Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-779/2022 06.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsi Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə Ərizəçi oğlunun «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, qızı X5 13.11.2015-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, X6 onun qızıdır. Qızı Dilək 17.08.2015-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. O, 13.11.2015-ci ildə K.Y.Fərəcova adına X2 X1 Terapiya şöbəsində “Aspirasion sindrom” diaqnozu ilə daxil olmuş, göstərilən reanimasion tədbirlərin effekti olmamış və həmin tarixdə vəfat etmişdir. Onu 14.11.2015-ci il tarixdə Yevlax şəhər Hürüüşağı kənd qəbirstamlığında dəfn etmişlər.Qeydiyyat Şöbəsi onlara məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Başqa qayada qızının ölüm haqqında şəhadətnaməsinin alınması mümkün deyildir. Bu faktın başqa cür müəyyən edilməsi mümkün deyildir. Buna görə də qızı X5 13.11.2015-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPMnin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin məhkəməyə 24 fevral 2022-ci il tarixdə məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə, həmçinin şahidlərin dindirilməsi ilə mübahisəni araşdırmışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X7 ifadə verərək, bildirdi ki, ərizəçinin qonşusu olmuşdur. 13 noyabr 2015-ci il tarixdə ərizəçinin qızı Diləyin vəfat etdiyini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 şahid A.Yusifovun ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan arayışdan görünür ki, həqiqətən də, X6 17 avqust 2015-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İş materiallarında olan Yevlax rayonu Hürüşağı bələdiyyəsinin 23 fevral 2022-ci il tarixli arayışından görünür ki, həqiqətən də, X6 14.11.2015-ci il tarixdə Yevlax rayonu Hürüşağı kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs 17 fevral 2022-ci il tarixli 05/Q-07/15 nömrəli arayışından görünür ki, X5 Maraqlı şəxsndə ölüm akt qeydiyyatı tapılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti Aktlarının dövlət qeydiyyatı ilə bağlı təlimatının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ona görə də ərizəçiyə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. MPM-nin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Beləliklə, məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizəçinin qızı X5 13.11.2015-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 307-311, 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X5 13.11.2015-ci il tarixdə ölməsi faktı müəyyən edilmiş hesab olunsun. X5 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən X3 qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-779/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-779/2022
06.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver