Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-632/2025 13.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 iştirakı ilə bağlanmış MŞŞ/MT018/2025/00058 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə nikahlarını xx.xx.2001 -ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü Aydan, xx.xx.2005-ci il təvəllüdlü Liza və xx.xx.2012-ci il təvəllüdlü Jalə adlı uşaqları olmuşdur. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş, onlar mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozulmuşdur. Buna səbəb cavabdehlə xasiyyətlərinin uyğun olmamasıdır. Dəfələrlə ailə münasibətlərini bərpa etməyə çalışsa da, heç bir nəticəsi olmamışdır. Hal hazırda cavabdehlə münasibətləri pozulmuş və nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh onlara baxmır və onlara heç bir maddi yardım etmir. Onlar 09 yanvar 2025-ci il tarixdə bərabər mediasiya prosesində olmuşlar. Aralarında olan xx.xx.2003-cii il təvəllüdlü Aydan, xx.xx.2005-ci il təvəllüdlü Liza və xx.xx.2012-ci il təvəllüdlü Jalə adlı uşaqları onun yanında qalmış və cavabdehdən hər ay, hər uşağa yetkinlik yaşına çatana kimi saxlanması üçün əmək haqqının 70 faizi məbləğində aliment verilməsi və s. ilə əlaqədar razılığa gəlmişlər. Lakin cavabdeh barışıq sazişinin tələblərini kobud surətdə pozmuş və barışıq sazişi imzalanandan dərhal sonra alimentlə bağlı hissədə şərtləri pozmuşdur. Vüqar Musatafayev aliment öhdəliyini icra elməmiş və icra etməyəcəyini bildirmişdir. Onun barışıq sazişini könüllü icra elmək niyyəti olmamışdır. Belə olan halda məcburən barışıq sazişinin təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Maraqlı şəxs məhkəmə iclası zamanı öz izahatında bildirdi ki, Ərizəçi ilə xx.xx.2025ci il tarixdə aralarında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin qeyd olunan şərtləri ilə razıdır. Odur ki, qeyd olunanlara əsasən qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizəçi məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni, maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi xx.xx.2012-ci il tarixdə Jalə adlı uşaqları doğulmuşdur. İşin materiallarında olan xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, tərəflər birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi (Gələcəkdə aliment ödənişinin artırılması tələbi nəzərə alınmaqla) uşağın bütün qayğısını çəkməyi, saxlanması, ehtiyaclarını və həm də artan maddi tələbatlarını ödəmək üçün hər ay Əmək haqqının 70% -i məbləğində aliment ödəməyə könüllü olaraq razılığa gəlmişlər. Aliment ödənişi xx.xx.2025-ci il tarixindən başlayaraq hər ay Maraqlı şəxs könüllü razılığına əsasən əmək haqqı hesabından tutularaq Ərizəçi bank hesabına rəsmi qaydada ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən Ərizəçi himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü Jalə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs əmək haqqının 70%-i miqdarında alimentin hər ay ərizəçiyə verilməsinə, aliment ödənişi xx.xx.2025-ci il tarixindən başlayaraq hər ay Maraqlı şəxs könüllü razılığına əsasən əmək haqqı hesabından tutularaq Ərizəçi bank hesabına rəsmi qaydada ödənilməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi (Gələcəkdə aliment ödənişinin artırılması tələbi nəzərə alınmaqla) uşağın bütün qayğısını çəkməyi, saxlanması, ehtiyaclarını və həm də artan maddi tələbatlarını ödəmək üçün hər ay Əmək haqqının 70% -i məbləğində aliment alınıb Ərizəçi verilməsinə, aliment ödənişi xx.xx.2025ci il tarixindən başlayaraq hər ay Maraqlı şəxs könüllü razılığına əsasən əmək haqqı hesabından tutularaq Ərizəçi bank hesabına rəsmi qaydada ödənilməsinə dair barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-632/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-632/2025
13.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver