Məhkəmə qərarları › İş №2(051)-677/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-677/2025

30.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-677/2025 30.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizə: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü X9 xx.xx.1988-ci ildə Yevlax rayonu, Xanabad kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. X1 xx.xx.2011-ci il tarixdə, anası X10 xx.xx.2020-ci il tarixdə vəfat edib. Maraqlı şəxsnə vərəsəliyə dair arayışı almaq üçün müraciət etdikdə xx.xx.1988-ci il təvəllüdlü qardaşı X11 barədə məlumat almışdır. Həmin vaxt xalası ilə əlaqə saxlamış və xalası ona bildirmişdir ki, xx.xx.1988-ci ildə qardaşı X11 dünyaya gəlmiş, xx.xx.1988-ci ildə vəfat etmiş və onu Yevlax rayon, Xanabad kənd qəbristanlığında dəfn etmişlər. Həmin günədək qardaşı barədə məlumatı olmamışdır. Körpə uşağa ölüm sənədini almağın vacibliyini başa düşmədikləri üçün valideynləri qardaşının ölümü haqqında şəhadətnamə almamışdır. Maraqlı şəxsndə xx.xx.1988-ci il təvəllüdlü qardaşı X11 nun ölümünə dair heç bir akt qeydinin olmaması səbəbindən və bununla əlaqədar yalnız məhkəmə qətnaməsi olduğu halda ölüm aktının tərtibinin mümkünlüyü yazılı olaraq bildirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 öz izahatında göstərdi ki, Ərizəçi onun bacısının oğludur. Mustafayeva İlduzə onun bacısı olmuşdur. Eləcə də xx.xx.1988-ci il tarixdə doğulmuş və xx.xx.1988-ci il tarixdə vəfat etmiş X11 bacısının oğlu olmuşdur. Həmin uşaq doğulan vaxtı o tələbə olmuş, Bakıda universitetdə təhsil almışdır. Ölümün hansı səbəbdən olması ilə bağlı məlumatı olmamışdır. Həmin vaxt dəfndə iştirak edə bilməmiş, uşağı Yevlax rayon, Xanabad kənd qəbristanlığında dəfn etdikləri ilə bağlı məlumatı olmuşdur. Daha sonra ailənin yeni övladı olduqda həmin uşağa da Cavid adını verdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 öz izahatında göstərdi ki, Ərizəçi onun qardaşı oğludur. Eləcə də xx.xx.1988-ci il tarixdə doğulmuş xx.xx.1988-ci il tarixdə vəfat etmiş X11 da onun qardaşı oğlu olmuşdur. Həmin uşaq doğulduqdan sonra problem olmamış, həmin vaxt hansı xəstəlik səbəbindən vəfat etdiyi onlara məlum olmamışdır. X2 rayon, Xanabad kəndində vəfat etmiş, həmin kənd qəbristanlığında dəfn etmişlər və dəfndə o da iştirak etmişdir. Daha sonra ailənin oğlan övladı olduqda həmin uşağa da Cavid adı qoymuşlar. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, əvvəl keçirilən məhkəmə iclasında iştirak edən Maraqlı şəxs rəisi X14 izahat verərək iddia ərizəsi ilə bağlı əlavə sualının olmadığını, ölüm faktının müəyyən edilməsi tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: Ədliyyə Nazirliyi Mingəçevir Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16- 5/7-M-28.1-69/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Ərizəçi xx.xx.2004-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1962-ci il tarixdə Bərdə rayonu, Leninabad kəndində anadan olmuş X5 barəsində Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2024-cü ilədək aparılmış və əri X4 (ölüb), oğlu X11 (xx.xx.1988), oğlu X11 (xx.xx.1989), oğlu Ərizəçi (xx.xx.1990) və qızı X3 olması aşkar edilmişdir. xx.xx.1990-cı il tarixdə verilmiş 343859 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, xx.xx.1990-cı il tarixdə 2232 № ilə doğum haqqında akt qeydləri kitabında qeyd edilmişdir. X1, anası X8r. xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ 492439 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə ölmüş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci ildə 461 № ilə qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 107374 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə ölmüş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 367 № ilə qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən təqdim edilmiş xx.xx.1988-ci il tarixli 1501 №li doğum haqqında akt qeydindən görünür ki, X11 xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, X1, anası X8r. İşin müəyyən olunmuş halı: Ərizəçi vərəsəliklə bağlı rəsmiləşdirmə aparmaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ərizəçinin qardaşı olan xx.xx.1988-ci il təvəllüdlü X11 barədə məlumat verilmişdir. Həmçinin xx.xx.1988-ci il təvəllüdlü X6 ölümü haqqında akt qeydi aşkar olunmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçinin qardaşı xx.xx.1988-ci il təvəllüdlü X11 xx.xx.1988-ci il tarixdə ölsə də vətəndaşlıq vəziyyəti aktlarında qeydə alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Məhkəmənin mövqeyi: Ərizəçinin qardaşı X11 xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. O, xx.xx.1988-ci il tarixdə Yevlax rayonu, Xanabad kəndində ölmüş və həmin kənddə yerləşən qəbiristanlığda dəfn edilmişdir. Lakin onun ölümü qeydə alınmamışdır. Ərizəçi qardaşı xx.xx.1988-ci il təvəllüdlü X6 Mingəçevir şəhərində doğulub, xx.xx.1988-ci il tarixdə Yevlax rayon, Xanabad kəndində vəfat etdiyi və həmin kənd qəbristanlığında dəfn edilməsi faktı şahid ifadələri və təqdim edilmiş sənədlərlə müəyyən olunmuşdur. Ona görə də ərizə təmin edilməli xx.xx.1988-ci il təvəllüdlü X6 xx.xx.1988-ci il tarixdə Yevlax rayon, Xanabad kəndində ölməsi faktı müəyyən edilməlidir. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X6 xx.xx.1988-ci il tarixdə Yevlax rayonu, Xanabad kəndində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar