Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-833/2024 30.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu xx.xx.1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş və xx.xx.1986-cı ildə Yevlax rayonu Tanrıqulular kəndində vəfat etmiş X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, mərhum X11 ilə xx.xx.1984-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan 3 uşaqları doğulmuşdur. Həmin uşaqlardan biri xx.xx.1986-cı il təvəllüdlü X5 doğulmuş və həmin ildə xx.xx.1986-cı ildə vəfat etmişdir. X20 rayonu Tanrıqulular kənd qəbiristanlığında dəfn etmişlər. Ondan sonra oğlunun ölümündən sonra sarsıntı keçirdiyindən və uzun müddət özünə gələ bilmədiyi üçün ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Bu barədə “Asan xidmət” mərkəzinə müraciət etmişlər, lakin onlara rəsmi olaraq imtina edilmiş və buununla bağlı Mingəçevir Şəhər Məhkəməsinə müraciət etməsini tövsiyə olunmuşdur. Ərizəçi bu səbəbdən Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, xx.xx.1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş və xx.xx.1986-cı ildə Yevlax rayonu Tanrıqulular kəndində vəfat etmiş X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əri də yeni vəfat etmişdir. Vərəsəlik haqqında şəhadətnamə alarkən mərhum oğlunun da sağ olması qeyd olunmuş və onun da iştirakı ilə şəhadətnamənin verilə biləcəyi qeyd edilmişdir. Hazırda həmin şəhadətnamənin alınması üçün oğlunun ölüm faktı təsdiq olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Ərizəçi tərəfindən şahid qismində çağırılmış X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi əmisi arvadıdır. Ərizəçinin oğlu Ruslan xx.xx.1986-cı ildə Mingəçevir şəhərində doğulmuş və xx.xx.1986-cı ildə vəfat etmişdir. Ruslan Yevlax rayonu Tanrıqulular kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi tərəfindən şahid qismində çağırılmış X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi atası Şəmil Şərifovla qonşdur. Ərizəçinin oğlu Ruslan xx.xx.1986-cı ildə Mingəçevir şəhərində doğulmuşdur. Lakin 1 aydan sonra Ruslan vəfat etmiş və Yevlax rayonu Tanrıqulular kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi tərəfindən şahid qismində çağırılmış X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi əmisi oğludur. Ərizəçinin oğlu Ruslan xx.xx.1986-cı ildə Mingəçevir şəhərində doğulmuş, və 1 aydan sonra, yəni xx.xx.1986-cı ildə vəfat etmişdir. Ruslanı Yevlax rayonu Tanrıqulular kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri şahid ifadələri ilə birlikdə tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Maraqlı şəxs tərəfindən verilmiş Xİ-ЖГ seriyalı №399214 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1986-cı ildə Mingəçevir şəhərində doğulmuş, anası - X11, anası- Ərizəçidır. Maraqlı şəxs tərəfindən verilmiş İİİ-ЖГ seriyalı №316874 saylı nikah haqqında şəhadətnaməyə əsasən X11 ilə X6 arasında xx.xx.1984-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 83 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir; Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci ildə Yevlax rayonu Tanrıqulular kəndində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16- 5/7-İ-11-688.1/69/2023 saylı məktubunda qeyd olunur ki, Ərizəçi ərizəsinə cavab olaraq ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X10 ilə Ərizəçi birgə nikahdan doğulmuş xx.xx.1986-cı ildə X5 xx.xx.1986-cı ildə vəfat etmişdir. X1 rayonu Tanrıqulular kənd qəbiristanlığında dəfn olunmuşdur. xx.xx.2024-cü il tarixli 7201 mədaxil qəbzə əsasən Ərizəçi qızı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 100.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü X5 Ərizəçi oğludur. X5 xx.xx.1986-cı il tarixdə Yevlax rayonu Tanrıqulular kəndində vəfat etmişdir. Maraqlı şəxs ölüm haqqında tibbi arayış olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1986-cı il təvəllüdlü X3 xx.xx.1986-cıil tarixdə Yevlax rayonu Tanrıqulular kəndində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1986-cıil təvəllüdlü X3 xx.xx.1986-cı il tarixdə Yevlax rayonu Tanrıqulular kəndində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-833/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-833/2024
30.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver