Məhkəmə qərarları › İş №2(051)-680/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-680/2025

12.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-680/2025 12.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, mərhum oğlu X2 12 iyul 2024-cü il tarixdə Oğuz rayonunda vəfat etməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X7 məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il təvəllüdlü oğlu X2 ölüm faktının dəqiqləşdirilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 12 avqust 1994-cü il tarixdə Mingəçevir şəhəri anadan olmuşdur. Hazırda ünvan 1 ünvanda arvadı X3 ilə birlikdə yaşayır. Onların birgə nikahından 14.1 1.2022-ei İl tarixdə X7 adlı bir övladı anadan olmuşdur. Qohumları Oğuz şəhərində qeydiyyatda olmaqla yaşayır. Hər ikisin qohumları Oğuz rayonunda qeydiyyatda olmaqla yaşayır. X8 adlı bir övladı xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Qumlaq kəndində diqqətsizlik nəticəsində su quyusuna düşərək vəfat etmişdir. Bununla bağlı həkimə qədər ölüm halını təsdiq edən akt tərtib edilmiş və həmin aktda ölüm səbəbi də qeyd edilmişdir. Bundan sonra o və arvadı Fatimə Əzizova 12 iyul 2024-cü il tarixdə vəfat etmiş oğlu X2 ölümü haqqında şəhadətnaməsinin alınması üçün 23 sentyabr 2024-cü il tarixdə ərizə ilə Oğuz rayon Qeydi)yat şöbəsinə müraciət etmişdir. Onların müraciətinə cavab olaraq oğlunun adına Qeydiyyat Şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydinin aşkar olunmadığı, ölüm haqqında aktın dövlət qeydiyyatına alınması yalnız həkim tərəfindən verilmiş Ölüm haqqında tibbi şəhadətnaməyə və ya məhkəmə qətnaməsinə əsasən qeydə alınacağı bildirilmişdir. Buna görə də oğlu X2 ölümü haqqında akt qeydinin qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi Qeydiyyat Şöbəsinin səlahiyyətində olmadığı bildirilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Oğlu Oğuz rayonunda vəfat etdiyi üçün məcbur qalaraq Oğuz rayon Məhkəməsinə müraciət etmişdir. Ancaq Oğuz Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2(054)-123/2025 nömrəli məhkəmə qərardadına əsasən iddia ərizəsi geri qaytarılmışdır. Oğuz Rayon Məhkəməsi qərardadında ona əsaslanmışdır ki, Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, ərizə və ərizəyə əlavə olunmuş sənədlər qaytarılmalıdır. Belə ki, ərizədən və ərizəçinin şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, ərizəçinin qeydiyyat ünvanı ünvan 2 ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin edilməmişdir. Lakin buna baxmayaraq Maraqlı şəxs məhkəməyə məktub göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçi onun kürəkənidir. Qızı ilə ərizəçinin 2 uşaqları var idi. 1 uşaq rəhmətə getdi. İndi bir qızı var. Uşaq axar çaya düşərək ölmüşdür. Uşağı Oğuz rayonunun Ərmənət kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi onun bacısının yoldaşıdır. Onlar uşaqları gəzməyə aparmışlar. Sonra onların başı qarışdığından uşaq yaddan çıxmışdır. Uşağı axtarmışlar. Suda batdığını görmüşlər. O və bacısı Qumlaq kəndindəndir. Oğuz rayonunun Ərmənət kəndində uşağı dəfn etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçinin anasıdır. Hazırda oğlunun 1 uşağı vardır. Uşaq nənəsi və xalasıgilin yanında boğulub. Orada uşağın yalnız xalası və nənəsi olub. Uşağın dəfnində iştirak etmişdir. Yas kimi gələnlərə çay süfrəsi açmışlar. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: Belə ki, işdə olan işdə olan AZ-İV seriyalı, 778121 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X2 atası Ərizəçi anası X1r. İşdə olan Oğuz rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, tərəfə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan həkimə qədər ölüm halını təsdiq edən aktdan görünür ki, X2 ölüm tarixi xx.xx.2024-cü ildir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi oğlunun vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi bacısı X2 xx.xx.2024-cü il tarixdə Oğuz rayonunda ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X2 xx.xx.2024-cü ildə il tarixdə Oğuz rayonunda ölməsi faktı müəyyən edilsin. X2 ölməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar