Məhkəmə qərarları › İş №2(051)-470/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-470/2025

17.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-470/2025 17.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən qızı xx.xx.1983-cü il təvəllüdlü X1 xx.xx.1983-cü ildə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən qızı xx.xx.1983-cü il təvəllüdlü X2 xx.xx.1983-cü ildə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1983-cü ildə qızı-X3 doğulmuşdur. Qızı Nurlana xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. Qızı Mingəçevir şəhəri Əli qəbirstanlığmda dəfn olunmuşdur. Hazırda onun ölüm haqqında şəhadətnaməsi yoxdur. Maraqlı şəxsnə müraciət etsə də, onun ölümü barədə şəhadətnamə ala bilməmiş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyildir. Onun ölümünü qohum və qonşular təsdiq edə bilərlər. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, ərizəçinin bacısıdır. Həqiqətən də, bacısının qızı xx.xx.1983-cü il təvəllüdlü X3 xx.xx.1983-cü ildə Mingəçevir şəhərində vəfat edib. Yas mərasimində də iştirka ediblər. Onu Mingəçevir şəhər Əli qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçinin eltisidir. Həqiqətən də, onun qızı xx.xx.1983-cü il təvəllüdlü X3 xx.xx.1983-cü ildə Mingəçevir şəhərində vəfat edib. Yas mərasimində də iştirka ediblər. Onu Mingəçevir şəhər Əli qəbirstanlığında dəfn etmişlər. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubdan görünür ki, xx.xx.1983 - xx.xx.1986-cı illər üzrə Maraqlı şəxs akt qeydləri arxivində, həmçinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü il tarixədək yoxlama aparılarkən qızınız X1 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Mingəçevir Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 06 nömrəli arayışdan görünür ki, X3 xx.xx.1983-cü ildə vəfat etmiş və Mingəçevir şəhər Əli qəbrisitanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi anasının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi qızı xx.xx.1983-cü il təvəllüdlü X2 xx.xx.1983-cü ildə Mingəçevir şəhərində vəfat etməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Hüquqi faktın müəyyən edilməsi ərizəçiyə əmlakını bağışlamaq üçün notariat kontoruna təqdim edilməsi üçün aidiyyəti orqanlara verilməli olduğundan zəruridir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü X2 xx.xx.1983-cü ildə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar