Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-531/2025 11.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum qardaşım X6 xx.xx.1997-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X9 və X2nun birgə ailə münasibətlərindən o və X11 doğulmuşdur. X1 28 noyabr 1996-cı il tarixdə doğulmuş və xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Qardaşı anadan olandan xəstə olmuş və daimi müalicə olunmuşdur. Lakin uşaq anadangəlmə ağır xəstə olması səbəbindən bir neçə ay yaşamış və xx.xx.1997-ci ildə Mingəçevir şəhərində vəfat etmiş və Ağdam rayonunun Əfətli kənd qəbiristanlığında dəfn etmişlər. Bununla əlaqədar akt tərtib edilmişdir. Mərhum anası qardaşının ölümündən təsirləndiyi və qanunu bilmədiyi üçün ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda anasından qalan mirası sənədləşdirmək üçün ölüm haqqında şəhadətnamə almaq istəyir, lakin Qeydiyyat şöbəsində ölümün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Ona görə də qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilmir. Həmin şəhadətnamənin başqa qaydada alınması mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclası zamanı ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçi onun bacısı oğludur. Həqiqətən, X11 28 noyabr 1996-cı il tarixdə doğulmuş və xx.xx.1997ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. Xəstə olmuşdur. X3 rayonunun Əfətli kənd ərazisində Küdürlü adlanan qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 da X10 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə ərizə ünvanlayaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X11 28 noyabr 1996-cı il tarixdə doğulmuşdur. X2, anası X7r. İşdə olan notarial qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2000-ci il tarixdə doğulmuşdur. X2, anası X7r. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X11 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. X3 rayon Əfətli kənd ərazisində Küdürlü adlanan qəbiristanlıqda dəfn olunmuşdur. İşdə olan Ağdam RİHB-nın Əfətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X11 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. X3 rayon Əfətli kənd ərazisində Küdürlü adlanan qəbiristanlıqda dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. X9 – doğum tarixi: xx.xx.1978 (öldüyü tarix xx.xx.2024) Qeyd: İ.Əliyeva öldüyü xx.xx.2024-cü il tarixədək subay olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1978-ci ildə Mingəçevir şəhərində doğulmuş X9 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2024-cü ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: 1. Oğlu: Ərizəçi (xx.xx.2000)
2. Oğlu: X11 (xx.xx.1996) İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və xx.xx.1996-xx.xx.2000-ci illər üzrə Maraqlı şəxs akt qeydləri arxivində, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü il tarixədək yoxlama aparılarkən X6 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X9 və X4 birgə ailə münasibətlərindən ərizəçi və X11 doğulmuşdur. X11 28 noyabr 1996-cı il tarixdə doğulmuş, xx.xx.1997-ci il tarixdə Mingəçevir şəhərində ölmüş və Ağdam rayonunun Əfətli kənd ərazisində yerləşən Küdürlü adlanan qəbiristanlıqda dəfn edilmiş, lakin ölümü vaxtında qeyd edilmədiyi üçün onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də X6 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda vərəsəlik işi üzrə sənədləşmə ilə bağlı ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunur. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1–ci maddəsində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qardaşının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və 28 noyabr 1996-cı il tarixdə doğulmuş X6 xx.xx.1997-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307–311 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏTETDİ:
Ərizə təmin edilsin. 28 noyabr 1996-cı il tarixdə doğulmuş X6 xx.xx.1997-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X6 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nemət Paşayev