Məhkəmə qərarları › İş №2(051)-54/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-54/2024

24.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-54/2024 24.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil2, İddiaçı2, həmçinin qarşılıqlı iddia üzrə cavabdeh X8, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehə məxsus əşyaların evdən çıxarılması tələbinə dair ilkin iddiasına, Cavabdeh İddiaçı1, İddiaçı2 və X11 qarşı əmlak tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehə məxsus əşyaların evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus termo, stol, stul-12 ədəd, süfrə - 1 ədəd, xalça – 2 ədəd, balaca xalça (ayaqaltı), servis ağ – 12 nəfərlik, servis göy – 6 nəfərlik, stolüstü saat – 1 ədəd, dekor boşqab-2 ədəd, dekor meyvə qabı – 1 ədəd, dekor ayə, paltar şkafı, komod, 3-lü şamdan dekorativ -1 ədəd, tort üçün dəst – 1 ədəd, güldan güllərlə - 1 ədəd, çarpayı 2 nəfərlik, dolab (şifoner) – 1 ədəd, komod güzgü – 1 ədəd, tumba – 2 ədəd, televizor, “Laura” yataq dəsti 2 nəfərlik – 2 ədəd, döşək (dəvə yunu) – 1 ədəd, yorğan (dəvə yunu), göy rəngli yataq dəsti 2 nəfərlik – 1 ədəd, rezinli yataq mələfəsi – 1 ədəd, beşik, pərdə, 3 gözlü çilçıraq, yataqüstü pakrıval (2 ədəd qaşlı, 1 ədəd yun), ütü feni (model: ZF-998) – 1 ədəd, saçqurudan fen – (Remilgton – sarı) – 1 ədəd, tozsoran – 1 ədəd, ütü – 1 ədəd (Sokany), yorğan – döşək dəsti (uşaq üçün), ədyal – 1 ədəd (göy), parfüm – (Evidence, Divine, Miss Franck, İncognito, Perceim, Antonio Banderas, Elessar, Love Story – işlənmiş), vinetka (universitet), can (bədən) dəsmalı - 4 ədəd, əl-üz dəsmalı – 8 ədəd, mətbəx dəsmalları – 15 ədəd, bıçaq dəsti, qaşıq dəsti (Tefal), 6 nəfərlik boşqab dəsti 24 ədəd, ağ fincan dəsti (5 fincan, 6 nəlbəki), armudu stəkan 2 dəst – 12 ədəd, meyvə qabı – 3 ədəd (2 ədəd ayaqlı, 1 ədəd oval), şüşə qab (iri, dərin), şüşədən (çini) şirniyyat qabı, paltaryuyan (Bosh), çaydanlıq, qaşıq dəsti – çemodan, kompot qabı 6 ədəd bokal ilə (luminarc), kompot qabı 6 ədəd bokal ilə (gümüşü rəngdə, qaşlı), kiçik nəlbəki - 12 ədəd, elektrik termos, 7-lik qazan dəsti (qranit), 5-li qazan dəsti, şüşədən şirniyyat qabı, evsilən (paspas), vanna (ləyən) – 5 ədəd, uşaq üçün vanna dəsti, kapron ləyən, ədviyyat qabı – 4 ədəd xırda, güzgü – 1 ədəd, lampa - 1 ədəd, podnos 3 ədəd, qaşıq qabı – 1 ədəd (plastmas), mətbəx taxtası – 1 ədəd, taxta qaşıq – 6 ədəd (xırda), xəmirkəsən – 1 ədəd, paltar şpilkaları, zibil qabı – 1 ədəd (balaca), limon qabı – 6 ədəd, kül qabı – 1 ədəd, çərəz qabı nın– 1 ədəd (qara, balaca) İddiaçı1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvandakı evdən çıxarılması və 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə iddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh ilə oğlu X14 24 sentyabr 2021-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar və Cavabdeh onların yaşadığı ünvan 1 evə gəlin köçmüşdür. O, eyni zamanda özünün cehiz əşyalarını onların evə gətirmişdir. Cavabdehlə oğulları bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş və onlar 24 iyul 2022-ci il tarixdən faktiki olaraq ayrı yaşayırlar. X17rın yanında, Cavabdeh isə Ş.İ.Xətai küçəsindəki 12 saylı evin 39 saylı mənzilində valideynlərinin yanında yaşayır. Lakin Cavabdeh əşyaları onların evindədir. Dəfələrlə ona əşyalarını gəlib aparmasını desələr də, artıq 1(bir) ildir ki, o, əşyalarını aparmır. Onun əşyalarının onların evdə qalması yaşayış sahəsindən tam istifadə etmələrinə maneələr yaradır, mülkiyyət hüququnu məhdudlaşdırır. Qeyd etmək istəyirik ki, onlar yəni iddiaçılar 01 noyabr 1990-cı ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar və hazırda yaşadıqları evi – ünvan 1 evi birgə nikah dövründə almışlar. Həmin ev üzərində mülkiyyət hüququ Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* №-li çıxarışla xx.xx.2011-ci il tarixdə 3№-li reyestr kitabının 146 №-li vərəqində İddiaçı1 adına qeydiyyata alınmışdır. Cavabdehlə X23 arasında olan nikah hazırkı iş üzrə Cavabdeh iddia tələbinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-233/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdehin onların mülkiyyətində qalan əşyaları aşağıdakılardır: Termo, Stol, 12 ədəd stul, Süfrə - 1 ədəd, Xalça – 2 ədəd, Balaca xalça (ayaqaltı), Serviz – 12 nəfərlik – ağ, Servis 6 nəfərlik – göy, Stolüstü saat 1 ədəd, Dekor boşqab -2 ədəd, Dekor meyvə qabı – 1 ədəd, Dekor ayə, Paltar şkafı, Komod Üçlü şamdan dekorativ - 1 ədəd, Tort üçün dəst – 1 ədəd, Güldan (güllərlə) - 1 ədəd, Yataq üçün: Çarpayı (2 nəfərlik), Dolab (şifoner) – 1 ədəd, Kamod güzgü – 1 ədəd, Tumba – 2 ədəd, Televizor, “Laura” yataq dəsti (2 nəfərlik) – 2 ədəd, Döşək (dəvə yunu) – 1 ədəd Yorğan (dəvə yunu), Göy rəngli yataq dəsti (2 nəfərlik) – 1 ədəd, Rezinli yataq mələfəsi – 1 ədəd, Beşik, Pərdə, Üç gözlü çilçıraq, Yataqüstü pakrıval (2 ədəd qaşlı, 1 ədəd – yun), Ütü feni (model: ZF-998) – 1 ədəd, Saçqurudan fen (Remilgton sarı) – 1 ədəd, Tozsoran – 1 ədəd, Ütü (Sokany) – 1 ədəd, Yorğan – döşək dəsti (uşaq üçün), Ədyal (göy)– 1 ədəd, Parfüm – (Evidence, Divine, Miss Franck, İncognito, Perceim, Antonio Banderas, Elessar, Love Story) – işlənmiş, Vinetka (universitet), Fotoşəkil (çərçivədə) – 1 ədəd, Can (bədən) dəsmalı - 4 ədəd, əl-üz dəsmalı- 8 ədəd, mətbəx dəsmalları-15 ədəd Bıçaq dəsti, Qaşıq dəsti, (Tefal), 6 nəfərlik boşqab dəsti -24 ədəd, Ağ fincan dəsti – 5 ədəd fincan, 6 ədəd nəlbəki, Armudu stəkan (2 dəst) – 12 ədəd, Meyvə qabı – 3 ədəd (2 ədəd ayaqlı, 1 ədəd oval), Şüşə qab (iri, dərin), Şüşədən (çini) şirniyyat qabı, Paltaryuyan (Bosh), Çaydanlıq, Qaşıq dəsti – çemodan, Kompot qabı 6 ədəd bokal ilə (luminarc), Kompot qabı 6 ədəd bokal ilə (gümüşü rəngdə, qaşlı), Kiçik nəlbəki - 12 ədəd, Elektrik termos, 7-lik qazan dəsti (qranit), 5-li qazan dəsti, Şüşədən şirniyyat qabı, Evsilən (paspas), Vanna (ləyən) – 5 ədəd, Uşaq üçün vanna dəsti Kapron ləyən, Ədviyyat qabı (xırda)– 4 ədəd, Güzgü – 1 ədəd, Lampa - 1 ədəd podnos 3 ədəd, Qaşıq qabı (plastmas)– 1 ədəd, Mətbəx taxtası – 1 ədəd, Taxtaq qaşıq (xırda)– 6 ədəd, Xəmirçəkən – 1 ədəd, Paltar şpilkaları, Zibil qabı (balaca) – 1 ədəd, Limon qabı – 6 ədəd, Kül qabı – 1 ədəd, Çərəz qabı (qara, balaca)– 1 ədəd. Qeyd olunan əşyalar hazırda onların evindədir. Məhkəmədən qeyd olunan əşyaların İddiaçı1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvandakı evdən çıxarılması və 100 manat dövlət rüsumunun cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan xx.xx.2023-cü il tarixdə cavabdeh X2 İddiaçı1 qarşı əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı1 85 adda, 20617 manat dəyərində cehiz və qızıl əşyalarının özünün, özü olmadıqda dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Fərid Məlikovla 24 sentyabr 2021-ci ildə nikaha girməklə evlənmişlər. Birgə evlilikdən onların 14 may 2022-ci ildə Mələk adlı qızı olmuşdur. Ancaq aralarındakı münasibətlər pozulmuş və onlar 24 iyul 2022-ci ildə ayrılmışlar. O, cavabdehlə ailə qurarkən onun yaşadığı Mingəçevir şəhəri A. Qurbani küçəsi 9/7 saylı yaşayış evinə aşağıda qeyd olunan cehiz əşyalarını aparmışdır. 23 iyul 2022-ci ildə ailədə baş verən münaqişə səbəbindən evdən çıxıb təcili yardım bölməsinə müraciət etmişdir. Halbuki, həmin vaxt o, hamilə idi. Sonradan cavabdehin X23a qarşı nikahın pozulmasını tələbinə dair iddia qaldırmışdır. Fərid Məlikovdan boşanmaq qərarı qəti olsa da, sonuncu nikahın pozulmasına qərəzli olaraq razılıq vermirdi. Belə ki, o, ayrıldıqdan sonra ipoteka ilə özünə ev almaq istəyirdi. X24 nikahın pozulması qərəzli şəkildə uzatmaması üçün əmlak tələbinə dair iddia qaldırmırdı. Ancaq məhkəmənin qərardadına əsasən əmlakı üzərinə həbs qoyulmuş və mövcud əşyaları siyahıya alınmışdır. O, mənzili tərk edərkən özü ilə heç bir şey aparmamışdır. Apara da bilməzdi. Çünki səhhəti buna imkan vermidi. Mingəçevir şəhər məhkəməsinin 02 iyun 2023-cii i! tarixli, qətnaməsi ilə onunla Fərid Məlikov arasındakı nikaha xitam, verilmişdir. X18 atası İddiaçı1 ona qarşı mənzildən əşyaların çıxarılması tələbinə dair iddia qaldırmışdır. Ancaq həmin əşyaların bir qismini siyahıya salmamış və dəyərini göstərməmişdir. Bu isə qətnamənin icrası zamanı onun hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Hazırda qarşı tərəfdə olan əşyalar bunlardır: 1 ədəd blendr(Bosh)- 90 manat, Ədviyyat qabı (3-lü və çörək qabı ilə birlikdə)- 55 manat, Bıçaq dəsti (salinson)- 55 manat, Qaşıq dəsti (Tefal) -40 manat, 7 lik qazan desti qranit -350 manat, 7 lik qazan dəsti keramika- 350 manat, 6 nəfərlik boşqab dəsti (24 ədəd)-60 manat, Fincan dəsti 6 ədəd (ağ rəngdə)- 15 manat, Armudu stəkan 2dəst -12 ədəd -10 manat, Meyvə qabı 4 ədəd (2 ədəd oval. 2 ədəd ayaqlı)-70 manat, Şüşə qab -15 manat, Ədviyyat qabı xırda 6 ədəd -25 manat, Şüşədən şirniyyat qabı -15 manat, ev silən (paspas) lədəd-25 manat, vanna (mpm, xırda) 5 ədəd-25 manat, Uşaq üçün vanna dəsti-20 manat, Kapron ləyən-20 manat, Paltar yuyan (Bosh)-lədəd-1050 manat, Çaydanlıq-85 manat, Ət çəkən 170 manat, Qaşıq dəstiçemodan.-310 manat, Ədviyyat qabı 6 ədəd -40 manat, Kompot qabı 6 ədəd bakal ilə (luminak)-35 manat, Kompot qabı, 6 ədəd bakal ilə (gümüşü rəngli qaşla bəzədilmiş)-75 manat, 6 ədəd şüşə qapaqlı qazan dəsti -80 manat, 12 ədəd kiçik nəlbəki -20 manat, Elektrikli termos-85 manat, Paltar setlcası-20 manat, 3-lü ləpə qabı-1 ədəd (şüşə qara rəngli) -15 manat, Termo -450 manat, Tv altlığı -170 manat, Stol, 12 ədəd stul - 300 manat, SülTə -4 ədəd(2 ədəd ığ. 1 ədəd qızılı, 1 ədəd gümüşü)-150 manat, Xalça 2 ədəd (4x3 m) (kvadrat və oval formalı)-525 manat, Servis (yemək, çay, kofe dəstləri birlikdə hər biri 12 nəfərlik olmaqla)-350 manat, Servis 6 nəfərlik (qara rəngili, yemək və çay dəsti birlikdə)-180 manat, Saat-l ədəd-50 manat, 2 ədəd dekor, boşqab-40 manat, Dekor meyvə qabı- 1 ədəd-50 manat, 1 Dekor Ayə-18 manat, Paltar şkafı-200 manat, Kamod-400 manat, Şamdan- 2 ədəd-dekorativ-15 manat, Fort üçün qaşıq, bıçaq dəsti-20 manat, Güldan, güllərlə biıgə-50 manat, padnos -3-lü (gümüşü rəngli)-70 manat, Xrustal konfet qab. -8 ədəd (4 ədədi ayaqlı, 4 ədədi yumru formalı)-80 manat, Xrustal mürəbbə qabı ayaqlı-8 ədəd-80 manat, Çarpayı 2 nəfərlik 750 manat, Dolab 1150 manat, Komod güzgü 550 manat, Tumba 2 ədəd 300 manat, Televizor (82 ekran) -350 manat, Laura Qrand qutuda yataq dəsti(iki nəfərlik) 4ədəd -440 manat, Dəvə yunu döşək-100 manat, Dəvə yunu yorğan-100 manat, Göy rəngli yataq dəsti 2 nəfərlik -1 ədəd -50 manat, Rezinli yataq dəsü-2 nəfərlik - 20 manat, Beşik -450 manat, pərdə -350 manat, 3 gözlü çilçıraq-130 manat, Xalça- 1 ədəd -150 manat, Yataq üstü pakrıval-3 ədəd (göy, gül qurusu, çəhrayı)- 570 manat, Braun ütü feni 40 manat, Braun saç qurudan fen -30 manat, Tozsoran- 1 ədəd -150 manat, Ütü (Bosh)-l ədəd -50 manat, Yorğan-döşək dəsti (uşaq üçün)-50 manat, Ədyal uşaq üçün-3 ədəd -54 manat, Ədyal- 2 nəfərlik-1 ədəd -120 manat, Çantalar- 6 ədəd -150 manat, Parfüm-( Evidence, Divine, Miss Franck, İncognito, Perceim, Antonio Banderas, Elessar, Love Story)- 10 ədəd -200 manat, Makyaj dəsti -100 manat, Köynək- 6 ədəd -120 manat, Vinetka- 3 ədəd -30 manat, Can dəsmalı- 10 ədəd-200 manat, Əl-üz dəsmalı- 30 ədəd -300 manat, çay dəsmalı - 36 ədəd -108 manat, Paltar qurudan asılqan- 1 ədəd -25 manat, pol ağacı- qozdan- 20 manat, Bel korseti- 1 ədəd- 37 manat, Çətir- 1 ədəd- 20 manat, Mürəbbə və turşular ibarət ballon-bankalar- 40 ədəd -80 manat, sabun və yuyucu vasitələr üçün qab-1 ədəd- 20 manat, 37 oturacaq-tabletka-2 ədəd- 20 manat. Həmçinin toy zamanı ona hədiyyə olunmuş qızıl nişan üzüyü briliyant qaşlı əyar 583, çəkisi 13,2 qram qiyməti 1500 manat, qızıl üzük briliant qaşlı dik gül formalı 1 ədəd 750 əyar, çəkisi 8,2 qram, qiyməti 1200 manat, qızıl sırğa üzük boyunbağı klonla qolbağı pandora dəsti, 1 ədəd, 858 əyar, çəkisi 18 qram, qiyməti 1600 manat, zəncir formalı qolbağı, 1 ədəd, əyarı 4,23 qram, qiyməti 450 manat və qızıl sırğa, üzük boyunbağı, qolbağı, qarnitur dəsti əyar 585, qramı 15,9 qiyməti 1430 manat əşyalarının cəmi məbləği 20617 dəyərində qızıl-zinət əşyaları cavabdehlərə məxsus evdə qalmışdır. X1 nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək qarşılıqlı iddia üzrə cavabdeh qismində X14 və İddiaçı2 cəlb edilməsini xahiş etmişdir İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 məhkəmə iclası zamanı ilkin iddiasını müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və qarşılıqlı iddianın cehiz hissəsinə dair bildirdi ki, 1 ədəd blendr artıq cavabdehin özünə verilmişdir, 7 lik qazan dəsti 5 lik qazan dəsti kimi, meyvə qabının 4 ədəd deyil 3 ədəd olduğu, xırda ədviyyat qabı 6 ədəd yox 4 ədəd olduğunu, şamdan iki ədəd yazılsa da iddiaçı tərəfindən 1 ədəd olduğu qeyd edilmişdir, süfrə 4 ədəd göstərilsə də, 1 ədəd olduğunu qeyd edib, xrustal konfet qabı və xrustal mürəbbə qabı ayaqlı 8 ədəd ümumiyyətlə yoxdur- 2 ədəd adi şüşədən konfet qabı və 2 ədəd qəndqabı var, ət çəkən maşının ümumiyətlə olmadığını, sıra 22 də göstərilə ədviyyat qabının olmadığı, süfrənin 1 ədəd oduğunu, çantanın 4 ədəd qaldığını (cavabdeh gedərkən 2 ədədini götürdüyünü), xalçaların daha kiçik ölçüdə, yəni (3x2 m) olduğunu, vinetkanın 1ədəd olduğunu, 1 ədəd bel korsetini özü ilə apardığını, 40 ədəd mürəbbə və turşulardan ibarət bankalar ümumiyyətlə olmadığını bildirərək, 1 ədəd ütünün (Sokany) fimasından, saç qurudan fenin Remington firmasından oduğunu bildirdi. Ütü feni Braun məhkəmə iclası zamanı cavabdehin özünə qaytarıldı, uşaq üçün ədyal 3 ədəd yazılsa da cavabdeh tərəfindən götürülmüşdür. Bundan əlavə qızıl-zinət əşyaları ilə bağlı onu qeyd edir ki, həqiqətən də gəlin köçərkən Qubaxanımına sözügedən qızıl əşyaları verilmişdir. Belə ki, həmçinin briliyant qaşlı qızıl nişan üzüyü, dik gül formalı briliant qaşlı qızıl üzüyü, qızıl qarnitur dəsti - sırğa, üzük boyunbağı, qolbağı, pandora dəstinə aid olan üzüyü özü vermişdir, zəncir formalı qolbağı cavabdehin bacısı hədiyyə vermişdir, pandora dəstinə aid olan sırğa və sep-klonla toyda hədiyyə kim Qubaxanımın atasıgil toyda hədiyyə verilib, həmi dəstin bilərziyini isə toydan 1 həftə sonra Qubaxanımın bacısı hədiyyə gətirmişdir. Qubaxanım adətən qızıl-zinət əşyalarını - uşağın doğum haqqında şəhadətnaməsini və nikah haqqında şəhadətnaməni özünə məxsus olan qırmızı çamadanda saxlayırdı. Onun əşyalarına özündən başqa heç kim toxunmurdu. Lazım olanda özü həmin çamadandan əşyaları çıxarıb istifadə edirdi sonra da yerinə qoyurdu. X4 arasında olan ailə münasibətləri pozulmuşdur. Onların arasında olan ailə münasibətləri çox kəskin hal almağa başladı. Qubaxanımın sonuncu dəfə evdən getdiyi gün oğlu Fərid evdə deyildi. Qubaxanımın vəziyyəti pisləşdi və ona təcili yardım çağırıldı. Sonra Qubaxanımın anası da onlara gəlmişdir. Təcili yardım gəlib Qubaxanıma yardım etdikdən sonra Qubaxanım özünə gəldi, sonradan onlar taksi çağıraraq bütün əşyalarını bir ədəd iri qırmızı çamadana və iki sellofan paketə yığmış, həmçinin qeyd olunan mübahisəli qızıl əşyalarını da özləri ilə həmin gün aparmışlar. Bunu Qubaxanım özü də oğlu Fəridlə aralarında olan danışıq zamanı etiraf etmişdir ki, həqiqətən də qızıl zinət əşyalarını götürmüşdür. Bununla bağlı olan səs yazısını məhkəməyə təqdim etmişlər. Odur ki, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə qismən təmin olunmasını, qızıla dair hissəsinin isə rədd edilməsini xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclası iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən Odur ki, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə qismən təmin olunmasını, qızıla dair hissəsinin isə rədd edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclası zamanı bildirdi ki, iddiaçılar Vəfa və Mehman onun keçmiş qaynanası Fərid isə onun keçmiş əridir. O, cavabdehlərə məxsus olan mənzildə qalan bir qisim cehiz əşyalarını və qızıl-zinət əşyalarını tələb edir. Lakin cavabdehlər cehiz əşyalarını qismən qəbul etsə də, lakin qızıl-zinət əşyalarını onlarda olmadığını əsas gətirərək həmin qızıl-zinət əşyalarını ona qaytarmaqdan imtina edir. Həmin qızıl-zinət əşyalarını toy zamanı ona hədiyyə olaraq vermişlər. Qızıl-zinət əşyaları hər zaman ona məxsus olan qırmızı çamadanda saxlanılırdı. Toya nişana gedərkən həmin çamadanda qızıl-zinət əşyalarını götürərək istifadə edir di, sonra yerinə qoyurdu. O, həmin qızıl-zinət əşyalarını qaynanasının razılığı ilə istifadə edirdi. Onun orada saxladığını evdə hər kəs bilirdi. O, həmin qızılları yalnız lazım olduqda istifadə edirdi. Bir müddətdən sonra onunla cavabdeh Fərid arasında olan münasibətlər pisləşməyə başladı. O, cavabdehlərin evində olarkən cavabdehlərin hərəkətləri nəticəsində onun səhhəti pisləşdi. Sonuncu dəfə evdən çıxdığı gün Fəridə dəfələrlə zəng etməyinə baxmayaraq, Fərid onun telefonlarına cavab vermədi. Sonra anasına zəng vurdu. Anası da onun yanına gəldi. Ona həmin gün 2 dəfə təcili yardım çağırıldı. Təcili yardım gəldikdən sonra ona tibbi yardım göstərildi. O özünə gəldikdən sonra özünə lazım olan bəzi zəruri əşyaları götürərək cavabdehlərin evindən anası ilə birlikdə taksi ilə getmişlər. Lakin həmin gün onun səhhəti çox pis olduğundan qeyd olunan qızıl-zinət əşyalarının özü ilə aparması yalandır. Həmin gün o evdən sadəcə uşağın paltarlarını və pampersini qoyduğu sellofan torba ilə çıxıb getmişdir. Cavabdeh onun qızıl-zinət əşyalarını götürdüyünü etiraf etməsinə dair səs yazısına dair qeyd edir ki, həmin vaxt onlar arasında Fəridin vaxt verilmədən boşanmağa razı olacağı təqdirdə o qızılların onun tərəfindən götürüldüyünü etiraf edəcəyinə dair razılaşmaları olmuşdur. Çünki həmin vaxt o dərhal boşanacağı təqdirdə özünə ipoteka ilə ev almağı düşünürdü. Bu barədə hər ikisi razılığa gəldi ki, o, qızılı götürdüyünü Fərid isə boşanmağa razı olacağını bildirməli idi. Lakin Fərid aralarında olan həmin söhbətin səs yazısının sadəcə “qızılları o götürmüşdür” hissəsini saxlamışdır. Lakin səs yazısının əvvəlini və sonrasını silmişdir. Qızılların olduğu qırmızı çamadana gəldikdə isə, həmin çamadana, o evi tərk etdikdən çox əvvəl içinə çirkli paltarlarını dolduraraq yumaq üçün atası evinə göndərmişdir. O bir daha qeyd edir ki, qızıllar onda deyil. Qarşı tərəfin sənədləri də, qızılları da eyni yerdə saxlamasına və gedərkən də aparmasına dair qeyd edir ki, o gedərkən adı çəkilən əşyaları özü ilə aparmamış, nikah haqqında şəhadətnaməni isə Fəridlə görüşüb, ondan müxtəlif bəhanələrlə əldə etmişdir. Qarşı tərəfin qızılların onda olması ilə bağlı gətirdiyi dəlillər əsassızıdır. Odur ki, məhkəmədən ilkin iddianın və qarşılıqlı iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclası zamanı qarşılıqlı iddia tələbini müdafiə etdi, ilkin iddianı qəbul etmədi, əsasən qarşılıqlı iddia ərizəsinin məzmununa və Cavabdeh izahatına uyğun izahat verdi ilkin iddianın və qarşılqılı iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Qarşılıqlı iddia üzrə cavabdeh X14 da məhkəmə iclası zamanı qarşılıqlı iddianı qəbul etmədi, əsasən onlarda heç bir qızıl-zinət əşyaları qalmamışdır. Qubaxanım özünə məxsus olan qızıl-zinət əşyalarını onda olan gündən etibarən özünə məxsus olan qırmızı çamadanda saxlamışdır. Həmin qızıl zinət əşyalarını yalnız o, özü istifadə edirdi. O əşyalara ondan başqa heç kim toxunmurdu. Hətta Qubaxanım uşaqla xəstəxanadan çıxdığı gün ona mesaj yazmışdır ki, qırmızı qızıl qabı olan bavuldan nişan üzüyünü götürüm. Qubaxanım qızıl-zinət əşyaları ilə bir yerdə həmçinin sənədləri də eyni yerdə saxlayırdı. Belə ki, boşanmaq üçün lazım olan nikah haqqında şəhadətnamə və sair sənədlərin əslini məhkəməyə təqdim etmişdir. Burdan belə aydın olur ki, nikah haqqında şəhadətnaməni özü ilə aparmışdırsa, qızılları da özü ilə aparmışdır. Çünki o, sənədləri də, qızılları da eyni yerdə saxlayırdı. Qızıl-zinət əşyalarını Qubaxanım xx.xx.2022-ci il tarixdə evdən gedərkən özü ilə aparmışdır. Sözügedən qırmızı çanta da Qubaxanımın atasıgildədir. Hazırda onlarda heç bir qızıl-zinət əşyası qalmamışdır. Bunu Qubaxanım özü də onunla restoranda olan zaman etiraf etmişdir ki, qızıl-zinət əşyalarını o, götürmüşdür. Onun həmin etirafı özünün razılığı ilə onun tərəfindən telefon vasitəsi ilə səs yaddaşına köçürülmüş və həmin etiraf olan səs yazısını məhkəməyə təqdim etmişdir. Hesab edir ki, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsini, qızıl əşyalarına dair əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarışlıqlı iddia üzrə iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, qızı yəni Qubaxanımın bacısı on gün əvvəl orada - Qubaxanımgildə idi, dedi Qubaxanım çox narahatdır. Orada ona yaxşı baxmırlar. Ondan sonra o, qızının yanına gətirmək istədi lakin qarşı tərəf buna imkan vermədi. Bu hadisədən əvvəllər də onu evə gətirmişdir. Sonra qarşı tərəf gəlib yenə aparırdı. Hadisə baş verdiyi gün Qubaxanıma zəng vurdu, lakin həmin gün onun zənglərinə cavab vermədi. Sonra qızı onu çağırdı ki, gəlib onu aparsın. Ondan sonra o, qızı gilə getdi. Gedəndə gördü ki, Fərid evdə yoxdur. O, gördü ki, qızının vəziyyəti yaxşı deyildir. Təcili tibbi yardım çağırdılar. Təcili yardım həmin gün iki dəfə çağırılmışdır. Ondan sonra qızının vəziyyəti bir az normallaşmışdır. Sonra taksi çağırdılar. Qubaxanımın kirli paltarlar və uşağın paltarlarını iki sellofana yığaraq apardılar. Onlar gedərkən həmin evdən başqa heç nə aparmamışlar. Artıq onlar taksiyə əyləşdikdən sonra Fərid gəlib özünü çatdırdı. O, taksinin qapısını açdı, Qubaxanımla onun arasında qısa müddətli mübahisə oldu. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam, hərtərəfli və obyektiv nəzərdən keçirərək hesab edir ki, iş üzrə ilkin iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə İddiaçı2 Turac qızı xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhər Nikah evində rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Məlikova” soyadı verilmişdir. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* arayışdan görünür ki, Məlikov X7 şəhəri A.Qurbani küçəsi ev 9/7-B ünvanda qeydiyyatdadır, həmçinin qeydiyyatda olan digər şəxslər İddiaçı2, X16, X14, X15 və X9r. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 3 ünvanında 0,0723 ha torpaq sahəsi üzərində yerləşən mənzildə İddiaçı1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2 (051)-233/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, Cavabdeh ilə X14 arasında 08 dekabr 2004-cü il tarixdə Mingəçevir Regional “ASAN” xidmət Mərkəzində Qeydiyyat şöbəsində 707 № li nikah qeydinin pozulması qət edilmişdir. İşdə olan qeydə alınmış nikahın pozulması haqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur. İşdə olan "xxxx" MMC-nin 25 mart 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qarşılıqlı iddia tələbində göstərilən cehiz əşyalarının və qızıl zinət əşyalarının cəmi məbləği 20617 (iyirmi min altı yüz on yeddi)manat təşkil edir. İşdə olan DVD diskdən görünür ki, Cavabdeh ona məxsus qızılları götürdüyünü X11 etiraf etmişdir. İşdə olan Cavabdeh ilə X14 arasında olan “Whatsapp” yazışmasının fotoşəkilindən görünür ki, Cavabdeh X11 “qırmızı qabı olan bavulun kilidini aç, nişan üzüyünü götür” deyə yazmışdır Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə ilkin iddia tələbinə görə iddia ərizəsində qeyd olunan 75 adda cehiz əşyalarının həqiqətən də iddia ərizəsində qeyd olunduğu kimi iddiaçının mənzilində olması və cavabdehə məxsus olmasısübut etmə yükü ilkin iddiaçının, qarşılıqlı iddia tələbinə görə isə cəmi dəyəri 20617 manat olan, 85 adda cehiz əşyaları və 5 adda qızıl-zinət əşyalarının ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə isə iddiaçıya məxsus olmasını, həmin əşyaların onun iradəsinə zidd olaraq qarşılıqlı iddia üzrə cavabdehlərdə qalmasını sübutetmə yükü qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Məlikov Fərid ilə Cavabdeh 24 sentyabr 2021-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir. Cavabdeh ailə qurduqdan sonra bir müddət iddiaçılara məxsus mənzildə yaşamışlar. Sonradan tərəflər arasında ailə münasibəti pozulmuş, onlar məhkəmə qaydasında ayrılmışlar. Cavabdeh ayrıldıqdan sonra uzun müddət iddiaçıların evindən cehiz əşyalarını çıxarmamışdır. Ona görə də iddiaçı əmlakın çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia icraata qəbul edildikdən sonra cavabdeh qarşılıqlı iddia ilə müraciət edərək cehiz əşyalarını və qızıllarını tələb etmişdir. İlkin iddia üzrə məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri nikah və ailə münasibətlərindən irəli gələn əmlak mənsubiyyəti ilə bağlı mübahisədir. Mübahisənin düzgün həll edilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən normaları ilə yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Həmçinin qızıl-zinət əşyaları ilə bağlı tərəflər arasında yaranmış hüquq münasibəti əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, mübahisəli qızıl-zinət əşyaları həqiqi hüquq əsasında qarşılıqlı iddia üzrə iddiaçıya məxsus olmuşdur. Həmin əşyalar qarşılıqlı iddia üzrə iddiaçının sahibliyində olmuş və o, həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Həmin qızıl-zinət əşyalarının mövcudluğu ilə bağlı heç bir mübahisə yoxdur. Beləliklə qarşılıqlı iddia üzrə iddiaçı sübutetmə yükünə görə tələb edilən qızıl-zinət əşyalarının sahibi olduğunu sübut etmiş, lakin o, iddiaçılara məxsus evi öz istəyi ilə edərkən qızıl-zinət əşyalarını özü ilə aparmadığını bildirsə də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Əksinə, işin faktiki hallarından, həmçinin izahatlardan görünür ki, cavabdeh hər zaman qızıl-zinət əşyalarını qırmızı çamadanda saxlayırdı. Belə ki, X13 Qubaxanımın aralarında olan “Whatsapp” yazışmasında da sonuncu Məlikov Fəriddən “qırmızı qabı olan bavulun kilidini aç, nişan üzüyünü götür” deyə yazması bunu sübut edən haldır. Eyni zamanda məhkəmə iclaslarında tərəflər özləri də, həmin qırmızı çamadanı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hazırda qaldığı evdə, yəni atasıgildə olduğunu qeyd etmişdirlər. Bundan əlavə Məlikov Fərid tərəfindən təqdim edilmiş səs yazısından da görünür ki, Cavabdeh qızıl-zinət əşyalarını götürdüyünü etiraf etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh həmin səs yazısının öz səs yazısı olduğunu, buna dair mübahisənin olmadığını, lakin qarşılıqlı razılıq əsasında yəni Məlikov Fəridin ondan aralarında olan boşanma prosesini uzatmaması üçün sözügedən etirafı etdiyini bildirsə də, bunun əksinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırda həmin qızıl-zinət əşyaları cavabdehin iradəsinə zidd olaraq iddiaçılarda qalması müəyyən edilmir, cavabdeh tərəfindən tələb edilən qızıl-zinət əşyalarının həqiqətən də iddiaçılarda olmasını sübut edən hər hansı mötəbər fakt təqdim edilməmişdir. Qarşılıqlı iddianın cehiz əşyalarına dair hissəsində isə məhkəmə hesab edir ki, həmin hissədə qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, qarşılıqlı iddia ərizəsi üzrə, məhkəmə iclası zamanı müəyyən edildi ki, 1 ədəd blendr artıq cavabdehin özünə verilmişdir, 7 lik qazan dəsti iddiaçı tərəfindən 5 lik qazan dəsti kimi, meyvə qabının 4 ədəd deyil 3 ədəd olduğu, xırda ədviyyat qabı 6 ədəd yox 4 ədəd olduğu bildirilmiş, şamdan iki ədəd yazılsa da iddiaçı tərəfindən 1 ədəd olduğu qeyd edilmişdir, süfrə 4 ədəd göstərilsə də, iddiaçı 1 ədəd olduğunu qeyd edib, xrustal konfet qabı və xrustal mürəbbə qabı ayaqlı 8 ədəd ümumiyyətlə yoxdur- 2 ədəd adi şüşədən konfet qabı və 2 ədəd qəndqabı var, ət çəkən maşının ümumiyyətlə olmadığı, sıra 22 də göstərilə ədviyyat qabının olmadığı, süfrənin 1 ədəd oduğu, çantanın 4 ədəd qaldığını (cavabdeh gedərkən 2 ədədini götürdüyünü), xalçaların daha kiçik ölçüdə, yəni (3x2 m) olduğunu, vinetkanın 1ədəd olduğunu, 1 ədəd bel korsetini özü ilə aparıldığı, 40 ədəd mürəbbə və turşulardan ibarət balonların ümumiyyətlə olmadığı, 1 ədəd ütü (Sokany) fimasındandır, saç qurudan fen 1 ədəd Remington firmasındadır, 1 ədəd ütü feni Braun məhkəmə iclası zamanı cavabdehin özünə qaytarıldı, uşaq üçün ədyal 3 ədəd yazılsa da cavabdeh tərəfindən götürülmüşdür. Əksinə dair cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyindən, eyni zamanda sözügedən əşyalar icra məmuru tərəfindən tərtib edilən aktda öz əksini tapdığından məhkəmə hesab edir ki, qarşılıqlı iddianın cehiz hissəsinə münasibətdə qismən təmin etməli, qalan hissədə təmin edilməməlidir. Məhkəmə, cehiz əşyalarının qiyməti barədə qeyd edir ki, iddiaçının qızıl əşyalarının dəyəri ilə bağlı iddia ərizəsində göstərdiyi qiymətlər, məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, qarşılıqlı iddia ərizəsində qeyd edilən və işə əlavə edilən mütəxəssis rəyindəki qiymətləri mötəbər hesab edir. Bununla bağlı məhkəmə ilk olaraq cavabdeh tərəfin dəvət etdiyi və məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şəxsin ifadəsinin iş üçün əhəmiyyəti olan hallara aid olub-olmamasının müəyyən edilməsi üçün həmin şahid ifadəsinə iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu halında qiymət verilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, iş üzrə dindirilmiş şahidin ifadəsi iş üçün əhəmiyyəti olan hallara aid olsa da, şahid qarışlıqlı iddia üzə iddiaçının yaxın qohumu olduğuna görə işin gedişində maraqlı olmuşdur. Belə ki, şahid ifadələrində hadisəni təsvir etsə də, xırda detallara əhəmiyyət vermədən, iddiaçıya məxsus evdən çıxarkən cavabdehin öz ilə sadəcə iki sellofanda paltar aparmasını göstərməklə kifayətlənmişdir. Belə olan halda şahid ifadəsinin həqiqiliyi şübhə doğurur. Ona görə də məhkəmə şahid ifadəsini qohumluq münasibətləri təsiri altında verilmiş ifadə kimi qiymətləndirir və işin qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul etmir. Qarşılıqlı iddia üzrə iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə cavabdehin üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların (qızılların), eyni zamanda cehiz əşyalarının bir qismi özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehlərin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1–ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, İddiaçı1 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən evdən cavabdehə məxsus əşyalar çıxarılmalı, qarşılıqlı iddia qismən təmin edilməli, cehiz əşyaları naturada, naturada mövcud olmadığı təqdirdə onların dəyəri olan 12280,5 manat pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, İddiaçı2 və X6 tutularaq qarışlıqlı iddia üzrə iddiaçıya verilməlidir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. AR MPM-in 119-cu maddəsinə əsasən dövlət rüsumu kimi ödənilən 100 manat pul Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İlkin iddia təmin edilsin. Termo, stol, stul-12 ədəd, süfrə - 1 ədəd, xalça – 2 ədəd, balaca xalça (ayaqaltı), servis ağ – 12 nəfərlik, servis göy – 6 nəfərlik, stolüstü saat – 1 ədəd, dekor boşqab-2 ədəd, dekor meyvə qabı – 1 ədəd, dekor ayə, paltar şkafı, komod, 3-lü şamdan dekorativ - 1 ədəd, tort üçün dəst – 1 ədəd, güldan güllərlə - 1 ədəd, çarpayı 2 nəfərlik, dolab (şifoner) – 1 ədəd, komod güzgü – 1 ədəd, tumba – 2 ədəd, televizor, “Laura” yataq dəsti 2 nəfərlik – 2 ədəd, döşək (dəvə yunu) – 1 ədəd, yorğan (dəvə yunu), göy rəngli yataq dəsti 2 nəfərlik – 1 ədəd, rezinli yataq mələfəsi – 1 ədəd, beşik, pərdə, 3 gözlü çilçıraq, yataqüstü pakrıval (2 ədəd qaşlı, 1 ədəd yun), ütü feni (model: ZF-998) – 1 ədəd, saçqurudan fen – (Remington – sarı) – 1 ədəd, tozsoran – 1 ədəd, ütü – 1 ədəd (Sokany), yorğan – döşək dəsti (uşaq üçün), ədyal – 1 ədəd (göy), parfüm – (Evidence, Divine, Miss Franck, İncognito, Perceim, Antonio Banderas, Elessar, Love Story – işlənmiş), vinetka (universitet), can (bədən) dəsmalı - 4 ədəd, əl-üz dəsmalı – 8 ədəd, mətbəx dəsmalları – 15 ədəd, bıçaq dəsti, qaşıq dəsti (Tefal), 6 nəfərlik boşqab dəsti 24 ədəd, ağ fincan dəsti (5 fincan, 6 nəlbəki), armudu stəkan 2 dəst – 12 ədəd, meyvə qabı – 3 ədəd (2 ədəd ayaqlı, 1 ədəd oval), şüşə qab (iri, dərin), şüşədən (çini) şirniyyat qabı, paltaryuyan (Bosh), çaydanlıq, qaşıq dəsti – çemodan, kompot qabı 6 ədəd bokal ilə (luminarc), kompot qabı 6 ədəd bokal ilə (gümüşü rəngdə, qaşlı), kiçik nəlbəki - 12 ədəd, elektrik termos, 7-lik qazan dəsti (qranit), 5-li qazan dəsti, şüşədən şirniyyat qabı, evsilən (paspas), vanna (ləyən) – 5 ədəd, uşaq üçün vanna dəsti, kapron ləyən, ədviyyat qabı – 4 ədəd xırda, güzgü – 1 ədəd, lampa - 1 ədəd, podnos 3 ədəd, qaşıq qabı – 1 ədəd (plastmas), mətbəx taxtası – 1 ədəd, taxta qaşıq – 6 ədəd (xırda), xəmirkəsən – 1 ədəd, paltar şpilkaları, zibil qabı – 1 ədəd (balaca), limon qabı – 6 ədəd, kül qabı – 1 ədəd, çərəz qabı – 1 ədəd (qara, balaca) əşyalar İddiaçı1 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən evdən çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və X6 müştərək qaydada Bıçaq dəsti (salinson)- 55 manat, Qaşıq dəsti (Tefal) -40 manat, 7 lik qazan desti qranit -350 manat, 5 lik qazan dəsti keramika- 250 manat, 6 nəfərlik boşqab dəsti (24 ədəd)-60 manat, Fincan dəsti 5 ədəd (ağ rəngdə)- 15 manat, Armudu stəkan 2dəst -12 ədəd -10 manat, Meyvə qabı 3 ədəd (2 ədəd ayaqlı, 1 ədəd oval)) -52,50 manat, Şüşə qab -15 manat, Ədviyyat qabı xırda 4 ədəd -16 manat, Şüşədən şirniyyat qabı -15 manat, ev silən (paspas) l ədəd-25 manat, vanna (mpm, xırda) 5 ədəd-25 manat, Uşaq üçün vanna dəsti- 20 manat, Kapron ləyən-20 manat, Paltar yuyan (Bosh)-lədəd-1050 manat, Çaydanlıq-85 manat, Qaşıq dəsti-çemodan.-310 manat, Kompot qabı 6 ədəd bakal ilə (luminark)-35 manat, Kompot qabı, 6 ədəd bakal ilə (gümüşü rəngli qaşla bəzədilmiş)-75 manat, 12 ədəd kiçik nəlbəki -20 manat, Elektrikdi termos-85 manat, Paltar setKası-20 manat, 3-lü ləpə qabı-1 ədəd (şüşə qara rəngli) -15 manat, termo 1 ədəd 450 azn, Stol, 12 ədəd stul - 300 manat, Süfrə -1 ədəd 37 azn, Xalça 2 ədəd (3x2 m) (kvadrat və oval formalı)-525 manat, Servis (yemək, çay, kofe dəstləri birlikdə hər biri 12 nəfərlik olmaqla)-350 manat, Servis 6 nəfərlik (qara rəngili, yemək və çay dəsti birlikdə)-180 manat, Saat-l ədəd-50 manat, 2 ədəd dekor, boşqab-40 manat, Dekor meyvə qabı- 1 ədəd-50 manat, 1 Dekor Ayə-18 manat, Paltar şkafı-200 manat, KamoT-400 manat, Şamdan- 1 ədəd-dekorativ- 7,50 manat, Fort üçün qaşıq, bıçaq dəsti-20 manat, Güldan, güllərlə birgə-50 manat, padnos -3-lü (gümüşü rəngli)-70 manat, Çarpayı 2 nəfərlik 750 manat, Tv altlığı -170 manat, Dolab 1150 manat, Komod güzgü 550 manat, Tumba 2 ədəd 300 manat, Televizor (82 ekran) -350 manat, Laura Qrand qutuda yataq dəsti(iki nəfərlik) 4ədəd -440 manat, Dəvə yunu döşək-100 manat, Dəvə yunu yorğan-100 manat, Göy rəngli yataq dəsti 2 nəfərlik -1 ədəd -50 manat, Rezinli yataq dəsti-2 nəfərlik - 20 manat, Beşik -450 manat, pərdə -350 manat, 3 gözlü çilçıraq-130 manat, Xalça- 1 ədəd -150 manat, Yataq üstü pakrıval-3 ədəd (göy, gül qurusu, çəhrayı)-570 manat, Remington – sarı saç qurudan fen - 30 manat, Tozsoran- 1 ədəd -150 manat, Ütü (Sokany)-l ədəd -50 manat, Yorğan-döşək dəsti (uşaq üçün)-50 manat, Ədyal- 2 nəfərlik-1 ədəd -120 manat, Çantalar- 4 ədəd -100 manat, Parfüm-( Evidence, Divine, Miss Franck, İncognito, Perceim, Antonio Banderas, Elessar, Love Story)- 10 ədəd -200 manat, Makyaj dəsti -100 manat, Köynək- 6 ədəd -120 manat, Vinetka- 1 ədəd -10 manat, Can dəsmalı- 4 ədəd-80 manat, Əl-üz dəsmalı- 8 ədəd -80 manat, çay dəsmalı - 15 ədəd - 45 manat, Paltar qurudan asılqan- 1 ədəd -25 manat, pol ağacı- qozdan- 20 manat, Çətir- 1 ədəd- 20 manat, sabun və yuyucu vasitələr üçün qab-1 ədəd- 20 manat, oturacaq-tabletka-2 ədəd- 20 manat dəyərində olan cehiz əşyaları naturada, qətnamə icra olunan vaxt mövcud olmadığı təqdirdə onların dəyəri olan 12280,5 manat pul alınıb qarışlıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilən 100 manat pul Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar