Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-84/2022 29.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, onun vəkili Vəkil1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı torpaq sahəsindən çıxarma, torpağın istifadəyə qaytarılması, torpaqdan istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı torpaq sahəsindən çıxarma, torpağın istifadəyə qaytarılması, torpaqdan istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, uzun illər "xxxx" zavodunda işləmiş və ona torpaq sahəsi ayrılmışdır. Mingəçevir şəhəri 1-ci İxtiyar Qasımov döngəsi 61B ünvanda yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə 22 may 2018-ci ildə mülkiyyət hüquqları qeydə alınmışdır. Torpaq sahəsinin qarşısında yerləşən üzərində yüksək gərginlik xətt keçən təxminən 0.06 ha torpaq sahəsini də mülkiyyətində olan torpaq sahəsinin daxilinə salaraq istifadə edirdi. 2018-ci ildə mülkiyyətində olan 0.06 ha torpaq sahəsində fərdi yaşayış evi tikdirmək üçün layihə çəkdirmişdi. Həmin vaxt maddi imkanı olmadığı üçün 2021-ci ilin iyun ayında mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinə başladı. Bu niyyətlə həyətində 11400 ədəd mişar daşı yığdı. Bir neçə gün sonra müəyyən oldu ki, ona məlum olmayan şəxslər mülkiyyətində olan torpaq sahəsinə daxil olaraq onun xəbəri və icazəsi olmadan həyətini azbes şiferlə 2 hissəyə bölmüş, bir hissəsini özününküləşdirmişlər. O, xx.xx.2021-ci ildə Mingəçevir şəhər polis şöbəsinə müraciət etdikdən sonra məlum oldu ki, "xxxx" ASC-nin rəhbərliyi onun torpağını zəbt etmişdir və bildirdilər ki, həmin torpaq sahəsi onlara məxsusdur. Bu səbəbdən də polis şöbəsi mübahisənin məhkəməyə aid olduğunu bildirdilər. Ona görə də iddianın təmin olunmasını, Mingəçevir şəhəri 1-ci İxtiyar Qasımov döngəsi 61 B ünvanda yerləşən 0.06 ha torpaq sahəsindən cavabdehin çıxarılmasını və həmin torpağın onun istifadəsinə qaytarılmasını, torpaqdan istifadəsinə maneələrin aradan qaldırılmasını xahiş edir. İddiaçı vəkili Vəkil1 da məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən tutulmamışdır. Hesab edir ki, iddia əsassızdır və təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* №-li Çıxarışa əsasən Mingəçevir şəhəri 1-ci İxtiyar Qasımov döngəsi 61 B ünvanda yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı tam xüsusi mülkiyyətindədir. İşə əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən ünvan 2 ünvanda 0.2080 ha torpaq sahəsində yerləşən əmlak kompleksi "xxxx" ASC-nin mülkiyyətindədir. İşə əlavə olunmuş “X1” MMC-nin 18 iyul 2022-ci il tarixli, 75 №-li ekspert rəyindən görünür ki, tədqiqat nəticəsində Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* №-li Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri 1-ci İxtiyar Qasımov döngəsi 61 B ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin cavabdeh "xxxx" ASC tərəfindən tutulmaması müəyyən olunmuşdur. Belə ki, İddiaçı Seriya RX ******* №-li Çıxarışla xüsusi mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsindən başqa həmin torpaq sahəsinə bitişik olan 0.06 ha torpaq sahəsi reyestr nömrəsi **********23-12301 olan Çıxarışla "xxxx" ASC-nin istifadəsinə verilən və Texniki Pasportda qeyd olunan torpaq sahəsinin hüdudları daxilində olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçı tələbində Mingəçevir şəhəri 1-ci İxtiyar Qasımov döngəsi 61 B ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin onun mülkiyyətində olduğunu, həmin torpaq sahəsinin cavabdeh tərəfindən tutulduğunu, mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsini bildirərək, cavabdehin onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını, torpaqdan istifadəsinə maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı tələbini əsaslandıran, mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən tutulmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədi. İş materialları ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən tutulması müəyyən edilmədi. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti incumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə ekspert rəyinə sübut kimi qiymət verərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat İddiaçı alınıb “X1” MMC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı Mingəçevir şəhəri 1-ci İxtiyar Qasımov döngəsi 61 B ünvanda yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılma, torpağın istifadəyə qaytarılması, torpaqdan istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat İddiaçı alınıb “X1” MMC-nin hesabına ödənilsin. Kapital Bank ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ64AİİB400900C**********208 Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-84/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-84/2022
29.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver