Məhkəmə qərarları › İş №2(051)-590/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-590/2025

16.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-590/2025 16.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizə: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X2nın xx.xx.2025ci ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X5 onun anasıdır. X5 xx.xx.1954-cü il tarixdə Ağdaş rayonu Qaradağlı kəndində doğulmuşdur. X2 xx.xx.2025-ci ildə qəflətən vəfat etmişdir. Əbdürəhmanova Şəhristan onkoloji xəstə idi. xx.xx.2022-ci ildən Mingəçevir Şəhər Xəstəxanasının onkoloji şöbəsində dispanser qeydiyyatında olmuşdur. Uzun zaman davam edən onkoloji xəstəlik nəticəsində yaşadığları evdə vəfat etmişdir. Mərhum anası vəfat etdikdən sonra onlar Təcili və X13 (TTTY) çağırmalı idi. Lakin anasının onkoloji xəstəliklə bağlı vəfat etdiyi üçün, həmçinin qanunları bilmədikləri üçün, bundan başqa onun vəfat etməsinə görə sarsıldıqları üçün Təcili və X13 (TTTY) çağırmadan Qəbələ rayon Çuxur Qəbələ kəndində dəfn etdilər. Qanuna əsasən ölüm faktı Təcili və X13 gələnədək (yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət olunur. Halbuki anasının onkoloji xəstəlikdən əziyyət çəkməsi ilə bağlı Mingəçevir şəhər xəstəxanasında kifayət qədər sübutlar vardır. Buna baxmayaraq yenə də xəstəxana tərəfindən tibbi arayış verilməmişdir. Məhkəməyə təqdim edə biləcəyi sübut kimi isə onkoloji xəstələyi ilə əlaqədar Mingəçevir Şəhər Xəstəxanasının onkoloji şöbəsindən 3nömrəli arayış alınaraq işə əlavə edilmişdir. Bundan başqa qəbul etdiyi dərman vasitələrini də onkoloji xəstəlikdən vəfat etməsinin sübutu kimi göstərmək olar. Anası X1 rayon Çuxur Qəbələ kənd qəbirstanlığında dəfn olunmuşdur. Bununla bağlı Kənd İcra nümayəndəliyindən arayış alınmışdır. Qanunları bilmədikləri üçün ölüm haqqında şəhalətnamə almamışdır. Hazırda ölüm haqqında şəhadətnamə almaq istəyir, lakin onlara məlum olmuşdur ki, Qeydiyyat şöbəsində ölümün akt qeydi barəsində məlumat tapılmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadan Qeydiyyat şöbəsi ölüm faktını qeydə ala bilməz. Ölüm haqqında dövlət qeydiyyatını aparmaq üçün bu sənəd mütləq tələb olunur. Lakin mərhum anasını dəfn etdiyi üçün ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni almaq mümkün deyil. Buna görə də ölüm faktını Qeydiyyat şöbəsində təsdiq etməklə, ölüm haqqında şəhadətnaməsini ala bilmir. Həmin şəhadətnamənin başqa qaydada alınması mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyil. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Anasının ölüm faktının qeydə alınıb şəhadətnamənin verilməsini pensiya fonduna təqdim etmək üçün istədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 öz izahatında göstərdi ki, X5 onun qaynanası olmuşdur. Uzun müddətdir ki, qaynanası onkoloji xəstəlikdən əziyyət çəkirdi. Son zamanlar isə narahatlığı daha da artmışdır. Evdə həkim gəlib müayinə etmiş və onun 5-6 günlük ömrünün qaldığını bildirmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə qaynX2 yaşadıqları evdə vəfat etmişdir. X4 60 yaşı olduğunu bildirmişdir. X4 öz vəsiyyəti ilə onu Qəbələr rayon Çuxur Qəbələ kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 öz izahatında göstərdi ki, X5 onun həyat yoldaşı olmuşdur. X4 3 ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkdiyini qeyd etdi. Həmin dövr ərzində onun müalicəsi üçün lazımi hərşeyi etdiklərini, bir çox həkimlərin müayinəsinə apardıqlarını bildirdi. X4 ölümü haqqında şəhadətnaməni aldıqdan sonra pensiya fonduna təqdim edəcəklərini bildirdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs rəisi X14 izahat verərək iddia ərizəsi ilə bağlı əlavə sualının olmadığını, ölüm faktının müəyyən edilməsi tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan: Ədliyyə Nazirliyi Mingəçevir Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16- 5/8-xx-xx/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. xx.xx.2025-ci il tarixdə Çuxur Qəbələ kənd İnzibati Ərazi Dairəsi tərəfindən X16 verilmiş arayışdan görünür ki, onun mərhum bacısı X6 xx.xx.2025-ci il tarixdə həqiqətən Qəbələ rayon Çuxur Qəbələ kəndində dəfn edilmişdir. xx.xx.2025-ci il tarixli 3 №li Mingəçevir şəhər X10 Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdən xəstəxananın Onkoloji şöbəsindən dispanser qeydiyyatındadır. xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Ərizəçi xx.xx.2004-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. İşin müəyyən olunmuş halı: Ərizəçi pensiya fonduna təqdim etmək üçün X2nın ölüm haqqında şəhadətnaməsini almaq məqsədilə Maraqlı şəxsnə müraicət etmişdir. Maraqlı şəxs tərəfindən ərizəçinin anasının ölümü haqqında akt qeydi aşkar olunmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçinin anası xx.xx.1964-cü il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə ölsə də vətəndaşlıq vəziyyəti aktlarında qeydə alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmənin mövqeyi: Ərizəçinin X2 xx.xx.1964-cü il tarixdə Ağdaş rayonu, Qaradağlı kəndində doğulmuşdur. O, xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində ölmüş və Qəbələ rayon, Çuxur Qəbələ kəndində yerləşən kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin onun ölümü qeydə alınmamışdır. Ərizəçi X2nın xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində ölüb və Qəbələ rayon, Çuxur Qəbələ kəndində yerləşən kənd qəbiristanlığında dəfn edilməsi faktı şahid ifadələri və təqdim edilmiş sənədlərlə müəyyən olunmuşdur. Ona görə də ərizə təmin edilməli X4 xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ:

Ərizə təmin edilsin. X4 xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar