Məhkəmə qərarları › İş №2(051)-592/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-592/2025

15.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-592/2025 15.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizə: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X6nun ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1983-cü ildə X5 ilə rəsmi qaydada nikah daxil olmuşdur. Birgə nihakdan onların 5 övladı dünyaya gəlmişdir. X6 xx.xx.1989-cu ildə dünyaya gəlmişdir. Ramil dünyaya gəldikdən bir neçə ay sonra həyat yoldaşına X2 ünvan 1 ünvanında mənzil verilmişdir. Həmin dövrdən bu günədək ailə üzvləri ilə birlikdə mərhum həyat yoldaşına məxsus həmin mənzildə yaşayırlar. X6 doğulduqdan 4 ay sonra xx.xx.1989-cu il tarixdə vəfat etmiş və qohumlarının (mərhum həyat yoldaşı, özü, həyat yoldaşının bacıları və digər qohumlar) iştirakı ilə onu Ağdaş rayonu, Davudlu kəndində yerləşən uşaq qəbristanlığında dəfn etmişlər. Ramilin ölümü haqqında şəhadətnaməni almamışdır. Hazırda onun qəbri Ağdaş rayonu, Davudlu kəndində yerləşən uşaq qəbristanlığındadır. Oğlu Ramilin ölüm faktını şahidlər təsdiq edə bilər. Hal hazırda yaşadığı evi vərəsəlik qaydasında digər qızının adına rəsmiləşdirmək istəyir. Bunun üçün oğlu Ramilin ölüm faktının müəyyən edilməsi lazımdır. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 öz izahatında göstərdi ki, Ərizəçi onun bacısının yoldaşıdır. X12 təxminən 5 aylığına çatmamış vəfat etdi. Həmin vaxt uşaq xəstələndiyi üçün onu Mingəçevir Şəhər Xəstəxanasına apardılar. Orada vəfat etdikdən sonra Ağdaş rayonu, Davudlu kəndində dəfn etdilər. Dəfndə özü də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 öz izahatında göstərdi ki, X12 onun bacısı uşağı olmuşdur. Uşaq həqiqətən də xx.xx.1989-cu il tarixdə doğulmuş və 4 ay sonra xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. X9 Ağdaş rayonu, Davudlu kəndində yerləşən uşaq qəbiristanlığında dəfn etmişlər. Xəstəliyin səbəbi onlara məlum olmamışdır. Uşaqda qəfil hərarət yaranmış və onlara məlum olan bu səbəbdən vəfat etmişdir. Ailənin Ramildən başqa ilk övladı olan Xəyalə adlı uşaq da 10 aylığında vəfat etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə məlumat verərək işə onların iştirakı olmadan baxılıb, qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Ədliyyə Nazirliyi Mingəçevir Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16- 5/7-H-9.1-69/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Ərizəçi xx.xx.2005-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. xx.xx.1989-cu il tarixdə verilmiş 363199 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, xx.xx.1989-cu il tarixdə 1517 № ilə doğum haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Atası Ərizəçi, anası X3r. İşin müəyyən olunmuş halı: Ərizəçi öz qızına vərəsəliklə bağlı rəsmiləşdirmə aparmaq üçün X6nun ölüm haqqında şəhadətnaməsini almaq məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ərizəçinin övladının ölümü haqqında akt qeydi aşkar olunmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçinin övladı xx.xx.1989-cu il təvəllüdlü X12 xx.xx.1989-cu il tarixdə ölsə də vətəndaşlıq vəziyyəti aktlarında qeydə alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Məhkəmənin mövqeyi: Ərizəçinin övladı X12 xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. O, xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində ölmüş və Ağdaş rayonu, Davudlu kəndində yerləşən uşaq qəbiristanlığında dəfn edilmişdir. Lakin onun ölümü qeydə alınmamışdır. Ərizəçi övladı X8 xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulub, xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində vəfat etdiyi və Ağdaş rayon, Davudlu kənd qəbristanlığında dəfn edilməsi faktı şahid ifadələri və təqdim edilmiş sənədlərlə müəyyən olunmuşdur. Ona görə də ərizə təmin edilməli xx.xx.1989-cu il təvəllüdlü X8 xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X8 xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar