Məhkəmə qərarları › İş №2(051)-763/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-763/2022

11.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-763/2022 11.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi nümayəndəsi X4 iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən 01.03.2006-cı il tarixdə doğulmuş mərhum qızı X5 14.02.2022-cı il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X7 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X8 ərizəçinin qızıdır. Ərizəçinin mərhum qızı uzun müddət baş ağrılarından əziyyət çəkmişdir. X2 14.02.2022-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmiş və Mingəçevir şəhərində yerləşən “Mingəçevir kənd” qəbiristanlığında dəfn edilmişdir. Lakin onun ölümü qeydə alınmamışdır. Ərizəçi qızı vəfat etdikdən sonra sarsıntı keçirdiyindən ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Bu məqsədlə Qeydiyyat Şöbəsinə müraciət etsə də, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçi başqa qaydada qızının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. Həqiqətən, qardaşı qızı X8 14.02.2022-ci il tarixdə vəfat etmiş və Mingəçevir şəhərində yerləşən “Mingəçevir kənd” qəbirstanlığında dəfn edilmişdir. Onun özü də dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, ərizəçi onun arvadının dayısı oğludur. X1 14.02.2022-cı il tarixdə vəfat etmiş və Mingəçevir şəhərində yerləşən “Mingəçevir kənd” qəbirstanlığında dəfn edilmişdir. Onun özü də dəfn mərasimində iştirak etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçiriməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan doğum haqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 01.03.2006-cı il tarixdə Ərizəçi ilə X3 birgə nikahından doğulmuşdur. İşdə olan Mingəçevir şəhər bələdiyyəsi tərəfindən verilmiş 21.02.2022-ci il tarixli 331 saylı arayışdan görünür ki, X8 15.02.2022-ci il tarixdə Mingəçevir şəhərində yerləşən “Mingəçevir kənd” qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 18.02.2022-ci il tarixdə verilmiş 05/Q- 08/15 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində 14.02.2022- 18.02.2022-ci il üzrə yoxlama aparılmış, lakin X5 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 25.02.2022-ci il tarixli 84 saylı məktubundan görünür ki, ölümün dəqiq səbəbi bilinmədiyinə görə X6 “ölüm haqqında tibbi xəbərdarlıq” vərəqəsi verilməmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, ərizəçinin mərhum qızı X8 14.02.2022-cı il tarixdə vəfat etmiş və Mingəçevir şəhərində yerləşən “Mingəçevir kənd” qəbirstanlığında 15.02.2022-ci il tarixdə dəfn edilmişdir. Lakin ölümü vaxtında qeyd edilmədiyi üçün onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də X2nın adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda müəyyən məsələlərin həll edilməsi üçün ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunur. Ərizəçi isə ölüm haqqında şəhadətnaməni müvafiq icra hakimiyyəti orqanından ala bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və 01.03.2006-ci il tarixdə doğulmuş X2nın 14.02.2022-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏ T E T D İ: Ərizə təmin edilsin. 01.03.2006-cı il tarixdə doğulmuş X5 14.02.2022-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X5 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar