərəfindən alıcı Cavabdeh Vaz 21074 minik markalı, 10BZ896 Dövlət qeydiyyat nişanlı, sedan, ağ rəngli, 1993-cü il buraxılışlı, XTA210740P0759071 Ban nömrəli nəqliyyat vasitəsi 4000 (dörd min) manata satılmışdır. İşdə olan Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, Vaz 21074 minik markalı, 10BZ896 Dövlət qeydiyyat nişanlı, sedan, ağ rəngli, 1993-cü il buraxılışlı, XTA210740P0759071 Ban nömrəli nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. İşdə olan Kredit müqaviləsi və ödəniş qrafikindən görünür ki, xx.xx.2020-ci il tarixdə “xxxx” ASC ilə İsgəndərova (Məmmədova) Səbinə Rasaid qızı arasında imzalanmış GTKR2500019A129 nömrəli kredit müqaviləsinə əsasən, İsgəndərova (Məmmədova) Səbinə Rasaid qızı “xxxx” ASC-dən 35 ay müddətinə illik 24.71 % faiz dərəcəsi ilə 3500 AZN kredit götürmüşdür. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(51)-185/2020 saylı qərardadından görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilmiş və borclu Cavabdeh adına olan VAZ 21074 minik markalı 10BZ-896 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Beləliklə, Məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh xx.xx.2020-ci qeyri-rəsmi evlənmiş, xx.xx.2020-ci il tarixdə isə rəsmi nikahları qeyd edilmişdir. Birgə nikah dövründə əldə etdikləri vəsait hesabına xx xxxxxx 2020-ci il tarixdə 4000 manata VAZ21074 minik markalı Sedan 10BZ896 Dövlət Qeydiyyat Nişanlı nəqliyyat vasitəsini almışlar. Həmin nəqliyyat vasitəsi Cavabdeh adına rəsmi reyestrdə qeydiyyata alınmış və hazırda Cavabdeh ödənməmiş aliment borclarına görə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən üzərinə həbs qoyulmuşdur. İddiaçı (Məmmədova) isə götürdüyü kredit borcunu ödəmək məqsədi ilə həmin nəqliyyat vasitəsindən 2/3 hissədə payın ona verilməsini istəyir. Cavabdeh isə iddianı qəbul edir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Ona görə də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ona görə də məhkəmə hesab edir ki, birgə nikah dövründə qazanılmış birgə vəsait hesabına əldə edilmiş nəqliyyat vasitəsindən iddiaçının payı ½ hissədə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Bununla yanaşı məhkəmə, iddianın birgə nikah dövründə əldə edilmiş nəqliyyat vasitəsindən iddiaçının payının payının 2/3 hissədə müəyyən edilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslı deyildir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etməmiş, yalnız nəqliyyat vasitəsinin alınmasından əvvəl 3500 manat məbləğində kredit götürməsinə istinat etməklə kifayətlənmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qeyd edir ki, iddiaçı kredit götürərkən cavabdehlə birgə nikahda olmamışdır. Belə olan halda mübahisəli avtomobilin məhz həmin kredit məbləği hesabına əldə edilməsi qənaətinə gəlmək və ona görə də mübahisəli nəqliyyat vasitəsinin 2/3 hissəsi üzərində iddiaçının payının müəyyən etmək işin həm həqiqi hallarına, həm də birgə mülkiyyətdə olan əmlakların bölünməsini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrıayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında birgə mülkiyyətin bölünməsi zamanı payların bərabər bölünməməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Məhkəmə həmçinin, iddianın mülkiyyət hüququnun tanınması hissəsinə qiymət verərək hesab edir ki, qanunvericiliyə əsasən bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət hüququ əsasında onlara məxsus olduğundan, hazırki iddia üzrə rəsmi reyestrdə qeydə alınmış mübahisəli daşına əşya üzərində iddiaçının mülkiyyət hüququnun tanınmasına zərurət yaranmamışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdehin nikah dövründə qazandıqları birgə vəsait hesabına alınmış Vaz 21074 minik markalı, Sedan, 10BZ896 Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən iddiaçının payı ½ (ikidə bir) hissədə müəyyən edilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh adına qeydiyyata alınmış VAZ21074 minik markalı, Sedan, 10BZ896 Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən iddiaçı İsgəndərova (Məmmədova) Səbinə Rasaid qızının payı 1/2 hissədə müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-443/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-443/2021
09.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver