Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-679/2021 03.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı: İddiaçı və onun vəkili- Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X5 Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Paylı mülkiyyətdə olan payların naturada bölünməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 5 otaqlı mənzilinin cavabdehlərlə onun arasında payının naturada 9/72 hissədə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstədi ki, onun babası X2 miras qalmış xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti ev-21, mənzil-27 ünvanda yerləşən 5 otaqlı mənzildən o iddiaçı- İddiaçı 9/72 hissədə pay düşmüşdür. Artıq həmin mənzildə bir yerdə yaşamaq mümkün deyildir. Ona görə də o payın naturada ayrılmasını istəyir. Ona görə də məhkəmədən ünvan 1 ünvanda yerləşən 5 otaqlı mənzilinin cavabdehlərlə onun arasında payının naturada 9/72 hissədə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının vəkili X7 məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iddia tələbi ilə razı deyildir. Onun paylı mülkiyyətdə payı 55\72 hissədədir. Ona görə də hesab edir ki, mülkiyyətin naturada bölünməsi onun mülkiyyət hüquqlarına ziddir. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş DƏDRX-ın Çıxarışının sürətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi 55/72 hissədə Cavabdeh1, 8/72 hissədə X1 və 9/72 hissədə İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə olunmuş DƏDRX-ın Çıxarışının sürətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 87.6 kv.m sahəli mənzil 55/72 hissədə Cavabdeh1, 8/72 hissədə X1 və 9/72 hissədə İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 03 avqust 2021-ci il tarixli 10/2339 nömrəli Ekspert Rəyindən görünür ki, Mingəçevir şəhərinin H.Əliyev Prospektində yerləşən 21 saylı evin 27 saylı mənzili 3 hissəyə, yəni 8/72, 9/72 və 55/72 paylara uyğun naturada təcrid olunmuş mənzillər şəklində bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə olunmuş ekspert rəyini və digər iş materiallarını ətraflı şəkildə təhlil edib belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Tikinti-Texniki ekspertizasının rəyindən də görünür ki, mübahisə olunan paylı əmlakın naturada bölünməsi mümkün deyildir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Həmin Məcəllənin 117.1-ci maddəsinin tələbinə görə şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 100 manat məbləğdə ekspertiza xərci iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Paylı mülkiyyətdə olan payların naturada bölünməsi» tələbinə dair iddiası rədd edilsin. İş üzrə 100 manat ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-679/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-679/2021
03.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver