Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-720/2022 07.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi iştirakı ilə, ölüm faktının müəyyən edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, oğlu Salahbanov Pünhan Ayaz oğlunun ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, onunla Rəna Salahbanovanın birgə nikahlarından 1990-ci il təvəllüdlü Pünhan adlı oğlu olmuşdur. Pünhan doğumundan az sonra 12 fevral 1991-ci ildə vəfat etmişdir. Pünhanı Mingəçedvir şəhər Əli qəbirstalığında dəfn etmişlər. Lakin həmin vaxtı onun ölümünü qeydə aldırmamışlar. Hazırda arvadı Rəna da vəfat edib. Ondan qalan əmlaka vərəsəlik hüququna dair şəhadətnamə almaq istəyir. Lakin oğlu Pünhanın ölümü qeydə alınmadığından hüquqlarını həyata keçirə bilmir. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Mingəçevir Şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş, Qeydiyyat şöbəsində məhkəməyə müraciət etməyi tövsiyyə etdilər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını, 1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş X5 12 fevral 1991-ci ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən olunmasını xahiş edir. Ölüm faktının müəyyən edilməsi ona oğluna ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxs Mingəçevir şəhər Qeydiyyat şöbəsinin rəisi S.Hüseynova məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Qardaşının Çinarə, Pünhan və Umud adlı 3 nəfər uşaqları olub. Ərizəçinin Pünhan adlı uşağı 1990-cı ildə anadan olub, 12 fevral 1991-ci ildə vəfat etmişdir. Pünhanı Mingəçedvir şəhər Əli qəbirstalığında dəfn etmişlər. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onunla qonşudur. Ayazın üç uşağı olub, Pünhan adlı uşağı 12 fevral 1991-ci ildə vəfat etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan doğum haqqında arayışdan görünür ki, X8 12 avqust 1990-cıi ildə Mingəçevir şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası X4r. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 22 oktyabr 2021-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q- 129/15 saylı 22 dekabr 2021-ci il tarixli arayışda göstərilir ki, akt qeydləri arxivində 12.02.1988-12.02.1994-cü il üzrə yoxlama aparılarkən Salahbanov Pünhan Ayaz oğlunun ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. İşə əlavə edilmiş Mingəçevir Bələdiyyəsi tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli arayışda göstərilir ki, ünvan 1 ünvanda yaşamış X8 12.02.1991-ci il taixdə Mingəçevir şəhəri “Əli” qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə tədqiqi zamanı X5 12 fevral 1991-ci ildə ölməsi faktı müəyyən edildi. Həmçinin, müəyyən edildi ki, onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X5 12 fevral 1991-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 12 avqust 1990-cı ildə Mingəçevr şəhərində anadan olmuş X5 12 fevral 1991-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-720/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-720/2022
07.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver