Məhkəmə qərarları › İş №2(051)-620/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-620/2024

02.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-620/2024 02.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X3 iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1993-cü təvəllüdlü X1nun xx.xx.1995-ci il tarixdə Yevlax rayonu Gülövşə kəndində ölməsi və xx.xx.2000-ci il təvəllüdlü qızı X2 xx.xx.2002-ci il tarixdə Yevlax rayonu Gülövşə kəndində ölməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Elvin və Ləman onun uşaqlarıdır. Oğlu Elvin xx.xx.1993-cü il tarixdə, qızı Ləman isə xx.xx.2000-ci il tarixdə doğulmuşdur. X1 xx.xx.1995-ci il tarixdə və qızı X5 isə xx.xx.2002-ci il tarixdə Yevlax rayonu Gülövşə kəndində vəfat etmişlər. Onlara ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda uşaqlarının ölüm haqqında şəhadətnaməsini ala bilmir. Həmin şəhadətnamənin başqa qaydada alınması mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs nümayəndəsi X7 məhkəmə iclası zamanı izahatında göstərdi ki, ərizəçi uşaqlarının ölümünün qeydə alınıb-alınmaması barədə Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Ərizəçinin ərizəsi əsasında akt qeydləri arxvində müəyyən illər üzrə yoxlama aparılmış, lakin ərizəçinin uşaqlarının ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Ona görə də Maraqlı şəxs tərəfindən ərizəçiyə, uşaqlarının vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, həqiqətən, həmin uşaqlar hələ körpə olarkən vəfat etmişdir.Onun özü də dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Həqiqətən, uşaqlar hələ körpə olarkən qəflətən vəfat etmişdir.Onun özü də dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 və X5 vəfat etmiş və Yevlax rayonu Gülövşə kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində yoxlama aparılmış, lakin X6 və X2 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyəolunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki,ərizəçinin oğlu və qızı vəfat etmişdir. Lakin ölümü vaxtında qeyd edilmədiyi üçün onların barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də, məhrumların adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda müəyyən məsələlərin həll edilməsi üçün ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunur. Ərizəçi isə ölüm haqqında şəhadətnaməni müvafiq icra hakimiyyəti orqanından ala bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–cimadəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsindəgöstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsindəgöstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi uşaqlarının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunmasıüçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuşşərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və xx.xx.1993-cü təvəllüdlü X1nun xx.xx.1995-ci il tarixdə və xx.xx.2000-ci il təvəllüdlü qızı X2 xx.xx.2002-ci il tarixdə Yevlax rayonu Gülövşə kəndində vəfat etmələri faktı müəyyən edilməlidir. Qeyd olunanlaraəsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312– 316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü təvəllüdlü X4 xx.xx.1995-ci il tarixdə və xx.xx.2000-ci il təvəllüdlü X2 xx.xx.2002-ci il tarixdə Yevlax rayonu Gülövşə kəndində ölmələri faktı müəyyən edilsin. X4 və X2 ölmələri faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölmünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəməİnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar