Məhkəmə qərarları › İş №2(051)-594/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-594/2022

06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-594/2022 06.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, atasıƏrizəçi 19.08.2012-ci ildə ünvan 1 ünvanda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, atasıCərullayev Məşədi Əbdulrəhman oğlunun 19.08.2012-ci ildə ünvan 1 ünvanda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, atası X1 şəhəri D.Əliyeva küçəsi ev 1, mənzil 32 ünvanda yaşamışdır. X3 17.08.1930-cu ildə anadan olub. X3 19.08.2012-ci ildə vəfat etmişdir. X3 ölümündən sonra ondan miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı sənədlər toplanarkən məlum olmuşdur ki, atasının ölüm haqqında şəhadətnamə alınmayıb. Atası X2 rayonu Yarməmmədbağı kəndi qəbirstanlığında dəfn olunmuşdur. Dəfindan sonra ölüm haqqında şəhadətnamə almaq üçün vaxtında müraciət etməmişlər. Müraciət etdikdə onlara bildirdilər ki, ölüm haqqında şəhadətnamə almaq üçün müddəti keçirmişlər. Bundan sonra Mingəçevir şəhər Qeydiyyat Şöbəsinə müraciət etdilər lakin imtina məktubu verdilər. Bu faktın başqa cür müəyyən edilməsi mümkün deyildir. Buna görə də atası X5 19.08.2012-ci ildə ünvan 1 ünvanda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Mingəçevir şəhər Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin məhkəməyə 24 fevral 2022-ci il tarixdə məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə, həmçinin şahidlərin dindirilməsi ilə mübahisəni araşdırmışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X17 ifadə verərək, bildirdi ki, ərizəçinin qonşusu olmuşdur. 19 avqust 2012-ci il tarixdə M.Cərullayevin vəfat etdiyini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X16 şahid P.Hacıyevin ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, həqiqətən də, Ərizəçi 24 avqust 1973-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. İş materiallarında olan Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinin 24 dekabr 2021-ci il tarixli arayışından görünür ki, həqiqətən də, X7 19.08.2012-ci il tarixdə vəfat etmiş, Zərdab rayonu Yarməmmədbağı kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəməyə təqdim edilmiş Mingəçevir şəhər Qeydiyyat şöbəsinin 21 dekabr 2021ci il tarixli 05/Q-128/15 nömrəli arayışından görünür ki, X6 Mingəçevir şəhər Qeydiyyat şöbəsində ölüm akt qeydiyyatı tapılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti Aktlarının dövlət qeydiyyatı ilə bağlı təlimatının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ona görə də ərizəçiyə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. MPM-nin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Beləliklə, məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizəçinin anası X11 10 dekabr 2019-cu il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 307-311, 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X4 19 avqust 2012-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilmiş hesab olunsun. X4 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən X10 qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar