Məhkəmə qərarları › İş №2(051)-461/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-461/2025

24.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-461/2025 24.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi : Ərizə : Ərizəçi Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”, birgə nikahdan olan oğulları X1 üçün 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, məhkəməyə müraciət etmək üçün çəkilən hüquqi xərclər və məsrəflərin digər tərəfdən tutularaq ona ödənilməsi tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Ərizənin əsaslandırıldığı hallar : Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada nikah bağlamış, bu nikahdan xx.xx.2024-cü il təvəllüdlü X5 adlı uşaq doğulmuşdur. xx.xx.2024-cü il tarixində Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatında MŞM/MT031/2024/00553 nömrə ilə bağlanmış sazişə əsasən nikahın pozulmasına, uşağın ananın himayəsində qalmasına, uşağın saxlanılmasına görə hər ay 235 manat alimentin ödənilməsinə və həftədə iki dəfə atası ilə görüşməsinə dair qarşılıqlı razılıq əldə olunmuşdur. xx.xx.2024-cü il tarixdə Mingəçevir Şəhər Məhkəməsində nikahın pozulması baş tutmuş və 2(051)-2057/2024 saylı qətnamə qət edilmişdir. Barışıq sazişindən sonra maraqlı şəxs cari ilin sentyabr ayı 235 manat, oktyabr ayı 200 manat aliment ödəmiş, daha sonra isə heç bir ödəniş etməmişdir. Tərəflərin izahatları : Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada nikah bağlamış, bu nikahdan xx.xx.2024cü il təvəllüdlü X5 adlı uşaq doğulmuşdur. xx.xx.2024-cü il tarixində Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatında MŞM/MT031/2024/00553 nömrə ilə bağlanmış sazişə əsasən nikahın pozulmasına, uşağın ananın himayəsində qalmasına, uşağın saxlanılmasına görə hər ay 235 manat alimentin ödənilməsinə və həftədə iki dəfə atası ilə görüşməsinə dair qarşılıqlı razılıq əldə olunmuşdur. xx.xx.2024-cü il tarixdə Mingəçevir Şəhər Məhkəməsində nikahın pozulması baş tutmuş və 2(051)-2057/2024 saylı qətnamə qət edilmişdir. Barışıq sazişindən sonra maraqlı şəxs cari ilin sentyabr ayı 235 manat, oktyabr ayı 200 manat aliment ödəmiş, daha sonra isə heç bir ödəniş etməmiş, qəsdən barışıq sazişinə əməl etmədiyini bildirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirdi ki, həqiqətən də o, ərizəçi ilə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada nikah bağlamış, bu nikahdan xx.xx.2024-cü il təvəllüdlü X5 adlı uşaq doğulmuşdur. xx.xx.2024-cü il tarixində Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatında MŞM/MT031/2024/00553 nömrə ilə bağlanmış sazişə əsasən nikahın pozulmasına, uşağın ananın himayəsində qalmasına, uşağın saxlanılmasına görə hər ay 235 manat alimentin ödənilməsinə və həftədə iki dəfə atası ilə görüşməsinə dair qarşılıqlı razılıq əldə olunmuşdur. xx.xx.2024-cü il tarixdə Mingəçevir Şəhər Məhkəməsində nikahın pozulması baş tutmuş və 2(051)-2057/2024 saylı qətnamə qət edilmişdir. Barışıq sazişindən sonra maraqlı şəxs cari ilin sentyabr ayı 235 manat, oktyabr ayı 200 manat aliment ödəmiş, daha sonra isə heç bir ödəniş etməmişdir. Ödəniş etməməsinə səbəb olaraq isə övladı X5 ilə həftədə 2 dəfə olan görüşünün ərizəçi tərəfindən təmin edilməməsini bildirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İşin faktiki halı : Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada nikah bağlamış, bu nikahdan xx.xx.2024-cü il təvəllüdlü X5 adlı uşaq doğulmuşdur. xx.xx.2024-cü il tarixində Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatında MŞM/MT031/2024/00553 nömrə ilə bağlanmış sazişə əsasən nikahın pozulmasına, uşağın ananın himayəsində qalmasına, uşağın saxlanılmasına görə hər ay 235 manat alimentin ödənilməsinə və həftədə iki dəfə atası ilə görüşməsinə dair qarşılıqlı razılıq əldə olunmuşdur. xx.xx.2024-cü il tarixdə Mingəçevir Şəhər Məhkəməsində nikahın pozulması baş tutmuş və 2(051)-2057/2024 saylı qətnamə qət edilmişdir. Barışıq sazişindən sonra maraqlı şəxs cari ilin sentyabr ayı 235 manat, oktyabr ayı 200 manat aliment ödəmiş, daha sonra ödəniş etməmiş, səbəb olaraq isə maraqlı şəxsin övladı X5 ilə görüşünə şərait yaradılmamasını bildirmişdir. Ərizənin təmin olunmasına etiraz etmir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi : Ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmışdır. Barışıq sazişində nikah pozulduqdan sonra uşağın ananın yanında qalması, uşağın saxlanması üçün maraqlı şəxsdən hər ay 2024-cü ilin sentyabr ayının 10-dan başlayaraq növbəti hər ayın 10-dək 235 manat ödənilməsi barədə razılığa gəlinmişdir. Tərəflər uşağın maraqları çərçivəsində atası ilə həftədə iki dəfə görüşməsi barədə razılığa gəlmişlər. Maraqlı şəxs müəyyən qisim aliment ödəsə də son aylarda aliment ödəməmişdir. Maraqlı şəxs barışıq sazişinin alimentə dair hissəsinin şərtlərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən həmin hissədə barışıq sazişi təsdiq edilməlidir. Barışıq sazişinin uşaqla ünsiyyət bəndində atanın uşağı ilə görüş vaxtı, yeri, qaydası dəqiq müəyyənləşdirilməmişdir. Məhkəmə iclasında tərəflər arasında uşaqla ünsiyyət qaydası ilə bağlı razılıq olmamışdır. Uşaqla ünsiyyət bəndi qeyri müəyyən olduğundan həmin hissədə barışıq sazişi təsdiq edə bilməz. Bununla belə uşaqla ünsiyyət bəndi çıxarılmaqla barışıq sazişi təsdiq edilə bilər. Məhkəmə qeyd edir ki, tərəflər uşaqla görüşün vaxtı, yeri, qaydası barədə aralarında razılığa gələ bilərlər və bununla bağlı mübahisə yarandıqda məhkəməyə müraciət edə bilərlər. Eyni zamanda ərizəçi ərizəsində barışıq sazişinin bütünlüklə təsdiqi ilə bağlı müraciət etsə də yalnız alimentə dair hissənin maraqlı şəxs tərəfindən yerinə yetirilmədiyini göstərmişdir. Belə olan halda barışıq sazişi uşağın ananın yanında qalması və alimentə dair hissədə təsdiq edilməlidir. Ərizə təmin edildiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ :

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Mingəçevir 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞM/MT031/2024-00553 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin.

1. Birinci tərəf (Ərizəçi) xx.xx.2024-cü ildə doğulan övladı X3 öz himayəsində qalmasını tələb edir.

2. Birinci tərəf xx.xx.2024-cü ildə doğulan övladı X4 İkinci tərəfin 2024-cü il sentyabr ayının 10-dan başlayaraq növbəti hər ayın 10-dək 235 (iki yüz otuz beş) manat aliment ödəməsini tələb edir.

3. Birinci tərəf İkinci tərəfin ödəyəcəyi aliment məbləğini bankda açdığı kart hesabına ödəməsini tələb edir.

4. İkinci tərəf (Maraqlı şəxs) xx.xx.2024-cü ildə doğulan övladı X3 Birinci tərəfin (Ərizəçi) himayəsində qalmasına razıdır.

5. İkinci tərəf Birinci tərəfin himayəsində olan övladına 2024-cü ilin sentyabr ayının 10dan başlayaraq növbəti hər ayın 10-dək 235 (iki yüz otuz beş) manat aliment ödəməyi öz üzərinə öhdəlik götürür.

6. İkinci tərəf ödəyəcəyi aliment məbləğini Birinci tərəfin bankda açdığı kart hesabına ödəməyi öz üzərinə öhdəlik götürür. Ödənilmiş dövlət rüsumu 100,4 (bir yüz manat qırx qəpik) manat Maraqlı şəxs alınaraq Ərizəçi verilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar