Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-526/2025 31.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə. Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2024cü il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalamışdır. Barışıq sazişinin şərtlərinə görə tərəflər nikahlarının məhkəmə qaydasında pozulması barədə ümumi razılığa gəlmişlər. Ata Maraqlı şəxs övladı xx.xx.2015-ci il təvəllüdlü X4 himayəsində saxlanmasına razıdır. İkinci tərəf xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay 235 (iki yüz otuz) manat aliment ödəməyi öz öhdəsinə götürür. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs övladları xx.xx.2015-ci il təvəllüdlü X6 ilə 10:00-dan 18:00-dək həftənin bazar günü istədiyi vaxt görüşməsinə razıdır. Birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs yuxarıda qeyd olunan mübahisələr üzrə başqa tələbləri yoxdur. Maraqlı şəxs barışıq sazişinin şərtlərini yerinə yetirməkdən boyun qaçırdığı üçün məhkəmə qaydasında təsdiq etmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, həqiqətən də onlar arasında xx.xx.2024cü il tarixdə barışıq sazişi bağlanmış, həmin barışıq sazişinə əsasən, o, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay 235 (iki yüz otuz) manat aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, müvəqqəti olaraq alimenti ödəməmişdir. Qəbul edir ki, övladıdır, alimenti ödəməlidir. Ona görə də barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə ərizəçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni, maraqlı şəxsin izahatı, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, Tərəflər AZ - İİ № 382349, xx.xx.2008- ildə bağlanmış nikahın pozulmasına razıdırlar, xx.xx.2015ci ildə doğulan övladı X2 Tərəfin (Ərizəçi) himayəsində qalır və xx.xx.2009-ci ildə doğulan övladı X10 və xx.xx.2008- cil ildə doğulan övladı X3 tərəfin (Maraqlı şəxs) himayəsində qalır, Birinci tərəf (Maraqlı şəxs) İkinci tərəflə (Ərizəçi) həftənin bazar günü saat 10:00 dan 18:00- dək və həftənin digər günləri uşaqların maraqlarına uyğun olaraq, valideynlərin qarşılıqlı razılığı ilə görüşməsini tələb edir və Birinci tərəf övladları X10 və X8 üçün ikinci tərəfdən heç bir aliment tələb etmir. X12 tərəfin himayəsində olan övladı X5 Məhkəmədə nikahın pozulduğu aydan etibarən 235 (iki yüz otuz beş) manat aliment verməyi öz üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin xx.xx.2015-ci ildə doğulan övladı X2 Tərəfin (Ərizəçi) himayəsində qalır və xx.xx.2009-ci ildə doğulan övladı X10 və xx.xx.2008- cil ildə doğulan övladı X3 tərəfin (Maraqlı şəxs) himayəsində qalması, birinci tərəf (Maraqlı şəxs) İkinci tərəflə (Ərizəçi) həftənin bazar günü saat 10:00 - dan 18:00- dək və həftənin digər günləri uşaqların maraqlarına uyğun olaraq, valideynlərin qarşılıqlı razılığı ilə görüşməsini tələb etməsi, X12 tərəfin himayəsində olan övladı X5 Məhkəmədə nikahın pozulduğu aydan etibarən 235 (iki yüz otuz beş) manat aliment verməyi öz üzərinə götürməsi barədə barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməli, qalan hissədə təmin edilməməlidir. Belə ki, barışıq sazişinin birinci bəndi tərəflər arasında bağlanmış nikahın pozulması barədə razılığa gəlmələridir, hansı ki, nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir ki, sözügedən nikah Mingəçevir şəhər Məhkəməsinin 2(051)–2103/2024 saylı, 25 noyabr 2024–cü il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə Ərizəçi arasında 12 fevral 2008-ci il tarixdə Mingəçevir regional “ASAN” xidmət mərkəzində Qeydiyyat Şöbəsində 48 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin xx.xx.2015-ci ildə doğulan övladı X2 Tərəfin (Ərizəçi) himayəsində qalması və xx.xx.2009-ci ildə doğulan övladı X10 və xx.xx.2008- cil ildə doğulan övladı X3 tərəfin (Maraqlı şəxs) himayəsində qalması, birinci tərəf (Maraqlı şəxs) İkinci tərəflə (Ərizəçi) həftənin bazar günü saat 10:00 - dan 18:00- dək və həftənin digər günləri uşaqların maraqlarına uyğun olaraq, valideynlərin qarşılıqlı razılığı ilə görüşməsini tələb etməsi, X12 tərəfin himayəsində olan övladı X5 Məhkəmədə nikahın pozulduğu aydan etibarən 235 (iki yüz otuz beş) manat aliment verməyi öz üzərinə götürməsi barədə barışıq sazişinin bəndləri təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-526/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-526/2025
31.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver