Məhkəmə qərarları › İş №2(051)-58/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-58/2024

02.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-58/2024 02.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi, Vəkil1, Cavabdeh və onun nümayəndəsi, Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh X5 vərəsəsi Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X5 vərəsəsi Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə olan əmlak payının dəyəri olaraq 30000 manat pulun X2 miras qalmış şəriksiz mülkiyyəti olan 02 iyul 2021-ci ildən mülkiyyətində olan VAZ-21074 markalı 02B0307 dövlət qeydiyyat nişanlı avtomobil və 09 iyul 2021- ci ildən mülkiyyətində olan Mingəçevir şəhəri Şəfa küçəsi 19-cu döngə 23 saylı evin hesabına ona ödənilməsi və 39 adda ev əşyalarının Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə olan əmlak payının dəyəri olaraq 30000 manat pulun, 39 adda anasından miras qalmış adları aşağıda qeyd olunan : 1.Yataq mebeli ( qoşa yataq, kamod, şifaner, tumba-2 ədəd)-1450 manat 2. Servant-550 manat 3. 5 xalça (5x3-1 ədəd, 3X2-4 ədəd)-470 manat 4. 108 ekran televizor-1 ədəd-740 manat 5. Divan və 2 ədəd kreslo-590 manat 6. Soyuducu- 2 qapılı -860 manat 7.Mətbəx mebeli-1200 manat 8. Elektrik samovarı-95 manat 9. elektrik ətçəkən-110 manat 10. elektrik sokçəkən-150 manat 11. Alminium qazanlar- 6 ədəd (müxtəlif ölçülü)-160 manat 12. 5 ədəd yorğan-175 manat 13.5 ədəl döşək-200 manat 14.6 ədəd yastışq 180 manat 15. 6 dəst yataq üzü-180 manat 16. 1 ədəd künc divanı-800 manat 17.Müxtəlif ölçülü boşqab-48 ədəd-84 manat 18.Qaşıq bıçaq,çəngəl-48 ədəd- 88 manat 19.Stəkan-24 ədəd-30 manat 20.Nəlbəki-24 ədəd- 26 manat 21. Çilçıraq 12 şamlı, xrustal-120 manat 22.Stol və 6 ədəd stul-280 manat 23. Taxta stullar - 6 ədəd-120 manat 24. Paltaryuyan maşın(avtomat deyil)-110 25.Pərdə 3 dəst-170 manat 26.Televizoraltı-1 ədəd-230 manat 27.Adeyal(buxovıy)-2 ədəd-54 manat 28.Pakrıval- 2 ədəd- 76 manat 29. Süfrə- 6 ədəd -90 manat 30. 2 ədəd şüşə çılçıraq-70 manat 31. Tək kravat- 2 ədəd - 96 manat 32.Bağema konfet qabı(göy rəngli)- 2 ədəd-84 manat 33. Bağema meyvə qabı( göy rəngli)- 2 ədəd-78 manat 34. Meyvə qabı-xrustal-1 ədəd-28 manat 35.Gül qabı-xrustal- 2 ədəd-54 manat 36. Qənd qabı 6 ədəd-24 manat 37. Yemək servizi-12 nəfərlik(Rusiya istehsalı)-90 manat 38.Bakal- xrustal 12 ədəd -58 manat 39.Bakal- bagema- 36 ədəd -96 manat - cəmi: 10072(on min yetmiş iki) manat dəyərində əşyaların özünün və ya dəyərinin, X2 miras qalmış şəriksiz mülkiyyəti olan 02 iyul 2021-ci ildən mülkiyyətində olan VAZ-21074 markalı 02B0307 dövlət qeydiyyat nişanlı avtomobil və 09 iyul 2021-ci ildən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh onun qardaşı Anar Quliyevin arvadıdır. Anar Quliyevlə o, Quliyev Vidadi Həbib oğlu ilə X3 birgə evliliyindən doğulmuşdur. Valideynləri arasındakı nikah 1982-ci ildə pozulmuşdur. Onlardan başqa valideynlərinin Həbib və Tural adlı uşaqlarıda olmuş, ancaq onlar da vəfat etmişdir. X1 07 noyabr 2020-ci ildə vəfat etmişdir. Həmin vaxt və hazırdada o, Ədliyyə Nazirliyi Pentensiar Xidmətin İxtisaslaşdıılmış Müalicə Müəssisəsində cəza çəkir. Buna qədər isə biz ailəlikcə Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 saylı evin, 9 saylı mənzilində yaşamışlar. Həmin mənzil anası vəfat edənə qədər onun adına olmuşdur. Həmçinin həmin mənzildə o, yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. 23 iyun 2021-ci ildə qardaşı X15 Müəssisəsinə gələrək iddiaçı ilə görüşmüşdür. Söhbət əsnasında Anar ona bildirmişdir ki, onun cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azad olunmaq imkanı vardır. Bunun üçün pul tələb olunur. Əgər o, razılaşarsa, anasının evini satar, bir qism pulla onu çıxarar, qalan hissə pula düşən payına isə ona ev alacaqdır. O da azadlığa çıxmaq arzusunda olduğundan və Anarın onun doğma qardaşı olması səbəbindən ona inanıb onun bu təklifinə razılaşdı. Onun təkidi ilə Anar Quliyevlə həbsxanaya gəlmiş Vüqar Əhmədova etibarnamə vermişdir. 02 sentyabr 2021-ci ildə iddiaçının qardaşı Anar Quliyev vəfat etmişdir. Onun vəfatından sonra yanına gələn xalası Validə Aslanovaya olanları bildirmiş və bundan sonra iddiaçıya məlum olmuşdur ki, qardaşı Anar Quliyev anasından miras qalmış evi satmış, həmin pula öz adına 02 iyul 2021-ci ildə VAZ-21074 markalı 02B0307 dövlət qeydiyyat nişanlı avtomobil və 09 iyul 2021-ci ildə isə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini satın almış, mülkiyyət hüquqları onun adına qeydə alınmışdır. Həmçinin anası Mirvari Quliyevadan miras qalmış ev əşyalarını həmin evə aparıb yığmışdır.Qeyd edir ki, qardaşı Anar Quliyev vəfat etdikdən sonra həmin evdə onun arvadı Cavabdeh yaşayır. Hazırda həmin avtomobil və ev üzərində həbs vardır. Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)-233/2022 saylı qətnaməsi ilə (hakim M. Kərimova) iddia təmin olunmuş, miras əmlakına ikidə bir hissə miras payın bağışlanmasına dair cavabdeh ilə X9 arasında X8 Xidmət mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixlu müqavilə və mənzilin satılmasına cavabdeh birinci cavabdeh tərəfindən iddiaçının adından imzalanmış 29 iyun 2021-ci il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi, X5 adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv olunması, miras əmlakı olan mənzilin 25000 manata satılmasına dair X9 ilə 3-cü şəxs arasında Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ikidə bir hissədə etibarsız hesab edilməsi, həmin hissədə 3-cü şəxsin adına 09 iyul 2021-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarışın ləğv olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1012/2022 nömrəli, 13 sentyabr 2022ci il tarixli qətnaməsi ilə 3-cü şəxs və ikinci cavabdehin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-599/2023 saylı qərarı ilə, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 1012/2022 nömrəli iş üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən, iddiaçının miras payının bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-596/2023 nömrəli, 23 may 2023-ci il tarixli qətnaməsi üçüncü şəxs X4 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri miras payın bağışlanmasına dair 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)-233/2022 saylı qətnaməsi Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə miras payın bağışlanmasına dair X10 ilə X9 arasında Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının mövqeyi aşağıdakı kimi olmuşdur: Göründüyü kimi, apellyasiya məhkəməsi işdə olan sübutları hərtərəfli və düzgün qiymətləndirməmiş, miras payın bağışlanması müqaviləsinin iddiaçının iradəsinə uyğun olması barədə düzgün olmayan qənaətə gəlmişdir. Bu isə iddiaçının hüquqlarını pozmaqla, gələcəkdə həmin əmlak hüquqları ilə bağlı hər hansı müdafiə vasitələrindən istifadə etmək imkanının qarşısını almışdır». Məhkəmə iclaslarında iştirak edən Çimnaz Kamalova həmin mənzili 45000 manata aldığını göstərmişdir. İş materiallarından görünür ki, Anar Quliyev 30 iyun 2021 -ci ildə Şəfa küçəsi 19 -cü döngə 23 ünvanda yerləşən 0.06 ha torpaq sahəsini 5000 manata, həmçinin 02 iyul 2021-ci ildə VAZ 21074 markalı ** BO *** dövlət qeydiyyat nişanlı Sedan avtomobilini satın almışdır. Qeyd edir ki, Anar Quliyev həmin torpaq sahəsini satın alarkən fərdi yaşayış evi mövcud olmuş və onun dəyərini də ödəmişdir. 45000 manat puldan qalan vəsaitin hara xərclənməsini bilinmir. X6 mirası bağışlamağım barədə müqavilə etibarsız sayıldığından Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinin iddiaçı 1/2 hissə payını tələb etmir. Həmin vəsaitə Anar Quliyev ev aldığından həmin evində dəyəri artdığından iddiaçının Anar Quliyevin vərəsəsindən tələbim 30000 manatdır. Odur ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə olan əmlak payının dəyəri olaraq 30000 manat pulun, 39 adda anasından miras qalmış adları aşağıda qeyd olunan : 1.Yataq mebeli ( qoşa yataq, kamod, şifaner, tumba-2 ədəd)-1450 manat 2. Servant-550 manat 3. 5 xalça (5x3-1 ədəd, 3X2-4 ədəd)-470 manat

4. 108 ekran televizor-1 ədəd-740 manat 5. Divan və 2 ədəd kreslo-590 manat 6. Soyuducu- 2 qapılı -860 manat 7.Mətbəx mebeli-1200 manat 8. Elektrik samovarı-95 manat 9. elektrik ətçəkən-110 manat 10. elektrik sokçəkən-150 manat 11. Alminium qazanlar- 6 ədəd (müxtəlif ölçülü)-160 manat 12. 5 ədəd yorğan-175 manat 13.5 ədəl döşək-200 manat 14.6 ədəd yastışq 180 manat 15. 6 dəst yataq üzü-180 manat 16. 1 ədəd künc divanı-800 manat 17.Müxtəlif ölçülü boşqab-48 ədəd-84 manat 18.Qaşıq bıçaq,çəngəl-48 ədəd- 88 manat 19.Stəkan-24 ədəd-30 manat 20.Nəlbəki-24 ədəd- 26 manat 21. Çilçıraq 12 şamlı, xrustal-120 manat 22.Stol və 6 ədəd stul-280 manat 23. Taxta stullar - 6 ədəd-120 manat 24. Paltaryuyan maşın(avtomat deyil)-110 25.Pərdə 3 dəst-170 manat 26.Televizoraltı-1 ədəd-230 manat 27.Adeyal(buxovıy)-2 ədəd-54 manat 28.Pakrıval- 2 ədəd- 76 manat 29. Süfrə- 6 ədəd -90 manat 30. 2 ədəd şüşə çılçıraq-70 manat 31. Tək kravat- 2 ədəd - 96 manat 32.Bağema konfet qabı(göy rəngli)- 2 ədəd-84 manat 33. Bağema meyvə qabı( göy rəngli)- 2 ədəd-78 manat 34. Meyvə qabı-xrustal-1 ədəd-28 manat 35.Gül qabı-xrustal- 2 ədəd-54 manat 36. Qənd qabı 6 ədəd-24 manat 37. Yemək servizi-12 nəfərlik(Rusiya istehsalı)-90 manat 38.Bakal- xrustal 12 ədəd -58 manat 39.Bakal- bagema- 36 ədəd -96 manat - cəmi: 10072(on min yetmiş iki) manat dəyərində əşyaların özünün və ya dəyərinin, X2 miras qalmış şəriksiz mülkiyyəti olan 02 iyul 2021-ci ildən mülkiyyətində olan VAZ-21074 markalı 02B0307 dövlət qeydiyyat nişanlı avtomobil və 09 iyul 2021-ci ildən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak hesabına iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X5 vərəsəsi Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, X9 onun əridir. Əri 3 ildir ki, rəhmətə gedib. Qaynanasının adına olan mənzil qaynı hal-hazırda İddiaçı təkidi və istəyi ilə satılıb. Evin satılmasının məqsəd Ramili azadlığı çıxarmaq olmuşdur. Ev satılarkən ondan bir məsləhət alınmayıb. İddiaçının iddia etdiyi ev əşyaları onun əri ilə birgə nikahları dövründə alınmışdır. Evin hansı məbləğdə satılması barədə onun xəbəri olmayıb. Odur ki, iddia əsassızdır və rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhəkəmədə cavabdehin nümayəndəsi cavabdehin izahatına uyğun məzmunda izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq onu da bildird ki, 2021-ci ildən gedən məhkəmə mübahisələrində iddiaçı tərəf anasından miras qalmış əşyalarla bağlı tələb irəli sürməmi, ancaq mənzilin onun razılığı olmadan satılmapsını mübahsələndirmişdir. Mübahsə edilən mənzildə anasından miras qalmış əşyalar qalsa idi bu hissədə də mübahisələndirmə aparardı. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)- 233/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin olunmuş, miras əmlakına ikidə bir hissə miras payın bağışlanmasına dair cavabdeh ilə X9 arasında X8 Xidmət mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixlu müqavilə və mənzilin satılmasına cavabdeh birinci cavabdeh tərəfindən iddiaçının adından imzalanmış 29 iyun 2021-ci il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi, X5 adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv olunması, miras əmlakı olan mənzilin 25000 manata satılmasına dair X9 ilə 3-cü şəxs arasında Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ikidə bir hissədə etibarsız hesab edilməsi, həmin hissədə 3-cü şəxsin adına 09 iyul 2021-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarışın ləğv olunması qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1012/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, 3-cü şəxs və ikinci cavabdehin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-599/2023 saylı qərarı ilə, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 1012/2022 nömrəli iş üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən, iddiaçının miras payının bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-596/2023 nömrəli, 23 may 2023-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs X4 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri miras payın bağışlanmasına dair 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)-233/2022 saylı qətnaməsi Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə miras payın bağışlanmasına dair X10 ilə X9 arasında Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 29 iyun 2021-c il tarixli AN-№0928138 saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzil 25000 manata satılmışdır. Beləliklə, məhkəmə iddiaçı tərəfin izahatının və təqdim etdiyi, həmçinin irş üzrə əldə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh iddiaçının qardaşı Anar Quliyevin arvadıdır. Tərəflər Quliyev Vidadi Həbib oğlu ilə X3 birgə evliliyindən doğulmuşdur. Valideynləri arasındakı nikah 1982-ci ildə pozulmuşdur. İddiaçının X1 07 noyabr 2020-ci ildə vəfat etmişdir. Həmin vaxt və hazırdada iddiaçı Ədliyyə Nazirliyi Pentensiar Xidmətin İxtisaslaşdıılmış Müalicə Müəssisəsində cəza çəkir. 23 iyun 2021-ci ildə iddiaçının qardaşı X15 Müəssisəsinə gələrək onunla görüşmüşdür. Söhbət əsnasında Anar iddiaçıya onun cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azad olunmaq imkanı olduğu üçün anasının adına olan evin satılması zəruriyyəti yarandığını bildirmişdir. İddiaçı azadlığa çıxmaq arzusunda olduğundan qardaşının təklifinə razılaşmışdır və qardaşı Vüqar Əhmədova etibarnamə vermişdir. 02 sentyabr 2021-ci ildə qardaşı Anar Quliyev vəfat etmişdir. Onun vəfatından sonra iddiaçıya məlum olmuşdur ki, qardaşı Anar Quliyev anasından miras qalmış evi satmışdır. İddiaçı buna etiraz etmiş və bu barədə məhkəmədə iddia qaldırmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)- 233/2022 saylı qətnaməsi ilə iddia təmin olunmuş, miras əmlakına ikidə bir hissə miras payın bağışlanmasına dair cavabdeh ilə X9 arasında X8 Xidmət mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixlu müqavilə və mənzilin satılmasına cavabdeh birinci cavabdeh tərəfindən iddiaçının adından imzalanmış 29 iyun 2021-ci il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi, X5 adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv olunması, miras əmlakı olan mənzilin 25000 manata satılmasına dair X9 ilə 3-cü şəxs arasında Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ikidə bir hissədə etibarsız hesab edilməsi, həmin hissədə 3-cü şəxsin adına 09 iyul 2021-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarışın ləğv olunması qət edilmişdir. Həmin qətnamədən cavabdeh və 3-cü şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1012/2022 nömrəli, 13 sentyabr 2022ci il tarixli qətnaməsi ilə 3-cü şəxs və ikinci cavabdehin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. İddiaçı Apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-599/2023 saylı qərarı ilə, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 1012/2022 nömrəli iş üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən, iddiaçının miras payının bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-596/2023 nömrəli, 23 may 2023-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs X4 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri miras payın bağışlanmasına dair 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)-233/2022 saylı qətnaməsi Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə miras payın bağışlanmasına dair X10 ilə X9 arasında Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda iddiaçı Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə olan əmlak payının dəyəri olaraq 30000 manat pulun X2 miras qalmış VAZ-21074 markalı 02B0307 dövlət qeydiyyat nişanlı avtomobil və 09 iyul 2021-ci ildən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak hesabına ödənilməsi və 39 adda anasından miras qalmış əmlakın və ya dəyərininin ona ödənilməsi tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, məhkəmə işin əhəmiyyətli olan hallarına qiymət verərək iddia tələbinə ayrıayrılıqda qiymət verilməsi zəruriyyəti olması nəticəsinə gəlir və bu səbəbədən də məhkəmə ilk növbədə qeyd edir ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə olan əmlak payının dəyəri olaraq 30000 manat pulun X2 miras qalmış VAZ-21074 markalı 02B0307 dövlət qeydiyyat nişanlı avtomobil və 09 iyul 2021-ci ildən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak hesabına ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı satılmış Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə olan əmlak payının olmasını iş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətanəmələri ilə sübut edir. Lakin satılmış həmin daşınmaz əmlakın 45000 manata satılmasını iddia etsə də bunu sübut edə bilmir. İddiaçı daşınmaz əmlakın 45000 manata satılmasını onunla əsaslandırı ki, əvvəllər baxılmış mülki işlərdə şahid ifadələrində və iş üzrə 3-cü şəxsin ifadələrində göstərildiyini bildirir. Lakin iş materiallarına əlavə edilmiş 29 iyun 2021-c il tarixli AN-№0928138 saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzil 25000 manata satılmışdır. Məhkəmə əvvəllər baxılmış mülki işlərdə olan şahid ifadələrini deyil, daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyə uyğun notarial qaydada təsdiq edildiyindən həmin müqaviələni mötəbər sübut kimi qəbul edib qiymətləndirir və iddiaçıya çatası pulun məbləğinin satılmış əmlakın müqavilədə göstərilən məbləğ nəzərə almaqla, həmin daşınmaz əmlakda 1/2 payına uyğun (12500 manat) olması nəticəsinə gəlir. Bundan başqa iddiaçı X2 miras qalmış VAZ-21074 markalı 02B0307 dövlət qeydiyyat nişanlı avtomobilin məhz tərəflərin analarından miras qalmış Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin satılmasından əldə edilmiş vəsait əsasında və ya iddiaçıya düşən payın hesabına alınmasına dair məhkəməyə sübutlar təqdim edə bilmədi. Odur ki, məhkəmə iddiaçının mülahizələrini qəbul etmir. Həmçinin məhkəmə iddia tələbinin 39 adda miras qalmış əmlakın və ya dəyərininin tələb edilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, həmin əşyaların mövcudluğu, mövcudu olmuşsa da həmin əşyaların iddiaçının anasından miras qalması və ya mərhum anasına məxsus olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilmədi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video çəkilişi məhkəmə baxışında nümayiş etdirərkən həmin çəkilişdə gösətrilən hallar hal-hazırkı iş üzrə əhəmiyyət kəsb edilmədiyi müəyyən olundu. Odur ki, məhkəmə həmin diski sübut kimi qəbul etmir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibəti əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında, həmçinin iddiaçının hüquqlarının pozulması nəticəsində hüquqi əsas olmadan cavabdeh iddiaçının hesabına əmlak əldə edərək əsassız varlandığı üçün əsassız varlanmanı tənzmləyən MM-nin 58-ci fəsilinin normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsəinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinqə əsasən Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və 25000 manata satılmış Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin dəyərinin həmin mənzilə iddiaçının payına ½ hissəsinə uyğun olaraq, yəni 12500 manat pul cavabdehin hüququi varisindən alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 12500 (on iki min beş yüz) manat alınıb İddiaçı verilsin. İddianın qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar