Məhkəmə qərarları › İş №2(051)-585/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-585/2021

19.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-585/2021 19.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx.xx.1987-ci il təvəllüdlü qızı X2 xx xxx 2010-cu il tarixdə, Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, X3 onun qızıdır. xx.xx.2010-cu il tarixdə vəfat etmiş və onu Mingəçevir kənd qəbirstanlığında dəfn etmişlər. Qızının ölümü onu dərindən kədərləndirirdi. Heç bir sənəd almaq yadına düşmürdü. X5 ölümü haqqında tibbi şəhadətnaməsini xəstəxanadan almaq müddətini keçirtmişdir. Həmin sənəd olmadan da qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Hazırda həmin sənəd ona lazımdır. Onu başqa cür əldə edə bilmir. Qızının vəfat etməsi faktını şahidlər də təsdiq edə bilərlər. Qeydiyyat şöbəsinin akt qeydləri arxivində yoxlama aparılarkən, X2 ölümünün qeydə alınması barədə heç bir akt aşkar olmadığından Qeydiyyat Şöbəsi ölümün qeydə alınması barədə şəhadətnamə verməkdən imtina etmişdir. Qızı L.Əsədovanın ölümünün qeydə alınması barədə ölüm şəhadətnaməsini almaq başqa qaydada mümkün deyil. Buna görə də qızı X2 xx xxx 2010-cu ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. İşə əlavə olunmuş xx xxxx 2021-ci il tarixli 551 saylı arayışdan görünür ki, Mingəçevir şəhəri, A.Məmmodv küçəsi, ev 6A, mənzil 19-da yaşamış X3 həqiqətən xx xxx 2010-cu ildə vəfat etmiş və Mingəçevir kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, həmçinin şahidlərin dindirilməsi ilə mübahisəni araşdırmışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X4 ifadə verərək, bildirdi ki, mərhum X3 onun qonşusu olmuşdur. xx xxx 2010-cu il tarixdə L.Əsədovanın vəfat etdiyini eşitmiş və mərhumu Mingəçevir şəhər kənd qəbirstanlığında el adəti ilə dəfn etmişlər. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs xx xxxxxx 2021-ci il tarixli 05/Q-15/15 nömrəli arayışından görünür ki, X2 Maraqlı şəxsndə ölüm akt qeydiyyatı tapılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti Aktlarının dövlət qeydiyyatı ilə bağlı təlimatının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ona görə də ərizəçiyə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. MPM-nin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Beləliklə, məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizəçinin anası X2 xx xxx 2010-cu il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 307-311, 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X2 xx xxx 2010-cu il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilmiş hesab olunsun. X2 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən X1 qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar