Məhkəmə qərarları › İş №2(051)-803/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-803/2024

23.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-803/2024 23.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və barışıq sazişində göstərilənlərə əsasən az yaşlı övladları – 18 iyul 2009-cu il təvəllüdlü X3, 19 iyul 2011-ci il təvəllüdlü X1 və 29 dekabr 2014-cü il təvəllüdlü X2 onun yanında qalmaları və az yaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 manat məbləğdə alimentin Maraqlı şəxs alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Ərizəçi 09 mart 2007-ci ildə Maraqlı şəxs ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan onların 18 iyul 2009-cu ildə İsmayıl, 19 iyul 2011-ci ildə Züleyxa və 29 dekabr 2014-cü ildə Vəfa adlı uşaqları dünyaya gəlmişdir. Evliliyin ilk vaxtlarında cavabdehlə münasibətləri yaxşı olmuşdur. Lakin sonradan münasibətləri pisləşmişdir. Bir müddət cavabdehlə mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs nümayəndəsi ilə birlikdə Mediasiya prosessində iştirak etdilər, həmin tarixdə az yaşlı uşaqlarının onun yanında qalmaları və aliment barəsində aralarında razılığa gəldilər. Belə ki, barışıq sazişinin şərtlərinə əsasən az yaşlı uşaqlarının onun yanında qalmaları və az yaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 manat məbləğdə alimentin Maraqlı şəxs alınıb ona ödənilməsi barəsində razılığa gəldilər. Lakin, buna baxmayaraq Maraqlı şəxs barışıq sazişi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir və az yaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment ödəmir. Ona görə də məhkəmədən Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və barışıq sazişində göstərilənlərə əsasən az yaşlı övladları – 18 iyul 2009-cu il təvəllüdlü X3, 19 iyul 2011-ci il təvəllüdlü X1 və 29 dekabr 2014-cü il təvəllüdlü X2 onun yanında qalmaları və az yaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 manat məbləğdə alimentin Maraqlı şəxs alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1021/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2007-ci il tarixdə Mingəçevir şəhər Nikah evində bağlanmış, 71 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Birinci tərəf: Ərizəçi, ikinci tərəf: Maraqlı şəxs olmaqla, ikinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, övladları X3, X1 və X4 uşaqlar yetkinlik yaşına çatana kimi, birinci tərəf Ərizəçi yanında qalmasına könüllü olaraq razıdır. İkinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, Birinci tərəf Ərizəçi yanında qalan övladları X3, X1 və X4 uşaqlar yetkinlik yaşına çatana kimi, (Gələcəkdə aliment ödənişinin artırılması tələbi nəzərə alınmaqla) uşaqların bütün qayğısını çəkməyi, ehtiyaclarını ödəməyi və həm də maddi tələbatlarını ödəmək üçün Birinci tərəf Ərizəçi hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla ümumilikdə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment ödənişi ödəməyə könüllü olaraq razıdır. Aliment ödənişi xx.xx.2023-cü il tarixindən başlayaraq hər ayın ən geci 25-nə kimi Birinci tərəf Ərizəçi bank hesabına (bank kartına) İkinci tərəf Maraqlı şəxs tərəfindən rəsmi qaydada ödəniləcək. Tərəflər sazişin şətləri pozulduğu halda məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. MPM-nin 306.2-ci maddəsinə əsasən Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-nin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə, məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, 18 iyul 2009-cu il təvəllüdlü X3, 19 iyul 2011-ci il təvəllüdlü X1 və 29 dekabr 2014-cü il təvəllüdlü X2 Ərizəçi yanında qalmalarına dair və Maraqlı şəxs 18 iyul 2009-cu il təvəllüdlü X3, 19 iyul 2011-ci il təvəllüdlü X1 və 29 dekabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 manat məbləğdə alimentin alınaraq Ərizəçi ödənilməsinə dair barışıq sazişi məcburi icra ediməsi üçün təsdiq edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 305, 306.2-ci 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış, 18 iyul 2009-cu il təvəllüdlü X3, 19 iyul 2011-ci il təvəllüdlü X1 və 29 dekabr 2014-cü il təvəllüdlü X2 Ərizəçi yanında qalmalarına dair və Maraqlı şəxs 18 iyul 2009-cu il təvəllüdlü X3, 19 iyul 2011-ci il təvəllüdlü X1 və 29 dekabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 manat məbləğdə alimentin alınaraq Ərizəçi ödənilməsinə dair barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar