Məhkəmə qərarları › İş №2(051)-559/2021

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-559/2021

20.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-559/2021 20.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı birgə nikah müddətində əldə edilmiş ünvan 1 ünvanda yerləşən 1 otaqlı mənzili bölünərək 2/1 hissəsinə onun mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə xx.xx.1991-ci ildə nikahlarını rəsmi eyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahdan olan uşaqları yetkinlik yaşına çatmışlar. İddiaçının cavabdehlə ailə münasibətləri pozulmuş və bu səbəbdən də nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanda yerləşən 1 otaqlı mənzil var. İddianın təmin olunmasını, birgə nikah müddətində əldə edilmiş Mingəçevir şəhəri C.Əliyev küçəsi ev 9, mənzil 34 ünvanda yerləşən 1 otaqlı mənzili bölünərək 2/1 hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri C.Əliyev küçəsi 9 №-li evin 1 otaqlı 34 №-li mənzili xx xxxx 1998-ci ildə mülkiyyət hüququ əsasında X1 adına qeydə alınmışdır. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Verdiyeva Şahnaz Nəsir qızı arasında xx xxxx 1991-ci ildə rəsmi nikah qeydə alınmış, nikah bağlandıqdan sonra arvad “Mürsəlova” soyadını qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər xx xxxx 1991-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan olan uşaqları yetkinlik yaşına çatmışlar. Birgə nikah müddətində Mingəçevir şəhəri C.Əliyev küçəsi 9 №-li evin 34 №-li mənzilini əldə etmişlər. Mübahisəli mənzil iddiaçının adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.4-cü maddəsinə görə məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatmalarını nəzərə alıb hesab edir ki, iddia təmin olunmalı, birgə nikah müddətində əldə edilmiş Mingəçevir şəhəri C.Əliyev küçəsi ev 9, mənzil 34 ünvanda yerləşən 1 otaqlı mənzili bölünərək 2/1 hissəsi iddiaçının payı müəyyən edilməklə mülkiyyət hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 238-253, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Mingəçevir şəhəri C.Əliyev küçəsi 9 №-li evin 34 №-li mənzilinin 2/1 hissəsinə İddiaçı payı müəyyən edilməklə mülkiyyət hüququ tanınsın. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar