Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-649/2025 26.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizə: Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixli “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”, birgə nikahdan doğulan xx.xx.2010-cu il təvəllüdlü X4 onun yanında qalması və yetkinlik yaşına çatana kimi saxlanması üçün 70 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, daha sonra barışıq sazişinin xx.xx.2025-ci il tarixdən təsdiq edilməsi tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Ərizənin əsaslandırıldığı hallar : Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2003-cü il tarixdə rəsmi qaydada nikah bağlamışdır. Bu nikahdan xx.xx.2003-cü il təvəllüdlü Gülşən və xx.xx.2010cu il təvəllüdlü Əli adlı uşaqları doğulmuşdur. Aralarındakı nikah xx.xx.2023-cü il tarixində pozulmuşdur. xx.xx.2023-cü il tarixində Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatında MŞM/MT031/2023/00686 nömrə ilə bağlanmış sazişə əsasən uşaqların ananın yanında qalmasına, uşaqların saxlanılmasına görə hər ay hər uşağa 70 manat olmaqla, cəmi 140 manat alimentin ödənilməsinə, uşaqlarn maraqları çərçivəsində istənilən vaxt və istənilən qaydada atası ilə görüşməsinə dair qarşılıqlı razılıq əldə olunmuşdur. Barışıq sazişindən sonra maraqlı şəxs öz aliment öhdəliyini yerinə yetirmiş, daha sonra isə 2025-ci ildən heç bir ödəniş etməmişdir. Uşaqlardan biri xx.xx.2003-cü il təvəllüdlü X5 barışıq sazişi bağlananda yetkinlik yaşına çatmışdır. Tərəflərin izahatları : Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixində Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatında MŞM/MT031/2023/00686 nömrə ilə bağlanmış sazişinə uyğun olaraq həmin vaxtdan öz öhdəliklərini yerinə yetirmişdir. 2025-ci ildən ödənişlə bağlı problemləri yaranmışdır. Sazişə uyğun olaraq öz öhdəliklərini vaxtında yerinə yetirəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları : xx.xx.2023-cü il tarixində Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatında MŞM/MT031/2023/00686 nömrə ilə bağlanan Barışıq Sazişindən görünür ki, X1 Rusif Əlisa oğlu arasında nikahın pozulmasına, uşaqların ananın yanında qalmasına, uşaqların saxlanılmasına görə hər ay hər uşağa 70 manat olmaqla, cəmi 140 manat alimentin ödənilməsinə, uşaqların maraqları çərçivəsində istənilən vaxt və istənilən qaydada atası ilə görüşməsinə dair qarşılıqlı razılıq əldə olunmuşdur. xx.xx.2025-ci il tarixli 106 №li arayışdan görünür ki, Qarayeva X3 şəhəri, Kənar küçəsi, 7-ci döngə, ev 3A ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi oğlu X9 və qızı X2 ibarətdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1667/2023 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə X6 arasında xx.xx.2003-cü il tarixdə Mingəçevir Şəhər Qeydiyyat şöbəsində bağlanmış, 325 № ilə qeydə alınmış nikah pozulmuşdur. İşin faktiki halı : Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2003-cü il tarixdə rəsmi qaydada nikah bağlamış, bu nikahdan xx.xx.2003-cü il təvəllüdlü Gülşən və xx.xx.2010-cu il təvəllüdlü Əli adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1667/2023 saylı qətnaməsi ilə pozulmuşdur. xx.xx.2023-cü il tarixində Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatında MŞM/MT031/2023/00686 nömrə ilə bağlanmış sazişə əsasən uşaqların ananın yanında qalmasına, uşaqların saxlanılmasına görə hər ay hər uşağa 70 manat olmaqla, cəmi 140 manat alimentin ödənilməsinə, qarşılıqlı razılıq əsasında və uşaqların maraqları çərçivəsində istənilən vaxt və istənilən qaydada atası ilə görüşməsinə dair qarşılıqlı razılıq əldə olunmuşdur. Barışıq sazişindən sonra maraqlı şəxs 2025-ci ilin fevral ayınadək aliment öhdəliklərini yerinə yetirmiş, həmin vaxtdan sonra ödəniş etməmişdir. Maraqlışəxs ərizənin təmin olunmasına etiraz etmir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1 Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3 Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4 Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5 Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi : Ərizəçi ilə maraqlı şəxs arasında mediasiya sessiyasınəticəsində barışıq sazişi bağlanmışdır. Barışıq sazişində nikah pozulduqdan sonra uşaqların ananın yanında qalmasına, uşaqların saxlanılmasına görə hər ay hər uşağa 70 manat olmaqla, cəmi 140 manat alimentin ödənilməsinə, uşaqların maraqları çərçivəsində istənilən vaxt və istənilən qaydada atası ilə görüşməsinə dair qarşılıqlı razılıq əldə olunmuşdur. Maraqlı şəxs 2025-ci ilin fevral ayınadək aliment ödəsə də son ayda aliment ödəməmişdir. Maraqlı şəxs barışıq sazişinin alimentə dair hissəsinin şərtlərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən həmin hissədə barışıq sazişi təsdiq edilməlidir. Eyni zamanda ərizəçi ərizəsində barışıq sazişinin bütünlüklə təsdiqi ilə bağlı müraciət etsə də yalnız alimentə dair hissənin maraqlı şəxs tərəfindən yerinə yetirilmədiyini göstərmişdir. Bundan başqa uşaqlardan biri X7 yetkinlik yaşına çatmışdır. Belə olan halda barışıq sazişi X4 ananın yanında qalması və saxlanması üçün alimentə dair hissədə təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ :
Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Mingəçevir 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞM/MT031/2023-00686 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişi xx.xx.2025-ci il tarixdən aşağıdakı hissədə təsdiq edilsin.
1. Birinci tərəf (Maraqlı şəxs) xx.xx.2010-cu il təvəllüdlü uşağı X4 İkinci tərəfin (Ərizəçi) yanında qalmasına razıdır.
1. Birinci tərəf (Maraqlı şəxs) İkinci tərəfin (Ərizəçi) yanında qalan xx.xx.2010-cu il təvəllüdlü uşağı X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 2025-ci ilin fevral ayından başlayaraq növbəti hər ayın 30-dək 70 (yetmiş) manat aliment ödəməyi öz üzərinə öhdəlik götürür. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Güləndam Quliyeva