Məhkəmə qərarları › İş №2(051)-533/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-533/2025

22.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-533/2025 22.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın hərracda satılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********04-05101-093036 reyestr nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən mənzilin 1 otaq yaşayış sahəsi 12,7 kv.m onun, 3 otaq yaşayış sahəsi 47,0 kv.m X3 paylı mülkiyyətində olan əmlakın ona məxsus 12,7 kv.m sahəyə malik 1 otağa, onun payının naturada ayrılmasının mümkünsüzlüyü səbəbindən həmin əmlakın hərrac vasitəsilə satılması, satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, habelə 100 manat dövlət rüsumunun, 520 manat hüquqi yardımla əlaqədar ödənilmiş məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********04-05101-093036 reyestr nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən mənzilin 1 otaq yaşayış sahəsi 12,7 kv.m onun, 3 otaq yaşayış sahəsi 47,0 kv.m X3 paylı mülkiyyətindədir. X4 onun atasının atasıdır. Atası və onun atası yəni, hazırki mülkiyyətçi vəfat ediblər. Həmin əmlak yəni Ə.Süleymanova məxsus mülkiyyəti Cavabdeh idarə edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 82,74 kvadrat metr olan ünvan 1 ünvanında yerləşən mənzil üzərində X3 3 otaq yaşayış sahəsi 47,0 kv.m və İddiaçı 1 otaq yaşayış sahəsi 12,7 kv.m Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-178/2023 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh iddiası qismən təmin edilmiş, Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 №-li evin 25 №-li mənzilin atası X2 miras qalmış yaşayış sahəsi 47 kvadratmetr olan üç otağı miras əmlak kimi yalnız Cavabdeh tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və həmin mirasa dair iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, iddianın X1 qalmış mirasın qəbul edilməsinə dair hissədə təmin olunmaması, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 №-li evin 25 №-li mənzilinin atası X1 miras qalmış yaşayış sahəsi 12,7 kvadratmetr sahəsi olan bir otağa dair mirasın qəbul edilməsinin qanunla müəyyən edilmiş müddətin uzadılması qət edilmişdir. Bundan sonra ünvan 2 ünvanında yerləşən mənzil üzərində X3 3 otaq yaşayış sahəsi 47,0 kv.m və İddiaçı 1 otaq yaşayış sahəsi 12,7 kv.m Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzilin yaşayış sahəsi üzrə paylar müəyyən olunsa da, mənzilin köməkçi sahələri ümumi istifadədə qalmışdır. Belə olan halda tərəflər ümumi mülkiyyətdə olan mənzildən payın ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında mübahisə olduğuna görə ümumi əmlakdan istənilən kimi istifadə etmək mümkün olmamışdır. Ona görə də onun payının naturada bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Müəyyən olunur ki, Mingəçevir şəhəri, Yaşar Muradov küçəsi, 39 nömrəli evin 25 saylı mənzilinin naturada ayrılmasının “İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndələrinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmamışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü İl tarixli 2(051)-272/2024 saylı qətnaməsi ilə iddia rədd edilmiş, İddiaçı Cavabdeh qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqları Dövlət Qeydiyyatı haqqında Daşnmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********04-05101-093036 reyestr nömrəli çıxarışla ünvan 1 ünvanında bir otaq yaşayış sahəsi olmaqla 12,7 kv.m onun, 47,0 kv.m sahəsi isə X3 paylı mülkiyyətində olan əmlaklarının ona münasibətdə 12,7 kv.m sahəyə malik bir otağa, yaşayış sahəsinə onun payının naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, mənzilin bölgüsü zamanı tərəflərin hər birinin sərəncamına yaşayış və yardımçı tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. ünvan 3 ünvanında isə yalnız bir giriş-çıxış yolunun olması, ayrı-ayrı otaqların sahəsinin tərəflərin payına düşən sahəyə uyğun olmadığından mənzilin paylara uyğun naturada bölünməsini istisna edilmişdir. Ona görə də qeyd edilənləri nəzərə alaraq əmlakın hərrac vasitəsilə satılmasını əsaslı hesab edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)- 178/2023 saylı qətnaməsinə əsasən Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 №-li evin 25 №-li mənzilin atası X2 miras qalmış yaşayış sahəsi 47 kvadratmetr olan üç otağı miras əmlak kimi yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və həmin mirasa dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qət edilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə, həmçinin Çıxarış almışdır. Əmlakın hərracda satılmasına etiraz edir. Bununla belə iddiaçıya kredit götürərək payının əvəzinə 7000 manat məbləğində pul verməyə razıdır, lakin aralarında razılıq əldə edilmir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 82,74 kvadrat metr olan ünvan 1 ünvanında yerləşən mənzil üzərində X3 payı 3 otaq yaşayış sahəsi 47,0 kv.m və İddiaçı payı 1 otaq yaşayış sahəsi 12,7 kv.m müəyyən edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli şəhadətnamədən görünür ki, X3 vərəsəsi Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 82.74 kv/m olan mənzilin paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus yaşayış sahəsi 47.0 kv/m olan 3 otaqlı 25 saylı mənzildən ibarətdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 88.9 kvadrat metr olan ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı payı 1 otaq yaşayış sahəsi 12,7 kv.m və Cavabdeh payı 3 otaq yaşayış sahəsi 47,0 kv.m müəyyən edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-178/2023 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh iddiası qismən təmin edilmiş, Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 №-li evin 25 №-li mənzilin atası X2 miras qalmış yaşayış sahəsi 47 kvadratmetr olan üç otağı miras əmlak kimi yalnız iddiaçı Cavabdeh tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və həmin mirasa dair iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, iddianın X1 qalmış mirasın qəbul edilməsinə dair hissədə təmin olunmaması, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 №-li evin 25 №-li mənzilinin atası X1 miras qalmış yaşayış sahəsi 12,7 kvadratmetr sahəsi olan bir otağa dair mirasın qəbul edilməsinin qanunla müəyyən edilmiş müddətin uzadılması qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü İl tarixli 2(051)-272/2024 saylı qətnaməsi ilə iddia rədd edilmiş, İddiaçı Cavabdeh qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqları Dövlət Qeydiyyatı haqqında Daşnmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********04-05101-093036 reyestr nömrəli çıxarışla Mingəçevir şəhəri, Yaşar Muradov küçəsi ev 39 mənzil 25 bir otaq yaşayış sahəsi olmaqla 12,7 kv.m onun, 47,0 kv.m sahəsi isə X3 paylı mülkiyyətində olan əmlaklarının ona münasibətdə 12,7 kv.m sahəyə malik bir otağa, yaşayış sahəsinə onun payının naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İş materiallarına PulPal vasitəsilə Vəkil hüquqi yardımla əlaqədar 520 manat məbləğin ödənilməsinə dair sənəd əlavə edilmişdir. İşdə olan məhkəmə–əmtəəşünaslıq ekspertizasının 02-123/25 nömrəli 21 iyun 2025ci il tarixli rəyindən görünür ki, mənzilin yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən təqdim edilmiş sənədlərə uyğun olaraq ünvan 1 ünvanında yerləşən, paylı mülkiyyətdə olan 82.74 kv.m ümumi sahədən ibarət mənzilin xx.xx.2025-ci tarixə: Bazar dəyəri: 49000.0 (qırx doqquz min) manat təşkil edir. Likvid dəyəri: 44000.0 (qırx dörd min) manat təşkil edir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iclasında iş materiallarının tam və hərtərəfli tədqiqi nəticəsində məhkəmə müəyyən etdi ki, mübahisəli mənzil üzərində X3 payı 3 otaq yaşayış sahəsi 47,0 kv.m və İddiaçı payı 1 otaq yaşayış sahəsi 12,7 kv.m müəyyən edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-178/2023 saylı qətnaməsinə əsasən mübahisəli mənzilin atası X2 miras qalmış yaşayış sahəsi 47 kvadratmetr olan üç otağı miras əmlak kimi yalnız Cavabdeh tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və həmin mirasa dair cavabdehə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qət edilmişdir. Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında hüquqların Dövlət qeydiyyatı haqqında Çıxarış almışdır. Ümumi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan mənzildən payın ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında mübahisə olduğuna görə iddiaçının ümumi əmlakdan istədiyi kimi istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçı öz payının naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmış, iddiaçıya münasibətdə 12,7 kv.m sahəyə malik bir otağa onun payının naturada bölünməsi texniki cəhətdən mümkün olmamışdır. Cavabdeh iddiaçıya payının əvəzinə 7000 manat məbləğində pul verməyə razı olduğunu bildirmiş, lakin iddiaçı məbləğ az olduğuna görə razılaşmamışdır. Hazırda iddiaçı paylı mülkiyyətdə olan mənzilin hərracdan satılmasını və satışdan əldə edilmiş vəsaitin paylara mütənasib qaydada bölünməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan mənzilin hərracdan satılmasını, satışdan əldə edilmiş pulun bölünüb payının ödənilməsini məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4–cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6–cı maddəsinə əsasən bu Məcəllənin 220.3–220.5–ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq–aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarında göstərilir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 6 dekabr 2024-cü il tarixli 02/2024 nömrəli qərardadının 58-ci bəndində göstərilmişdir ki, təcrübədə fikir ayrılığı yaradan məsələlərdən biri də mübahisə predmeti olan əşyanın açıq hərracdakı ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olub-olmaması ilə bağlıdır.

59. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur ("İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır.

60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.

65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221 -ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.

66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, hazırkı mübahisə predmeti olan mənzilin qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsini, həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmasını şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə cavabdeh paylı mülkiyyətçidir. Onlar arasında ümumi paylı mülkiyyətdə olan mənzilə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçı payının naturada ayrılmasını tələb etmişdir. Ümumi paylı mülkiyyətdə olan mənzildən iddiaçının payının naturada ayrılması mümkün olmamış, həmçinin cavabdeh iddiaçıya payının əvəzinə 7000 manat məbləğində pul verməyə razı olduğunu bildirmiş, lakin iddiaçı məbləğ az olduğuna görə razılaşmamışdır. Hazırda iddiaçı paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılması və satış pulunun paylara mütənasib surətdə bölüşdürülməsini tələb edir. Ona görə də iddiaçının tələbi əsaslıdır. Mübahisəli mənzil qapalı hərracdan satılmalı, həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı və əldə edilmiş pul paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün mübahisəli mənzilin qapalı hərracdan satılması, həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılması paylı mülkiyyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçı ilə cavabdehin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221–ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 4 aprel 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 220.6–cı maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Eləcə də, Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221–ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3–220.4–cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə–əmtəəşünaslıq ekspertizasının 02-123/25 nömrəli 21 iyun 2025-ci il tarixli rəyi ilə ünvan 1 ünvanında yerləşən, paylı mülkiyyətdə olan 82.74 kv.m ümumi sahədən ibarət mənzilin xx.xx.2025-ci tarixə: Bazar dəyəri: 49000.0 (qırx doqquz min) manat təşkil edir. Likvid dəyəri: 44000.0 (qırx dörd min) manat təşkil edir. Belə olan halda mübahisəli əmlakın ilkin satış qiyməti bazar qiyməti ilə müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, mənzilin ilkin satış qiyməti 49000 manat dəyərində qiymətləndirilməlidir. Tərəflərə izah edilməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əmlakın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən MPM-in 231 -ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, **********04-05101-093036 reyestr nömrəli çıxarış əsasında ümumi paylı mülkiyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 49000 manat məbləğində müəyyən edilməli, həmin mənzil qapalı hərracdan satılmalı, həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı və satışdan əldə edilmiş vəsait iddiaçının payına mütənasib bölünüb iddiaçıya verilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar ödənilmiş 520 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 300 manat məhkəmə xərci iddiaçı və cavabdehdən müştərək qaydada tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq

QƏTETDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********04-05101-093036 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında 3 otaq yaşayış sahəsi 47,0 kv.m Cavabdeh və 1 otaq yaşayış sahəsi 12,7 kv.m İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 49000 (qırx doqquz min) manat məbləğində müəyyən edilsin, həmin mənzil qapalı hərracdan satılsın, həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılsın və satışdan əldə edilmiş vəsait Cavabdeh və İddiaçı paylarına mütənasib bölünüb tərəflərə verilsin. Cavabdeh hüquqi yardımla əlaqədar ödənilmiş 520 (beş yüz iyirmi) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (bir yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddiaçı və Cavabdeh müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məhkəmə xərci alınıb, "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar