Məhkəmə qərarları › İş №2(051)-530/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-530/2021

30.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-530/2021 30.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili X12 və cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “mülkiyyətində olan əşyaların qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh X3 qeyd edilən əmlakın naturada qaytarılması və ya onun dəyəri olan 2750 manat pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, mülkiyyət hüquqularının ½ hissəsi ona məxsus olan ünvan 1 ünvanda yaşayır. İş üzrə cavabdeh X8 ilə aralarında olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsində qeydə alınmış nikah Mingəçevir şəhər məhkəməsinin 02.06.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Aralarında olan nikaha xitam verildikdən sonra birgə nikahdan olan Rafiq adlı uşağı ilə birlikdə atasına məxsus olan Mingəçevir şəhəri ünvan 2 ünvanda yaşayırlar. 03 oktyabr 2019-cu ildə anası vəfat edərkən anasından miras qalmış qızıl-zinət əşyalarını və bir ədəd gəbəni iş üzrə cavabdeh Nərmin Süleymanova onun xəbəri olmadan öz yaşadığı evə aparmışdır. Ona görə də X3 qeyd edilən əmlakın naturada qaytarılması və ya onun dəyəri olan 2750 manat pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili X16 izahatında göstərdi ki, iddiaçı ünvan 3 ünvanda yerləşən mənzildə yaşayır. Onun cavabdehlə nikahı 02.06.2020-ci il tarixdə qətnamə ilə pozulmuşdur. Cavabdehin anası vəfat etdikdən sonra ondan miras qalmış qızıl zinət əşyalarını və bir ədəd gəbəni cavabdeh öz yaşadığı mənzilə aparmışdır. Məhkəmə iclasında cavabdeh X8 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Tofiq tərəfindən qeyd olunan qızıl əşyaları və gəbə, Tofiqin anasının nəvəsinə verdiyi hədiyyədir. Rusiya istehsalı olan qızıl sep, Rusiya istehsalı olan briliyant qaşlı üzük və ona toy zamanı hədiyyə edilən qızıl əşyalarını yəni, sep, braslet və uşağına məxsus sırğanı 2015-ci ildə Tofiq satıb anasının əməliyyatı və müalicəsi üçün xərcləmişdir. Təkcə sırğa qalıb oda onda deyil. İddiaçının ona qarşı tələbi əsassızdır. Ona görə görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki o, Tofiqin bacısı və Nərminin baldızıdır. Anası xəstə idi. Gəlib gedən çox olurdu. Bu səbəbdən də iddia ərizəsində qeyd olunan anasına məxsus qızılları və gəbəni Nərmin atası evinə apardı ki, evə gəlib gedən çox olur it-bata düşməsin. Onlarda buna narazı olmadılar ki, gəlinləridi onlara nə ziyanı dəyəcəkdir ki, anasının qızıllarını və Nərmin öz qızıllarını apardı atası evinə. X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Tofiqin qardaşı, Nərminin qaynıdır. Təsdiq edir ki, iddia ərizəsində qeyd olunan anasına məxsus qızılları və gəbəni Nərmin atası evinə aparmışdır. X7 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Nərminin atasıdır. İddiaçı onun qızına böhtan atır. Tofiqin anası 2015-ci ildən xəstə olub, anasının cərahiyyə əməliyyatı üçün qızıl əşylarını və Nərminin sepini brasltini və nəvəsinin sırğasını satıb anasının əməliyyatı üçün xərcləmişdir. İşə əlavə olunmuş “xxxx” MMC tərəfindən verilmiş 13 saylı, 25 yanvar 2021-ci il tarixli rəydən görünür ki, Sep 8qr çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızılın qiyməti 640 manat, Blilliant qaşlı üzük 7 qr çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızılın qiyməti 660 manat, 1 cün brlilliant qaşlı sırğa 5 qr çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızılın qiyməti 650 manat və 1 ədəd xalça 5x4 qiyməti 800 manat cəmi dəyəri 2750 manat təşkil edir. İşə əlavə edilmiş MKT İstehsalat birliyi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, X1 şəhəri Samux küçəsi 14 ünvanda qeydiyyatsız yaşayır. Məhkəmə, təqdim olunmuş sübutları müqayisəli şəkildə təhlil edib, tərəflər arasında olan münasibətlərə tətbiq olunmalı hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı cavabdeh Nərmin Süleymanova ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Tərəflər arasında münasibətlər 2019-cu ilə kimi normal olmuş, 2020-ci ildə aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçı tərəfindən gətirilmiş şahid ifadələri məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, şahid ifadələri ilə iddiaçının ifadəsi arasında ziddiyətlər vardır. İddiaçı qeyd edir ki, cavabdeh tərəfindən aparılan qızıl zinət əşyaları və gəbədən onun xəbəri olmamışdır. Lakin şahid Elnarə Süleymanova isə ifadəsində qeyd edir ki, anası xəstə olan zaman gəlib gedən çox olurdu. Bu səbəbdən də iddia ərizəsində qeyd olunan anasına məxsus qızılları və gəbəni Nərmin atası evinə aparmasına razılıq veriblər ki, evə gəlib gedən çox olur it-bata düşməsin. Onlarda buna narazı olmamışlar. Bu səbəblərdən Məhkəmə şahidlərin ifadlərini mötəbər sübut kimi qəbul edə bilməz. İddiaçının özünün də izahatında göstərildiyi kimi qızılların cavabdehdə olması və hansı səbəbdən indiyə kimi qızılları tələb etməməsi şübhə doğurur. İddiaçı tələbini cavabdehin qızılları və bir ədəd gəbəni anası vəfat etdikdən sonra 2019-cu ilin oktyabr ayında özü ilə yaşadığı evə aparmasını əsas gətirsə də bunu təstiq edə bilməmişdir. Bundan əlavə məhkəmədə müəyyən olundu ki, həmin daşınar əşyalar cavabdehin vicdanlı sahiblik etmiş və vicdanlı əldə etmişdir. tərəflərin izahatlarından və şahid ifadələrindən də görünür ki, cavabdeh mübahisəli daşınar əşyaları qeyri qanuni yəni, mübahisəli əşyalar itirlməmiş, daşınar əmlak mülkiyyətçidən oğurlanmamış, mülkiyyətçinin iradəsinə zidd və ya başqa şəjkildə əldə etməmiş və vicdanlı olaraq həmin əşyalara sahiblik etmişdir. Həmin hallar cavabdehin ilkin məhkəmə iclasında həmin əşyaların qaynanası tərəfindən nəvəsinə bağışlamasının bildirilməsi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları araşdıraraq qeyd olunan hüquq normalırna məcmuu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X6 qarşı “mülkiyyətində olan əşyaların qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar