Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-830/2021 03.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, anası 01.01.1981-ci ildə vəfat etmiş X8 ölüm faktının müəyyən edilməsi haqqında şəhadətnamənin təqdim olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, o, Ərizəçi X1 ilə X4 ilə 09.12.1975-ci ildə 15 №li qeydiyyat şəhadətnaməsi ilə rəsmi olaraq ailə həyatı qurmuşlar. Birgə rəsmi nikahdan bacısı X5, qardaşı X3 və o, Ərizəçi dünyaya gəlmişlər. Əvvəllər o və ailəsi Ağdərə rayon Başgüney kəndinə kəndinə yaşayıb və orada rəsmi olaraq qeydiyyatda imişlər. X4 01.01.1981-ci ildə qəflətən dünyasını dəyişib və Ağdərə rayon kənd məzarlığında dəfn olunmuşdur. Anası vəfat edən zaman o və bacı-qardaşı azyaşlı imişlər. 12.03.1992-ci ildə ermənilərin Ağdərə rayonun işğalı zamanı o və ailə üzvləri Mingəçevir şəhərinə Qaçqın və Məcburi Köçkün olaraq Mingəçevir şəhər Qonaq evində bir müddət yaşamağa başlamışlar. Burada bir müddət yaşadıqdan sonra Dövlət tərəfindən onlar Qaçqın və X7 şəhər H.Əliyev PR. Qaçqınlar və Məcburi Köçkünlər üçün inşa edilmiş 504 saylı qəsəbəsində ev ilə təmin olunduq. X1 13.10.2010-cu ildə beyin insulti xəstəliyi ilə vəfat etmişdir. Məzarı Mingəçevir şəhər Məzarlığındadır. Dövlət tərəfindən onlara təqdim edilən qaçqınlıq və məcburi köçkünlük haqqında sənədinin vaxtı bitiyi üçün yenidən sənəd toplamağa başlamışdır. Sənədlərini Azərbaycan Respublikası Qaçqın və X15 üzrə Dövlət Komitəsinə təqdim edən zaman ona bildirmişlər ki, təqdim etdiyi sənədlərdə anasının ölüm haqqında şəhadətnaməsi yoxdur. Bu zaman yenidən anası Quliyev Qəmər Məcnun qızının ölüm faltının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmişdir. Bir müddət keşdikdən sonra Maraqlı şəxsndən ona gələn rəsmi cavaba əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadı üçün qeyd edilən ölüm haqqında şəhadətnamə məhkəmə qətnaməsi ilə təqdim edilir və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də məhkəmədən anası 01.01.1981-ci ildə vəfat etmiş X8 ölüm faktının müəyyən edilməsi haqqında şəhadətnamənin təqdim olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, həmçinin şahidlərin dindirilməsi ilə mübahisəni araşdırmışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, mərhum X16 ilə bir kənd sakini olmuşlar. 01 yanvar 1981-ci il tarixdə Q.Qulievanın vəfat etdiyini eşitmiş və mərhumu Ağdərə rayon kənd məzarlığında el adəti ilə dəfn etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X17 məhkəməyə veridiyi ifadəsində X6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan doğum haqında şəhadətnamənin surətindən görünür ki, X16 05.12.1939-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi X1 və X4dır. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs 23 dekabr 2020-ci il tarixli 05/Q-143/15 nömrəli arayışından görünür ki, X8 Maraqlı şəxsndə ölüm akt qeydiyyatı tapılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti Aktlarının dövlət qeydiyyatı ilə bağlı təlimatının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ona görə də ərizəçiyə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. MPM-nin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Beləliklə, məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizəçinin X4nın 01.01.1981-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 307-311, 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X8 01.01.1981-ci il tarixdə ölməsi faktı müəyyən edilmiş hesab olunsun. X8 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən X2 qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-830/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-830/2021
03.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver