Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-846/2023 08.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Ərizəçi və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən qızı xx.xx.1992-ci il təvəllüdlü X3 xx.xx.1992-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, X10 ilə Oğuz rayon Sincan icra nümayəndəliyində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Bu barədə 10 may 1990-cı tarixdə 12 saylı akt qeydi tərtib edilmişdir. Lakin Mingəçevir şəhər məhkəməsinin 1996-cı il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. X10 ilə birgə nikahlarından xx.xx.1992-ci il təvəllüdlü X4 adlı bir nəfər uçaqları doğulmuşdur. Birgə nikahdan olan qızı Gülüstan bir neçə ay yaşadıqdan sonra xx.xx.1992-ci il tarixdə ölmüşdür. O, pensiya təyin edilməsi üçün müvafiq orqana müraciət etdikdə ondan ailə tərkibi haqqında arayış tələb olundu. Buna görə o, “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsindən ailə tərkibi haqqında arayış verilməsini xahiş etdi. Ona bildirdilər ki, arayışın verilməsi üçün qızının ölüm haqqında şəhadətnamə lazımdır. Ölüm haqqında şəhadətnamə onda olmadığından Maraqlı şəxsnə müraciət etdi. Lakin Maraqlı şəxs xx.xx.2023-cüv il tarixli cavab məktubu ilə bildirmişdir ki, xx.xx.1992-xx.xx.1995-ci illər üzrə Maraqlı şəxs akt qeydləri arxivində həmçinin “Vətədaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılarkən X3 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar edilməmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən qızı xx.xx.1992ci il təvəllüdlü X3 xx.xx.1992-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı ərizəçinin izahatına uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Natella onun ata tərəfindən qohumudur. Ərizəçi uşağı olub sonra rəhmətə gedib. Uşaq avqust ayında rəhmətə gedib. Uşağı Oğuz rayonu Xaçmaz kəndində babasını yanında dəfn ediblər. O dəfnə getməsə də sonradan burada evlərinə baş sağlığına getmişdir. Ancaq daha sonra qəbr ziyarətinə də getmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ərizəçi Natellanın yoldaşı ilə onun yoldaşı əmi oğludurlar. Onun uşağı anadan olandan uşaq xəstə idi. Hətta bir dəfə uşağı həkimin yanına özü aparmışdır. Uşaq 1992-ci ilin iyul ayında doğulmuşdur və təxminən üç ay yaşamışdır. Uşağı, Oğuz rayonu Xaçmaz kəndində dəfn ediblər. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan işə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2023-ci il tarixdə verilmiş 3-16- 5/8-xx-xx/2023 saylı nömrəli məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.1992-xx.xx.1995-ci il üzrə yoxlama aparılmış, lakin X3 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli arayışdan görünür ki, X8 və X2 nikahı haqqında xx.xx.1990-cı il tarixdə 12 № li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli arayışdan görünür ki, X8 və X2 nikahın pozulması haqqında xx.xx.1996-cı il tarixdə 69 № li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Oğuz rayonu Xaçmaz kənd dini icmasının sədri tərəfindən verilmiş aktdan görünür ki, 03 iyun 1992-ci il təvəllüdlü X4 25 avqust 1992-ci il tarixdə vəfat etmiş və babası və nənəsinin dəfn olunduğu Oğuz rayonu Xaçmaz kənd qəbrstanlığında baba və nənəsinin yanında dəfn olunmuşdur (foto şəkillər işə əlavə olunmuşdur). Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi övladı X3 xx.xx.1992-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Hüquqi faktın müəyyən edilməsi ərizəçiyə pensiya təyin edilməsi üçün aidiyyəti orqana ailə tərkibi haqqında arayış (həmçinin qızının ölüm haqqında şəhadətnaməsi) verilməli olduğundan zəruridir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1992-ci il təvəllüdlü X3 xx.xx.1992-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində vəfat etməsi faktı müəyyən edilsin. X1 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-846/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-846/2023
08.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver