Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-62/2021 17.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı «yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi, mənzilə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri R.Rza küçəsi 25 saylı evin, 39 saylı mənzilinin onların arasında hər birinin payına uyğun 1/2 hissədə naturada bölünməsi, onun həmin mənzilə köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 onun keçmiş əridir. Onların aralarındakı nikah pozulmuş və birgə qazancları hesabına satın aldıqları Mingəçevir R.Rza küçəsi 25 saylı evin, 39 saylı 3 otaqlı mənzili onların aralarında hər birinin payı ½ hissədə müəyyən edilməklə bölünmüşdür. 21 fevral 2020-ci ildən həmin ½ hissəyə onun mülkiyyət hüquqları qeydə alınmışdır. Cavabdeh bundan əlavə birgə nikah dövründə satın aldıqları mənzilin satılmasına razılığı aldıqdan sonra həmin vəsaiti mənimsəmişdir. Heç bir yerdə işləmir və həmin mənzilin boş qalmasını istəmir. Cavabdehlə olan əmlak birgəliyinə son qoymaq istəyir. Mənzilində Sevinc Abakorova qeydiyyatda olmaqla yaşadığından məzilindən istifadə edə bilmir. Ona görə də məhkəmədən Mingəçevir şəhəri R.Rza küçəsi 25 saylı evin, 39 saylı mənzilinin onların arasında hər birinin payına uyğun 1/2 hissədə naturada bölünməsi, onun həmin mənzilə köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı vəkili X3 izahatında məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə telefonoqramla cavabdehin vəkili X4 ilə əlaqə saxlamış, cavabdehin vəkili işə onların iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Mülki işə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin R.Rza küçəsi 25 saylı evin, 39 saylı mənzilinin 1/2 hissəsi mülkiyyət hüququ üzrə İddiaçı və Cavabdeh1 adına 21.02.2020ci il tarixdə qeydə alınmışdır. Mülki iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 06 aprel 2021-ci il tarixli, 10/633 saylı rəyinin nəticə hissəsindən görünür ki, Mingəçevir şəhəri, R.Rza küçəsi 25 saylı evin, 39 saylı mənzilinin tərəflərin paylarına uyğun olaraq naturada, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metdoik əsasların tələblərinə uyğun bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə iddiaçı və onu vəkilinin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun mahiyyətini daha geniş açıqlayan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ – əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak üzərində öz mülahizələri ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçı qeyd olunan mənzilin onun payına düşən hissəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə həmin mənzilə köçürülməni tələb etməyə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia mənzilə köçürülmə ilə bağlı hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Mingəçevir şəhərinin R.Rza küçəsi 25 saylı evin, 39 saylı mənzilinin 1/2 hissəsi mülkiyyət hüququ üzrə İddiaçı Cavabdeh1 adına qeydə alınmışdır. Məhkəmə araşdırılmasının daha obyektiv aparılması məqsədi ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/633 saylı rəyindən görünür ki, Mingəçevir şəhəri, R.Rza küçəsi 25 saylı evin, 39 saylı mənzilinin naturada bölünməsi mümkün deyil. Odur ki, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək iddianın həmin hissədə rədd edilməsi qənaətindədir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iddia hazırki mübahisə üzrə obyekt olan mənzilə köçürülmə tələbi hissəsində təmin olunmalı, həmin mənzilin naturada bölünmə hissəsində isə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 50 manat məbləğdə ekspertiza xərci İddiaçı və cavabdeh arasında bölünməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Abakarova X1 şəhərinin R.Rza küçəsi 25 saylı evin, 39 saylı mənzilinə köçürülsün. İddiaçı qızının Cavabdeh1 və Cavabdeh2 qızına qarşı yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilsin. İş üzrə 50 manat ekspertiza xərci İddiaçı qızından və cavabdeh X8 oğlu və Cavabdeh2 qızından alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin ediməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-62/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-62/2021
17.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver