Məhkəmə qərarları › İş №2(051)-763/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-763/2025

07.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-763/2025 07.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi, Ərizəçi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs: Maraqlı şəxs və onun vəkili X5 iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə MT-01032 nömrə ilə onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişində qeyd edilən bəndlər üzrə barışıq sazişinin təsdiqlənməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o və Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixində mediasiya prossesində iştirak etmişlər və aralarında barışıq sazişi imzalamışdır. Barışıq sazişinin şərtlərinə görə: 1. Tərəflər nikahlarının məhkəmə qaydasında pozulması barədə ümumi razılığa gəlmişlər. 2. Ata Maraqlı şəxs övladları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 ana Ərizəçi himayəsində saxlanmasına razıdır. 3. İkinci tərəf Maraqlı şəxs övladları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdən etibarən hər ay hər uşaq üçün 100 manat, ümumilikdə 200 manat aliment ödəməyi öz öhdəsinə götürür. Aliment elektron qaydada ödəniləcək. 4. İkinci tərəf Maraqlı şəxs birgə nikah dövründə tikilən AR-İ №105263 saylı Etibarnaməyə əsasən birinci tərəf Ərizəçi verilən hüquqlar üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən ******* №-li MH seriyalı **********28 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu Havarlı kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 2.9 sot torpaq sahəsində olan 110 kv.m kürsülü, 1 mərtəbəli evdən heç bir pay tələb etmir və sözügedən əmlakla bağlı bütün hüquqlarının birinci tərəf Ərizəçi keçməsinə etiraz etmir. Maraqlı şəxs barışıq sazişinin şərtlərini yetirməkdən boyun qaçırdığı üçün məhkəmə qaydasında təsdiq etmək məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, onun tərəfi ərizədə göstərilən tələbi azaldaraq yalnız barışıq sazişinin 5-ci bəndinin təsdiq edilməsini məhkəmədən xahiş edir. Bildirir ki, həmin bənd belədir ki, ikinci tərəf Maraqlı şəxs birgə nikah dövründə tikilən AR-İ №105263 saylı Etibarnaməyə əsasən birinci tərəf Ərizəçi verilən hüquqlar üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən ******* №-li MH seriyalı **********28 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu Havarlı kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 2.9 sot torpaq sahəsində olan 110 kv.m kürsülü, 1 mərtəbəli evdən heç bir pay tələb etmir və sözügedən əmlakla bağlı bütün hüquqlarının birinci tərəf Ərizəçi keçməsinə etiraz etmir. Yalnız bu hissədə barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi X6 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, işə mahiyyəti üzrə baxılmasını istəyir. Barışıq sazişində göstərilən torpaq sahəsi nikahdan öncə onun müvəkkilinin anası tərəfindən alınmış və birgə nikahdan öncə həmin fərdi yaşayış evi müvəkkilinin anası tərəfindən tikdirilmişdir. Ancaq buna baxmayaraq yenə də həmin torpaq sahəsi və fərdi yaşayış evi, hazırki işlə əlaqəsi olmayan digər şəxsə məxsusdur. Onu da qeyd edir ki, həmin şəxs ölmüşdür. Həmin bənddə göstərilən ev mübahisə tərəflərindən heç birinə aid olmadığı, yəni əsasən onun müvəkkilinə aid olmadığından tələbin rədd edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, torpaq sahəsi anasına və ev anasına məxsusdur. O 2007-ci il tarixində evlənmişdir. Torpaq sahəsi 2006-cı ildə alınmış və 2007-ci ildə ev tikildikdən sonra keçmiş yoldaşı həmin evə gəlin gəlmişdir. Anası həmin evi öz evini sataraq tikdirmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin etibarnamə üzrə nümayəndəsinin və maraqlı şəxsin və onun vəkilinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixdə ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış barışıq sazişindən görünür ki, 1. Tərəflər Saziş bağlandıqdan sonra 1 ay ərzində öhdəlikərini icra edəcəklərini bildirirlər. 2. Tərəflər sivil qaydada, qarşılıqlı razılıq əsasında nikahın pozulmasına etiraz etmirlər. 3. İİ tərə (Ata) Maraqlı şəxs uşaqların (xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3) İ tərəf (ana) Ərizəçi himayəsində saxlanmasına razıdır. 4. Tərəflər ayda cəmi 100 (bir yüz) manat, 2 uşağa görə 18 (aydan sonra bu hissə mübahisələndirilə bilər) alimentin ödənilməsi üçün razılığa gəldilər və İİ tərəf hər ayın ilk ongünlüyündə İ tərəfin təqdim etdiyi bank hesabına sözügedən məbləği köçürməyi üzərinə götürür. 5. İkinci tərəf Maraqlı şəxs birgə nikah dövründə tikilən AR-İ №105263 saylı Etibarnaməyə əsasən birinci tərəf Ərizəçi verilən hüquqlar üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən ******* №-li MH seriyalı **********28 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu Havarlı kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 2.9 sot torpaq sahəsində olan 110 kv.m kürsülü, 1 mərtəbəli evdən heç bir pay tələb etmir və sözügedən əmlakla bağlı bütün hüquqlarının birinci tərəf Ərizəçi keçməsinə etiraz etmir. Məhkəmə iclası zamanı ərizəçinin nümayəndəsi tələb dəqiqləşdirməsinə dair rəsmi ərizə təqdim etməsə də, Mingəçevir şəhər Məhkəməsi “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdən biri olmaqla məhkəmə iclasının fasiləsiz audio yazısının aparılması təmin edilmiş və bu səbəbdən də barışıq sazişinin yalnız 5-ci bəndinin təsdiq edilməsinə dair tələbini qəbul edir. İşə əlavə AZEMİS portalından çıxarışlardan görünür ki, Ərizəçi və Maraqlı şəxs mülkiyyətində daşınmaz əmlakı yoxdur. Beləliklə, iş materiallarının və ərizəçinin istinad etdiyi bənd barışıq sazişinin 5-ci bəndi “5. İkinci tərəf Maraqlı şəxs birgə nikah dövründə tikilən AR-İ №105263 saylı Etibarnaməyə əsasən birinci tərəf Ərizəçi verilən hüquqlar üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən ******* №-li MH seriyalı **********28 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu Havarlı kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 2.9 sot torpaq sahəsində olan 110 kv.m kürsülü, 1 mərtəbəli evdən heç bir pay tələb etmir və sözügedən əmlakla bağlı bütün hüquqlarının birinci tərəf Ərizəçi keçməsinə etiraz etmir.” bəndidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin bənddə göstərilən daşınmaz əmlak tərəflərin heç birinin mülkiyyətində deyildir. Belə ki, AZEMİS portalından çıxarışlardan görünür ki, Ərizəçi və Maraqlı şəxs mülkiyyətində daşınmaz əmlakı yoxdur. Bundan başqa ərizəçi tərəf həmin daşınmaz əmlakın həmin fərdi yaşayış evinin birgə nikah dövründə tikilməsinə və ya daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ. Bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. AR Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi barışıq sazişinin 5-ci bəndinin təsdiq edilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəsi rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi barışıq sazişinin 5-ci bəndinin təsdiq edilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar