Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-798/2021 29.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədirliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq Müəyyən etdi: Ərizəçi əmisi X1 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə ərizəçinin tələbini əsaslandıran hallar göstərilməlidir. Ərizəçi əmisi X1 ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, qohumluq münasibətlərini, yəni Elxan Əliyevin onun əmisi olmasını təsdiq edən sənədi ərizəyə əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Həmçinin, ərizəçiyə izah edilməlidir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. İzah edilsin ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-798/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-798/2021
29.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver