Məhkəmə qərarları › İş №2(051)-539/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-539/2025

10.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-539/2025 10.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, bacıları X4 01 mart 1961-ci il tarixdə Mingəçevir şəhərində və X5 01 aprel 1991-ci il tarixdə Mingəçevir şəhərində ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, bacısı X4 01 mart 1961-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi ilə əlaqədar ölüm faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1958-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. X2 24 noyabr 1997-ci ildə anası X6 isə 05 iyul 2021-ci ildə rəhmətə getmişlər. Eyni zamandada bacıları X10 xx.xx.1961-ci ildə digər bacısı X11 isə xx.xx.1991ci ildə rəhmətə getmişlər. Həmin vaxt Zafta və İradənin ölümü onları sarsıtdığı üçün bu barədə qeydiyyat şöbəsinə vaxtında müraciət edə bilməmişlər. Hazırda anasından və atasında miras qalmış əmlaka vərəsəlik işi açılmışdır. Lakin vərəsəlik işi bağlı ondan bacıları Zafta və İradənin ölüm haqqında şəhadətnamələri tələb olunur. Bununla bağlı o, Maraqlı şəxsnə Zafta və İradənin ölüm faktı ilə bağlı şəhadətnamə almaq üçün müraciət etdi. Maraqlı şəxsndən ona məhkəməyə müraciət etməsi tövsiyyə olundu. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin edilməmişdir. Lakin buna baxmayaraq Maraqlı şəxs məhkəməyə məktub göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, ərizəçi qohumudur. Birinci uşaq doğulan kimi ölüb. Körpə uşaq olub yas mərasimi və dəfninə getməmişdir. Ancaq öldüyünündən xəbəri var idi. Ərizəçinin digər bacısı isə evdən qaçıb getmişdi. 3 il sonra avto qəzaya düşərək öldüyü xəbəri gəldi. Atası və ailəsi ilə küsülü olduğundan kimsə niyə öldüyü harada öldüyü ilə maraqlanmadı. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, ərizəçi qonşumuz olmuşdur. Onlar 6 uşaq olmuşlar. İsbatova Zafta 1961-ci ildə anadan olmuşdur, 1-2 ay sonra vəfat etmişdir. Mingəçevir şəhərində Əli qəbiristanlığında dəfn edilmişdir. Digər bacısı 1983-cü ildə evdən çıxıb getmişdir. Sonradan xəbər gəldi ki, vəfat edib. Harada və necə vəfat etdiyini heç kim bilmədi. Harada dəfn olunmasını bilmirəm, özləri də bilmirlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, ərizəçinin atası ilə onun atası ilə əmioğludur. İsbatova Zafta o, hələ lap balaca ikən vəfat etmişdir. Onun ölməsini sonralar valideynlərindən eşitmişdir. İsbatova İradə isə 1991-ci ildə vəfat etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İşdə olan 5 saylı MİS tərəfindən verilmiş 739 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İsbatov X3 şəhəri H.Əliyev küçəsi ev 30 mənzil 29 ünvanda yaşayır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə X9 və X1 birgə nikahından foğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3-16- 5/7İ-5/0-69/2024 saylı məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.2025-cü il tarixədək yoxlama aparılmış, lakin X7 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.1997-ci il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixli məktubla verilmiş doğum akt qeydinə əsasən X15 02.01.196-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Məhkəmə şahid qismində dindirilmiş X13 tərəfindən verilmiş şahid ifadəsini mötəbər sübut hesab etmir. Çünki Zafta adlı uşağın o, hələ lap balaca ikən vəfat etdiyini, onun ölməsini sonralar valideynlərindən eşitdiyini bildirmişdir. Halbuki bu barədə ifadə verən X13 xx.xx.1963-cü il təvəllüdlüdür. Odur ki, X13 baş vermiş hadisələri birbaşa görmədiyindən məhkəmə onun tərəfindən verilən dolayı ifadəni mötəbər sübut hesab etmir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi bacısının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi bacısı X4 xx.xx.1961-ci ildə il tarixdə Mingəçevir şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü X4 xx.xx.1961-ci ildə il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. X4 ölməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar