Məhkəmə qərarları › İş №2(051)-472/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-472/2025

10.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-472/2025 10.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi X4 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizə: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X7 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, X12 onun övladı olmuşdur.Ərizəçi və əri X5 birgə nikahından xx.xx.2021-ci il tarixdə X12 doğulmuş, 19 noyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Övladı anadan olandan xəstə olmuş vəfat edən günə qədər daim müalicə olunmuşdur. Buna baxmayaraq övladı anadangəlmə ağır xəstə olması səbəbindən bir neçə ay yaşamışdır. Övladı19 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il təvəllüdlü X9 Mingəçevir şəhər “Əli” qəbiristanlığında dəfn etmişlər. Övladının ölümündən təsirləndikləri və qanunu bilmədikləri üçün ölüm haqqında şəhadətnamə almayıblar. Mingəçevir Regional “Asan Xidmət” X3 25 dekabr 2024-cü il tarixli 3-16-5/8-15-800/2024 saylı məktubundan da görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılıb və X7 ölüm akt qeydi aşkar edilməyib. Övladının ölüm haqqında şəhadətnaməsini ala bilmir. Həmin şəhadətnamənin başqa qaydada alınması mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 öz izahatında göstərdi ki, Ərizəçi onun yoldaşının əmisi qızıdır. X12 vəfat etdiyi gün o axşam işdən gəldikdə bu xəbəri almışdır. Uşağın ailə üzvləri onu dəfn üçün Bakıda yerləşən xəstəxanadan Mingəçevir şəhərinə gətirdilər. Təxminən gecə 3 radələrində çatdılar və səhəri gün uşağı Mingəçevir şəhəri “Əli” qəbiristanlığında dəfn etdilər. Həmin dəfndə ərizəçinin, onun yoldaşının, qardaşının və digər qohumlarının iştirak etdiyini bildirdi. Uşağın xəstəlik səbəbindən vəfat etdiyini qeyd etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 öz izahatında göstərdi ki, Ərizəçi həm xalası, həm də qaynanasıdır. Vəfat edən X12 onun nəvəsi olmuşdur. Uşaq 2021-ci il tarixdə doğulan vaxtdan 5 ay müddətində xəstə qalmışdır. Uşaq doğulandan təxminən 1-2 saat sonra onda hava çatışmazlığı olduğunu görüb, təcili tibbi yardımla Gəncə şəhərinə, daha sonra Bakı şəhərinə aparmışlar. Həmin vaxtdan sonra uşaq ancaq xəstəxanalarda olmuşdur. Oğlu Rövşən və gəlini Firəngiz də bu səbəbdən müvəqqəti olaraq Bakı şəhərində qalmışlar. 2021-ci ilin noyabr ayında nəvəsi X7 Bakı şəhərində xəstəxanada ölməsini ona bildirmişlər və Mingəçevir şəhərinə gəlib, burada dəfn etmişlər. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs rəisi X10 izahat verərək iddia ərizəsi ilə bağlı əlavə sualının olmadığını, ölüm faktının müəyyən edilməsi tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan: Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-15-800/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. xx.xx.2024-cü il tarixdə verilmiş ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Ərizəçi xx.xx.2022-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İ 852058 №li xx.xx.2013-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə X1 xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikahın bağlanması haqqında akt qeydləri kitabında 214 № ilə qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdə verilmiş 863 №li doğum haqqında arayışın surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsində xx.xx.2021-ci il tarixdə 874 № ilə doğum haqqında akt qeydləri kitabında qeyd edilmişdir. X2, anası Ərizəçidır. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənmişdir. İşin müəyyən olunmuş halı: Ərizəçi nikahın pozulması tələbinə dair iddia qaldırmaq üçün X11 ilə birgə nikahından doğulan X7 ölüm haqqında şəhadətnaməsini almaq üçün Mingəçevir regional “Asan Xidmət” mərkəzinə müraicət etmişdir. Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ərizəçinin övladının ölümü haqqında akt qeydi aşkar olunmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçinin övladı xx.xx.2021-ci il təvəllüdlü X12 xx.xx.2021-ci il tarixdə ölsə də vətəndaşlıq vəziyyəti aktlarında qeydə alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmənin mövqeyi: Ərizəçinin övladı X12 xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. O, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Lakin onun ölümü qeydə alınmamışdır. Ərizəçi övladı X7 xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində doğulub, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etdiyi və Mingəçevir şəhər, “Əli” qəbristanlığında dəfn edilməsi faktı şahid ifadələri və təqdim edilmiş sənədlərlə müəyyən olunmuşdur. Ona görə də ərizə təmin edilməli xx.xx.2021-ci il təvəllüdlü X7 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X7 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar